Məhkəmə qərarları › İş №2(021)-2796/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2796/2021

04.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2796/2021 04.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə rayon məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev Ərizəçi Bərdə şəhəri, Nüşabə küçəsi ev 61-də yaşayan Ərizəçi sənədin onlara məxsus olması faktının təsdiq edilməsinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə onların qanuni istifadələrində olan və onlara verilən A 173131 saylı Plan və ölçüsündə əlavə olunmuş X3 kitabının ona məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.7-ci maddələrinə əsasən ərizəyə maraqlı şəxslə mübahisənin məhkəməyə qədər və ya pritenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Ərizəçi ərizəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 27 iyul 2021-ci il tarixli maraqlı şəxslə mübahisənin məhkəməyə qədər və ya pritenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair məktub əlavə etsə də, qeyd olunan məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi ərizəçinin deyil X1 müraciətinə cavab vermişdir. Göründüyü ki, ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.7-ci maddələrin tələblərinə əməl etməyərək, mübahisənin məhkəməyə qədər və ya pritenziya qaydasında nizama salınmasına riayət edilməsini, yəni hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə 7 saylı Ərazi İdarəsinə müraciət etməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir. Bundan başqa ərizəçi ərizəsində A 173131 saylı Plan və ölçü sənədində ata adının səhv yazıldığını qeyd etsə də A 173131 saylı Plan və ölçü sənədindən görünür ki, plan və ölçü sənədi X2 adına verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddələrinə əsasən iddiaçı iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər (pritenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən Ərizəçi sənədin onlara məxsus olması faktının təsdiq edilməsinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : Ərizəçi sənədin onlara məxsus olması faktının təsdiq edilməsinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar