Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2797/2021 03.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “sənədin ona məxsus olması” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə istifadəsində olan və onlara verilən A№172938 saylı planı və ölçüsü sənədində əlavə olunmuş dövlət torpaq kadastr kitabının ona məxsus olması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə onlara Bərdə şəhərində yerləşən fərdi yaşayış evi tikmək üçün 603.01 kv.m verilmişdir. Həmin həyətyanı torpaq sahəsinə verilmiş A№172938 saylı planı və ölçü sənədində onun soyadı və ata adı səhv yazılmaqla, “X6 oğlu” qeyd olunmuşdur. Bu yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişlər, lakin ona məhkəməyə müraciət etmələri bildirilmişdir. Qeyd olunanlara əsasən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə dəqiqləşdirmə verərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə istifadəsində olan və onlara verilən A№172938 saylı planı və ölçüsü sənədinin ona məxsus olması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi oğlu ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri H.Aslanov küçəsi ev 26 saylı ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Bərdə şəhərində anadan olmuşdur. 01.10.2005-ci il tarixdən Bərdə şəhəri H.Aslanov küçəsi ev 26 saylı ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş HT-İ № 573394 saylı diplom surətindən görünür ki, həmin diplom Ərizəçi adına verilmişdir. İş materiallarına əlavə edilmiş AZ № 509763 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə Bərdə şəhərində anadan olmuşdur. X1, anası Qaraşova Minəvvər Əlişah qızıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 02.09.2010-cu il tarixdə tərtib olunmuş A № 172938 saylı torpaq sahəsinin plan və ölçü surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə verilmiş Bərdə şəhərində yerləşən fərdi yaşayış evi tikmək üçün verilmiş 603.01 kv.m torpaq sahəsinin hüquq sahibi “Fərəcov Firdovsi Məhsul oğlu” kimi qeydiyyata alınmışdır. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********08 nömrəli 21.06.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Ərizəçi 02.09.2010-cu il tarixdə tərtib olunmuş A № 172938 saylı torpaq sahəsinin plan və ölçü sənədində hüquq sahibinin səhv yazılmış adının düzəldilməsinə köməklik göstərilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, sənədin düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********85 saylı 30.09.2021-ci il tarixli Mütəxəssis rəyində qeyd olunmuşdur: Ərizəçi faktiki istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə 02.09.2010-cu il tarixdə tərtib olunmuş A № 172938 saylı torpaq sahəsinin plan və ölçü sənədində qeyd olunmuş fərdi yaşayış evi tikmək üçün verilmiş 603.01 kv.m torpaq sahəsi ilə eynilik təşkil edir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə ərizə ilə müraciət edərkən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi faktiki istifadəsində olan Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə verilmiş Bərdə şəhərində yerləşən fərdi yaşayış evi tikmək üçün verilmiş 603.01 kv.m torpaq sahəsinin hüquq sahibinin adı texniki səhv olaraq “Fərəcov Firdovsi Məhsul oğlu” kimi qeydiyyata alınmışdır . Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, ərizə təmin olunmalı, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə verilmiş Bərdə şəhərində yerləşən fərdi yaşayış evi tikmək üçün verilmiş 603.01 kv.m torpaq sahəsinə dair 02.09.2010-cu il tarixdə tərtib olunmuş A № 172938 saylı torpaq sahəsinin plan və ölçüdə “X3 ” yazısının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır . Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə Bərdə şəhərində yerləşən fərdi yaşayış evi tikmək üçün verilmiş 603.01 kv.m torpaq sahəsinə dair 02.09.2010-cu il tarixdə, 1123 nömrə ilə uçota alınmış A № 172938 saylı torpaq sahəsinin plan və ölçü sənədində “X3” yazısının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2797/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2797/2021
03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver