Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2806/2022 27.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarı ilə onlara Bərdə rayonu Gərənə kəndi verilmiş 0.26 ha torpaq sahəsinə verilmiş JN 330F KOD 61005078 saylı Torpağa Mülkiyyət hüququna dair şəhadətnamənin və 0.18 ha torpaq sahəsinə verilmiş JN-330 KOD-61005078 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının mərhumə X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarı ilə anası X7 Bərdə rayonu, Gərənə kəndində yerləşən 0.26 ha və 0.18 ha torpaq sahəsi verilmişdir. 0.26 ha torpaq sahəsinə JN 351F KOD-61005078 saylı şəhadətnamə, 0.18 ha torpaq sahəsinə isə JN-330 KOD-61005078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Hal-hazırda anasının adına verilmiş dövlət aktlarında bir çox səhvlik baş vermişdir. Həmin sənəddə texniki səhv edərək anasının soyadını və ata adını səhv olaraq qeyd etmişlər. Belə ki, onun anasının soyadı və adı X10 olduğu halda səhvən X3 qeyd edilibdir. X2 03 mart 2006-cı il tarixdə vəfat etmişdir. Ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərmişdir ki, Ərizəçi onun bacısı oğludur. Bacısının adı və soyadı torpağın sənədində səhv yazılmışdır, ona görə də çətinlik yaranmışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərdi ki, ərizəçi onun dayısıdır. X1 atasının adı səhvən Aslan, soyadı isə Mirzəyeva yazılıb, bu isə sənədləşmədə çətinlik yaradır. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan JN 330, KOD 61005078 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 nömrəli qərarına əsasən Bərdə rayonu Gərənə kənd sakini X12 mülkiyyətinə 018 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN 315F KOD 61005078 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 nömrəli qəqrına əsasən Bərdə rayonu Gərənə kənd sakini X12 mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 548 nömrəli, 24 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X10 ilə X16 eyni şəxsdir. İş materiallarında olan 18 may 2020-ci il tarixli, 808-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X5 1942-ci ildən 01 mart 2006-cı ilədək aparılan yoxlama zamanı nikah haqqında akt qeydi aşkar edilmədi. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 may 2022-ci il tarixli, 586-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X10 01 mart 2006-cı ildə Bərdə rayonu Gərənə kəndində ölmüşdür. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 may 2020-ci il tarixli, 801-05/69 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1958-ci ildə doğulmuşdur, X2dır. İş materiallarındaolan AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1958-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə rayonu, Gərənə kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 03598465 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 15 aprel 1938-ci Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Gərənə kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********28 nömrəli 18 may 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN 330 KOD 61005078 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının, JN-351F KOD - 61005078 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X6 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X9 adına verilmiş N 330 KOD 61005078 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının, JN-351F KOD - 61005078 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X6 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X9 adına verilmiş N 330 KOD 61005078 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının, JN-351F KOD -61005078 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2806/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2806/2022
27.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver