Məhkəmə qərarları › İş №2(021)-2819/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2819/2021

08.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2819/2021 08.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Əhmədova Şüküfə Məhərrəm qızının maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi Əhmədova Şüküfə Məhərrəm qızının maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçiyə Bərdə Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli, 06 saylı Qərarına əsasən Bərtdə şəhərində fərdi yaşayış evi tikmək üçün 812.93 kv.m torpaq sahəsi ayrılmış, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həmin torpaq sahəsinin planı və ölçüsünü müəyyən edilmiş, Dövlət Torpaq Kadastr kitabında 04 aprel 2011-ci il tarixdə A 235818 nömrəsi ilə uçota almışdır. Həmin torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə atasının adı Məhərrəm olduğu halda səhvən “Məhəmməd” kimi qeyd edilmişdir, bu səbəbdən də fərdi yaşayış evi tikmək üçün 812.93 kv.m sayrılmış torpaq sahəsinə hüquq müəyyənedici sənədlərin alınmasında problemlərlə üzləşmişdir. X7 kitabında düzəliş edilməsi üçün DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə müraciət etsə də bundan imtina edilmi, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Odur ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona verilmiş, 04 aprel 2011-cil il tarixdə A 235818 nömrəsi ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü kitabçasının ( Dövlət Kadastr planının) ona (Ərizəçi Məhərrəm qızına) məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə aktına ehtiyacı var. Qeyd edilənlər şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə öz əksini tapmışdır. Ərizəçi Əhmədova Şükufə Məhərrəm qızının etibrnamə üzrə nümayəndəsi Əhmədov Mirxaliq Nəsib oğlu ərizəyə uğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsininə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nünmayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışı iclası 27 iyul 2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı işin təxirə salınması barədə faksla etibarnamə üzrə nümayəndəsi tərəfindən göndərilən ərizə işə baxıldıqdan sonra məhkəməyə təqdim edilmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılır. İşdə olan materialları nəzərdən keçirən zaman məhkəmə müəyyən etmişdir ki, mülki işə əlavə edilmiş Ərizəçi adına verilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin plan və ölçü sənədində ərizəçinin ata adı pozuntu ilə Məhərrəm yazılmışdır, ərizəçi isə məhkəməyə ünvanladığı ərizəsində həmin sənəddə ata adının səhvən Məhəmməd kimi yazılmasını qeyd etmişdir. Bundan başqa ərizəçi Əhmədova Şükufə Məhərrəm qızının səhvin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətinə də qeyri müəyyən - “müraciət əsasında torpaq sahəsinin faktiki vəsiyyəti və kadastr planındakı kordinatların uyğunluğu, kadastr məlumatları yoxlanılmalıdır” cavabı verilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona verilmiş, 04 aprel 2011-cil il tarixdə A 235818 nömrəsi ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü kitabçasında komyuter vasitəsilə müvafiq düzəlişlər edilmiş və həmin düzəliş təsdiq edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259,260cı maddələrini rəhbər tutaraq, məhkəmə , QƏRARA ALDİ Ərizəçi Əhmədova Şüküfə Məhərrəm qızının maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar