Məhkəmə qərarları › İş №2(021)-2846/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2846/2021

09.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2846/2021 09.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh X3 qarşı “cərimə məbləğinin silinməsi ” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 X4 İdarəsinin Bərdə rayon filialının nümayəndələri tərəfindən qanunsuz hesablanmış 216 manat məbləğində cərimənin və yeni sayğacın quraşdırılması üçün ödənilmiş 92.50 manat məbləğində qaz sərfiyyatına görə yaranmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş iddia ərizəsində iddiaçı qismində İddiaçı oğlu olduğu halda iddia ərizəsi Y.R.Abbasov adından imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149.1-ci maddəsində qeyd olunur ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Hazırki iddia ərizəsi isə MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı “cərimə məbləğinin silinməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı İddiaçı cavabdeh X3 qarşı “cərimə məbləğinin silinməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar