Məhkəmə qərarları › İş №2(021)-2848/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2848/2021

21.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2848/2021 21.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X15, Ərizəçi Ərizəçi iştirakları ilə, Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN-028 A KOD ********* saylı şəhadətnamənin məhrum X12 və ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Çələbilər kəndində mülkiyyətində olan 0,27 ha torpaq sahəsi və həminm torpaq sahəəsində fərdi yaşayış evi vardır. Həmin torpağın mülkiyyətə verilməsinə dair JN 028 A Kod 61021018 saylı şəhadətnamədə onnun adı texniki səhf olaraq “Səyarə kimi, mərhum əri Əkbərov Məhəmməd Əsgər oğlunun adı texniki səhv olaraq “Məmməd” kimi qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-028 A Kod 61021018 saylı şəhadətnamədə müvafiq düzəliş edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Həmin sənəddə uyğunsuzluğu başqa cür həll edə bilmirlər. Hazırda həmin torpaq sahəsinə mülkiyyət sənədi əldə etmək istəyir. Lakin sənəddə uyğunsuzluq olduğundan mümkün olmamışdır. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə Ərizəçi izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1938-ci ildə Bərdə rayonunun Çələbilər kəndində doğulmuş, Bərdə rayonu Çələbilər kəndində qeydiyyatdadır. İş materillarında olan AZ-İ 125933 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Əkbərov Məhəmməd Əsgər oğlu 15 yanvar 2005-ci ildə ölmüşdür. İş materiallarında olan JN-028A nömrəli, kod 61021018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 20 oktyabr 1997-ci il tarixli, 14 saylı qərarın əsasən Əkbərov Məmməd Əsgər oğluun və Əkbərova Səmayə Süleyman qızının mülkiyyətinə Bərdə rayonu, Çələbilər kəndində 0,27 hektar həyətyannı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayonu Çələbilər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 136 nömrəli, 03 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu, Çələbilər kənd sakini olmuş mərhum Əkbərov Məhəmməd Əsgər oğlunun adı Azərbaycan Respublikasının Torpağın Mülkiyyətə verilməsinə dair JN 028 A kod 61023018 saylı şəhadətnamədə adı “Məhəmməd” əvəzinə səhvən “Məmməd” yazılıb, Azərbaycan Respublikasının Torpağın Mülkiyyətə verilməsinə dair JN 028 A kod 61023018 saylı şəhadətnamədə adı yazılan Əkbərov Məmməd Əsgər oğlu ilə, 17 yanvar 2005-ci il tarixli AZ-İ 125933 saylı ölüm haqqında şəhadətnamədə yazılan Əkbərov Məhəmməd Əsgər oğlu eyni şəxsdir. İş materiallarında olan Bərdə rayou Çələbilər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 137 nömrəli, 03 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu, Çələbilər kənd sakini Əkbərova Səmayyə Süleyman qızının adı Azərbaycan Respublikasının Torpağın Mülkiyyətə verilməsinə dair JN 028 A kod 61023018 saylı şəhadətnamədə adı “Səmayyə” əvəzinə səhvən “Səmayə” yazılıb, Azərbaycan Respublikasının Torpağın Mülkiyyətə verilməsinə dair JN 028 A kod 61023018 saylı şəhadətnamədə adı yazılan X13 ilə, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan X13 eyni şəxsdir. İş materiallarında olan Bərdə rayou Çələbilər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 138 nömrəli, 04 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu Çələbilər kəndində yaşayır. İş materiallarında olan AZ 266717 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 20 iyul 1969-cu ildə doğulmuşdur, atası X18, anası X5r. İş materiallarında olan Vİ-JQ 302244 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 28 noyabr 1978-ci ildə doğulmuşdur, atası X18, anası X5r. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 20 mart 1965-ci ildə doğulmuşdur, atası X18, anası X6r. İş materiallarında olan seriya AZE 15123523 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Əbüdülrəhmanova Kəmalə Məhəmməd qızı 28 noyabr 1978-ci ildə Bərdə rayonu Çələbilər kəndində doğulmuşdur, Bərdə rayonu, Çələbilər kəndində qeydiyyatdadır. İş materiallarında olan nikah haqqında İİ-AZ 050022 nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, Əbdülrəhmanov Ayaz Ağamalı oğlu və X14 11 yanvar 2003cü ildə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Nikahdan sonra arvada Əbdülrəhmanova soyadı verilmişdir. İş materiallarında olan seriya AZE 15159837 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Mənsimova Kifayət Məhəmməd qızı 20 iyul 1962-ci ildə Bərdə rayonu Otuzikilər kəndində doğulmuş, Bərdə rayonu, Çələbilər kəndində qeydiyyatdadır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********11 nömrəli 23 iyul 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Əbdülrəhmanova Kəmalə Məhəmməd qızı JN-028A saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN- 028 A KOD 61021018 saylı Dövlət aktının Əkbərov Məhəmməd Əsgər oğluna və Ərizəçi Süleyman qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Əkbərov Məmməd Əsgər oğlunun və Əkbərova Səmayə Süleyman qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-028 A KOD 61021018 saylı dövlət aktının Əkbərov Məhəmməd Əsgər oğluna və Ərizəçi Süleyman qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X16 və X3 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-028 A KOD 61021018 saylı dövlət aktının Əkbərov Məhəmməd Əsgər oğluna və Ərizəçi Süleyman qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar