Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2872/2022 19.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X5 iclas kаtibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab ediləsinə dair mülki işə аçıq məhkəmə hazırlıq iclаsındа bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 04 iyul 1959-cu il təvəllüdlü anası X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X1 izahatında göstərmişdir ki, anası vəfat etmişdir. Mülki işə baxılmasına ehtiyac yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs Başçısının yanında Qəyyumluq və Himayəçilik Kommisiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyb iş materiallarını araşdıraraq hesab edir ki, barəsində fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilən şəxs öldüyündən, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizəçi tərəfindən təqdim edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ274232 nömrəli, 20 dekabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 02 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 dekabr 2022-ci il tarixdə 1095 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 261 və 262-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair 2(021)- 2872/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2872/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2872/2022
19.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver