Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-288/2025 12.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun hakimliyi, Məmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinə qarşı «fəaliyyət qabiliyyəti olmayan hesab edilmə» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinə qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, xx.xx.1992-ci il təvəllüdlü övladı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci ildə anadan olmuş X6 onun oğludur. Ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Kətəlparaq kəndində yaşayır. X6 anadan gəlmə kəmağıllılıq xəstəliyindən əziyyət çəkir, İ qrup əlildir. Danışa bilmir, sözləri tam ifadə edə bilmir, əsəbidir, eşitmə qabiliyyəti zəifdir. Mütəmadi müalicəyə ehtiyacı vardır. Mütəmadi olaraq, uzun müddət müalicə almalarına baxmayaraq bir nəticəsi olmamış, özünü müstəqil idarə edə bilmir, öz hərəkətlərinin mənasını anlaya bilmir, daimi yardıma və nəzarətə ehtiyacı vardır. Sosial məsələlərin həlli və digər məsələlərin həlli ilə bağlı onun fəaliyyət qabiliyətsiz olmasının müəyyən olunması zərurəti yaranmışdır. Bu səbəbdən də hesab edir ki, onun fəaliyyət qabiliyyətsizliyi məkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də məhkəmədən xx.xx.1992-ci il təvəllüdlü övladı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən rəyin nəzərə alınaraq qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçini dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizəyə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, Ərizəçi iddia ərizəsinin məhkəməyə verilməsi üçün X10 100 AZN ödəmişdir. xx.xx.2024-cü il tarixli 488 saylı arayışdan görünür ki, 1963-cü il təvəllüdlü Ərizəçi Bərdə rayonu Kətəlparaq kəndində yaşayır. xx.xx.2024-cü il tarixli 487 saylı arayışdan görünür ki, 1963-cü il təvəllüdlü Ərizəçi Bərdə rayonu Kətəlparaq kəndində yaşayır. Ailə üzvləri: həyat yoldaşı- X8, oğlu-X6, qızı- X3r. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Bərdə rayon İHB aparatının Ərizəçi məktub ünvanlanaraq, Rəsul Həmidzadənin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi bildirilmişdir. ХVİ-ЖГ 261529 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1992-ci ildə anadan olmuşdur. Atası Ərizəçi, anası X7r. AA0351664 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Bərdə rayonu Kətəlparaq kəndində yaşayır. xx.xx.2024-cü il tarixli Bərdə rayon Məhkəməsinin 2(021)-3071/2024 saylı qərardadından görünür ki, Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinə qarşı «fəaliyyət qabiliyyəti olmayan hesab edilmə» tələbinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci il tarixli 963 saylı Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin PHŞ xx.xx.2024-cü il tarixli 961 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, yuxarıda göstərilənləri nəzərə alan ekspert psixiatr bu qənaətə gəlir ki, yoxlanılan şəxs X4 hal-hazırda orta dərəcəli əqli gerilik, ifadə olunmuş davranış pozuntuları ilə XBT-10 (psixi davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F 71.1 xəstəliyi müəyyən edilir. Ekspert psixitarik mülki iş materiallarının, həmin mülki işindəki tibbi sənədlərin, toplanmış anamestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə psixiatrik ekspertizası zaman aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş suallarına cavab olaraq görünür ki, xx.xx.1992-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu Şirvanlı kəndində yaşayan X6 orta dərəcəli əqli gerilik, ifadə olunmuş davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. X6 orta dərəcəli əqli gerilik, ifadə olunmuş davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı10-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətində deyildir. X1 Qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MPM-nin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. MPM-nin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. MPM-nin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndinə əsaən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-nin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. MPM-nin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-nin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MPM-nin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, X2 fəaliyyət qabiliyyətsiz hesab olunmasına əsaslar olduğundan ərizə təmin olunmalı və məhkəməyə müraciət olunarkən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. xx.xx.1992-ci il təvəllüdlü X1 qabiliyyəti olmayan şəxs hesab edilsin.
3. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
5. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev