Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2899/2021 30.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçi X6 etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, Ərizəçilər X6 və Ərizəçi3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçilər X15, Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsi üzrə ümumi sahəsi 160.7 kv.m olan fərdi yaşayış evinə verilmiş 02.08.2021-ci il tarixli ********** saylı çıxarışın onlara məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Ərizə belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsi üzrə ümumi sahəsi 160.7 kv.m olan fərdi yaşayış evinə verilmiş 02.08.2021-ci il tarixli ********** saylı çıxarışda X9 yanlış olaraq “Abdullayeva Suqra” kimi, Quliyeva (Nağıyeva) Aynur Qənimət qızının soyadı səhvən “X8”, X10 soyadı “X11” kimi qeyd olunmuşdur. Bu yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişlər, lakin onlara məhkəməyə müraciət etmələri bildirilmişdir. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişlər. Daha sonra Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, ərizəçi qismindən onun adının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X6 nümayəndəsi X16 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər Ərizəçi3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün heab etmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1930-cu il tarixdə Ağdam rayon Papravənd kəndində anadan olmuşdur. Ağdam rayon Papravənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AA № 180590 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 Mənsum oğlu 1993-cü ildən Ağdam rayonundan məcburi köçkündür. Bərdə rayonunda müvəqqəti məskunlaşmışdır . İş materiallarına əlavə edilmiş Seriya AZE № 16548581 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X27 qızı 23.05.1981-ci ildə Ağdam rayon Papravənd kəndində anadan olmuşdur. Ağdam rayon Papravənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE № 16490056 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 21.03.1955-ci il tarixdə Ağdam rayon Papravənd kəndində anadan olmuşdur. Ağdam rayon Papravənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Vİİ-ЖГ № 404526 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 23.05.1981-ci ildə anadan olmuşdur. X4, anası X32 qızıdır. İş materiallarına əlavə edilmiş İV-ЖГ № 427041 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 21.03.1955-ci ildə anadan olmuşdur. Atası Ərizəçi1, anası X19 qızıdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında tibbi şəhadətnamə surətindən görünür ki, X21 08.11.2006-cı ildə avtomobil qəzası nəticəsində daxili orqanların zədələnməsi ilə qan itirmə səbəbindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ № 710893 saylı Nikahın bağlanması haqqında Şəhadətnamənin surətindən görünür ki, X22 ilə Quluyeva Aynur Qənimət qızı 27.10.2011-ci ildə Papravənd ərazi nümayəndəliyində 104 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Nağıyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 02.08.2021-ci il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 160.70 kv.m , Ərizəçi1 tam mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsi ümumi birgə paylarla Ərizəçi1, Abdullayeva Suqranın, X2 X5 ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********22 nömrəli 11.08.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçilər ********** qeydiyyat nömrəli çıxarışda hüquq sahibinin səhv yazılmış soyad və ata adının düzəldilməsinə köməklik göstərilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, çıxarışdan düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 02.08.2021-ci il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda yanlışlıq olaraq X9 ad və soyadı- “Abdullayeva Suqra” kimi, Quliyeva (Nağıyeva) Aynur Qənimət qızının soyadı “X8”, X10 soyadı “X11” kimi qeyd edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 02.08.2021-ci il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın Ərizəçi3, Nağıyeva (Quluyeva) Aynur Qənimət qızına və X14 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 02.08.2021-ci il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın Ərizəçi3, Nağıyeva (Quluyeva) Aynur Qənimət qızına və X14 məxsus olması faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 02.08.2021-ci il tarixli ********** saylı çıxarışda mülkiyyətçilər ”Abdullayeva Suqra”, “X8”, “X11” yazılarının müvafiq olaraq Ərizəçi3, Nağıyeva (Quluyeva) Aynur Qənimət qızına, X14 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2899/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2899/2021
30.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver