Məhkəmə qərarları › İş №2(021)-2919/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2919/2021

15.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2919/2021 15.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-0089 KOD-61001028 saylı Dövlə Aktının və JN-164A KOD- 61001028 saylı Şəhadətnaamənin anaları Əliyeva Almaz Salah qızına məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Ərizə belə əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə onlara verilmiş fərdi yaşayış evi təyinatlı 0.16 ha torpaq sahəsinə Torpağa mülkiyyət hüququna dair JN-164A KOD-61001028 saylı Şəhadətnamədə və Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə onlara ayrılmış 1.21 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə Torpağa mülkiyyət hüququna dair JN-0089 KOD-61001028 saylı Dövlət Aktında anaları Əliyeva Almaz Salah qızının adı Əliyeva Almaz Saleh qızı kimi qeyd olunmuşdur. Bu yanlışlığın olması onlara bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi2 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi1 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxilmasini mümkün sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1990-cı ildə Bərdə rayon Qarayusifli kəndində anadan olmuşdur. Bərdə rayon Qarayusifli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 515 saylı 26.07.2021-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi2 Bərdə rayon Qarayusifli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1987-ci ildə Bərdə rayon Qarayusifli kəndində anadan olmuşdur. Bərdə rayon Qarayusifli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 514 saylı 26.07.2021-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi1 Bərdə rayon Qarayusifli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Xİİ-JQ №439739 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1987-ci ildə anadan olmuşdur. X3, anası X15r. İş materiallarına əlavə edilmiş XV-JQ №273159 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1990-ci ildə anadan olmuşdur. X3, anası X15r. İş materiallarına əlavə edilmiş AZ-T №028411 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 qızı 18.12.1960-ci ildə anadan olmuşdur. X8, anası X11r. İş materiallarına əlavə edilmiş AZ-İİ № 120164 sayli Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 qızı 24.11.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0089 KOD- 61001028 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 1.21 ha torpaq sahəsi Bərdə rayon Qarayusifli kənd sakinləri X25 qızının, Ərizəçi1 və Ərizəçi2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-164A KOD- 61001028 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.16 ha torpaq sahəsi Bərdə rayon Qarayusifli kənd sakinləri X25 qızının, Ərizəçi1 və Ərizəçi2 mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 05.08.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Ərizəçi1 Torpağa mülkiyyət hüququna dair JN-0089 saylı Dövlət Aktında səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, həmin sənədlərdə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçilər tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-0089 KOD-61001028 saylı Dövlət Aktlarında və JN-164A KOD-61001028 Şəhadətnaamədə yanlışlıq olaraq X24 qızının adı -“X25 qızı” kimi qeyd edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-0089 KOD-61001028 saylı Dövlət Aktının və JN- 164A KOD-61001028 X5 Salah qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağa mülkiyyət hüququna dair JN-0089 KOD-61001028 saylı Dövlət Aktının və JN-164A KOD-61001028 saylı X7 Salah qızına məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0089 KOD-61001028 saylı Dövlət Aktında və JN-164A KOD-61001028 saylı Şəhadətnamədə qeyd olunmuş mülkiyyətçi -“X25 qızı” yazısının müvafiq olaraq X14 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar