Məhkəmə qərarları › İş №2(021)-2920/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2920/2022

01.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2920/2022 01.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X24, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, və Ərizəçi3 Daşınmaz Əmlakın Dövlət Reyestri X31 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-0097 KOD 61000068 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayonu, Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ciil tarixli, 14 saylı qərarına əsasən onlara Bərdə rayonu, Əmirli kəndində 4,46 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair dövlət aktında Ərizəçi1 münasibətdə ad texiki səhv olaraq İspəndiyar kimi, Ərizəçi2 münasibətdə soyad Allahverdiyev kimi, X12 münasibətdə soyad Allahverdiyeva kimi qeyd edilmişdir. Mülkiyyətçilərdən Ərizəçi3 ailə qurmuşdur. Mülkiyyətlərində olan torpaq sahəsinə dair dövlət aktında müvafiq düzəliş edilməsi (səndin onlara məxsus olması) barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciətediblər, dövlət aktında olan uyğunsuzluğu başqa cür həll edə bilmirlər. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etməli olmuşdurlar. Məhkəmə iclasında Ərizəçi1 ərizələrini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçilər Ərizəçi2, Ərizəçi3 oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Ərizəçilər Ərizəçi2, Ərizəçi3 oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri X31 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qisminə dindirilmiş X28 izahatında göstərdi ki, ərizəçilər qohumlarıdır. Onlara verilmiş pay torpaq sahəsinin dövlət aktında ad və soyadları səhv qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-0097 KOD 61000068 olan Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 14 saylı qərarına əsasən Bərdə rayonu Məmmədli kənd sakini X5, X13, X6 və X1 mülkiyyətinə 4.46 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxxxxx 1992-ci ildə Bərdə rayonu, Məmmədli kəndində doğulmuşdur, Bakı şəhəri, Səbail rayonu, Cənub Dərə kəndi ev 2 A-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1966-cı ildə Bərdə rayonu, Məmmədli kənddində doğulmuşdur, Bərdə rayonu, Məmmədli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, 2AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X17 25 noyabr 1968-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 111 nömrəli 07 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1, Ərizəçi2, X4 rayonu Məmmədli kəndində yaaşayırlar. İş materiallarında olan Bərdə rayonu, Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 110 nömrəli 07 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1, Ərizəçi2, X16 və X9, X10, X7 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş İV-JQ 442068 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 və X30 21 aprel 1989-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 040704 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 ilə X29 01 aprel 22015-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Həsənzadə soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 173439 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Məmmədzadə kamran Mətləb oğlu və X16 20 dekabr 2016-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Məmmədzadə soyadı verilmişdir. İş materiallarında olan PT-1 113115 nömrəli diplomun surətindən müəyyən olunur ki, həmin diplom Ərizəçi1 verilmişdir. İş materiallarında olan 29 iyun 2022-ci il tarixli, ** JQ ***827 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi2 28 iyul 1991-ci ildə doğulmuşdur, atası Ərizəçi1, anası X26r. İş materiallarında olan 29 iyun 2022-ci il tarixli, ** JQ ***635 nömrəli arayışdan müəyyən olunur ki, X16 26 sentyabr 1992-ci ildə doğulmuşdur, atası Ərizəçi1, anası X26r. İş materiallarında olan 07 iyul 2022-ci il tarixli, ******* nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi1 08 sentyabr 1966-cı ildə doğulmuşdur, atası X11, anası X8r. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X28 05 mart 1993-cü ildə doğulmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri X31 7 saylı Bərdə Ərazi İdarəsinin **********31 nömrəli 19 iyul 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Həsənzadə (Məmmədzadə) Şəbnəm İsbəndiyar qızı JN 0097 nömrəli Dövlət Aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri X31 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, Dövlət Aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-0097 KOD 61000068 Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 oğluna məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X5, X13, X6, X2 adına verilmiş JN-0097 KOD 61000068 dövlət aktının Ərizəçi1, Ərizəçi2, X14 və X3 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213- 214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 oğluna məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X5, X13, X6, X2 adına verilmiş JN-0097 KOD 61000068 dövlət aktının Ərizəçi1, Ərizəçi2, X14 və X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar