Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2938/2021 01.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi Reystri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” barədə ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN-744 KOD- 61000048 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında olan “X8” nun soyadı, adı və ata adının “Ərizəçi1” kimi, “Ərizəçi2 Müslüm qızı”nın soyadı, adı və ata adının “Ərizəçi2” kimi qeyd olunmaqla, hüquqimüəyyənedici sənədlərin onlara məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə onlara Bərdə rayon Lənbəran kəndində verilmiş 5.42 ha torpaq sahəsi verilmişdir. Bu barədə JN-744 KOD-61000048 saylı dövlət aktında onun soyadında, Ərizəçi2 ata adına səhvlik baş vermişdir. Dövlət aktında səhvlik bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Seriya AZE 06******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1995-ci ildə Bərdə rayonun Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayonunun Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE 03002983 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1975-ci ildə Xocalı rayonun Meşəli kəndində anadan olmuşdur. Bərdə rayonunun Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə RİHB-nn Bərdə rayon Lənbəran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 360 saylı, 26 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi1 Bərdə rayonun Lənbəran kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə RİHB-nn Bərdə rayon Lənbəran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 359 saylı, 26 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi2 Bərdə rayonun Lənbəran kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə RİHB-nn Bərdə rayon Lənbəran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 361 saylı, 26 iyul 2021-ci il tarixli arayışdan görünür ki, JN-744 KOD-61000048 saylı dövlət aktında qeyd edilmiş Ərizəçi1 ilə Ərizəçi2 eyni bir şəxsdir. İş materiallarına əlavə edilmiş AZ İ-№ 716616 saylı Bərdə rayon Lənbəran kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhdətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 Rahimə Rəhim qızı ilə 08 fevral 2013-cü il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Babayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş XVİİİ-ЖГ № 492835 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxx 1995-ci ildə Bərdə rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş A3 № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23 fevral 1965-ci ildə Bərdə rayonunda anadan olmuşdur. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinin **********51 nömrəli, 16 avqust 2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Ərizəçi1 Bərdə rayon Lənbəran kəndində yerləşən 5.42 ha torpaq sahəsinə verilmiş JN-744 KOD-61000048 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında “X8” nun soyadı, adı və ata adının “Ərizəçi1” kimi, “Ərizəçi2 Müslüm qızı”nın soyadı, adı və ata adının “Ərizəçi2” kimi səhv getməsi, həmin səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə edilmiş 23.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə onlara Bərdə rayon Lənbəran kəndində verilmiş 5.42 ha torpaq sahəsinə verilmiş JN-444 KOD-61000048 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında “X8” nun soyadı, adı və ata adının “Ərizəçi1” kimi, “Ərizəçi2 Müslüm qızı”nın soyadı, adı və ata adının “Ərizəçi2” kimi qeyd olunmaqla səhvlik müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 JN-744 KOD-61000048 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında olan “X8” nun soyadı, adı və ata adının “Ərizəçi1” kimi, “Ərizəçi2 Müslüm qızı”nın soyadı, adı və ata adının “Ərizəçi2” kimi qeyd olunmaqla, hüquqimüəyyənedici sənədlərin onlara məxsus faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. JN-744 KOD-61000048 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında olan “X8” yazısının “Ərizəçi1” na və “Ərizəçi2 Müslüm qızı” yazısının “Ərizəçi2” na məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2938/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2938/2021
01.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver