Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2940/2022 15.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qəran ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq ona məxsus obyekt yerləşən Bərdə şəhəri, İ.Qayıbov küçəsi ərazisindən keçən “Azəriqaz” İstehsalat Birliyinin balansında və istismarında olan, diametri 159 mm-lik yerüstü qaz kəmərinin mühafizə zonasında (obyektinin qarşısından keçən) mühafizə zonasına düşən tikillinin və qaz kəmərinin ətrafındakı piltə daşıların sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və 100.40 manat məbləğində ödənilmiş dövlət rüsumunu cavabdehdən alınaraq “Azəriqaz” İB-nin ABB Sabunçu filiah,Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** saylı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını istəmədiyini, mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağrışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: -“Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur”. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbi barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2940/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2940/2022
15.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver