Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2958/2025 27.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mirasın vərəsələr arasında bərabər bölünməsinə və məcburi pay hüququ” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E T D İ: İddia tələbi İddiaçı Zahid qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 miras qalan Bərdə rayon M.Ə.Rəsulzadə küçəsi 30 saylı 42.6 kv.m ev və 0.0334 ha torpaq sahəsinin vərəsələr arasında bərabər bölünərək vəsiyyətnamə üzrə ona düşən hissənin və vərəsə kimi düşən məcburi payının bölünərək ona verilməsinə və mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı Zahid qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X1 rayonun M.O Rəsulzadə küç ev 30 da 42.6 kvm daşınmaz əmlakın və həmin evdə 0.0334 ha torpaq sahəsi **********76-10301 resyster nömrəsi ilə xx.xx.2023 cü ildə ********** qeydiyat nömrəsi ilə qeydiyatdan keçərək şəxsi mülkiyyətini almışdır. Ona mərhum atası sağikən mirasını vəsiyətnamə ilə xx.xx.2024 cü il tarixdə vermişdir. Lakin cavabdehlər ona düşən vəsiyətnamə üzrə əmlak payının və vərəsə kimi məcburi pay hüququndan mərhum etmək istəyirlər. Hətta o, xx.xx.2025 ci il tarixdə Bərdə Asan Xidmət mərkəzinə müraciət edib cavabdeh olan qardaşı Cavabdeh1 razılaşmadı buna görə də 1236/2025 tarixli imtina verdilər ki məhkəməyə müraciət etsin. O, da məcbur qalıb məhkəməyə müraciət etməli olub ki, mərhum atasından qalan ev vəsiyətnamə ilə ona verilməsi nəzərə alınmaqla vərəsə kimi tanınaraq bölüşdürülməsinə dair qətnamə qəbul edilməsi zəruridir. Ona görə də qanunla qanuni vərəsələr üçün müəyyən edilmiş miras payının digər vərəsələr arasında bölünməsinə cavabdehin hər hansısa etirazı əsassızdır. Cavabdehlə arasında mübahisə və anlaşılmazlıq olduğu üçün ata mülkinin miras qaydasında qanuni vərəsələr arasında qanunvericilikdə göstərilmiş şəkildə bölünməsi üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Tərəflərin izahatı İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək məhkəmədən mülki işə ədalətli baxılmasını, payının ayrılıb verilməsini, yaşamaq hüququ varsa ona həmin evdə yaşamaq hüququnun verilməsini və əlavəsi olmadığını bildirdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək payların qanunamüvafiq bölünüb verilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X6 xx.xx.1957-ci ildə Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 30 ünvanında qeydiyyatdadır, qeydiyyatda olan digər şəxslər Cavabdeh1, Cavabdeh2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, X3 adına Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 30 ünvanında fərdi yaşayış evi Daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli Vəsiyyətnamənin surətindən görünür ki, X6 ona məxsus bütün əmlaklarını İddiaçı vəsiyyət etmişdir. xx.xx.2025-ci il tarixli 1236/2025 saylı X11 Xidmət Mərkəzinin Notariat Ofisinin məktubundan görünür ki, İddiaçı miras əmlakın bölüşdürülməsi üçün müvafiq məhkəmə orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsinin texniki Pasportundan görünür ki, X3 adına Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 30 ünvanında fərdi yaşayış evi 23310 saylı İnventar nömrəsi ilə qeydiyyata alınmışdır. AZ-İİ 475401 saylı ölüm haqqında şəhadətnaməni surətindən görünür ki, X6 xx.xx.2025-ci il tarixdə beyindaxili qansızmadan vəfat etmişdir. İddiaçı qızı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 qızı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1963-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli 1500 saylı arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi 30 nömrəli evdə yaşayır. Tətbiq edilən hüquq Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 1282.1. Əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi İş üzrə müəyyən olunur ki, mərhum X3 qanun üzrə vərəsələri İddiaçı, Cavabdeh1 və Cavabdeh2dır. Bu səbəbdən ünvan 2 ünvanında yerləşən X5 məxsus fərdi yaşayış evi İddiaçı 4/6 hissədə, Cavabdeh1 1/6 hissədə və Cavabdeh2 1/6 hissədə payları müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən X4 məxsus fərdi yaşayış evinə İddiaçı 4/6 hissədə, Cavabdeh1 1/6 hissədə və Cavabdeh2 1/6 hissədə payları müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev