Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2971/2021 29.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh “X3” qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz yazılmış 72 manat cərimə borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ində qeydiyyatdadır, həmin evdə yaşayır. Namazov Bilal Qəzənfər oğlu onun atasıdır, atası 06 avqust 2020-ci ildə vəfat etmişdir, atası ölənə qədər onunla yaşamışdır, atasının vəfatəndan sonra da həmin evdə ailə üzvüləri ilə yaşayır. Yaşadığı evin həyət darvazasının çöl tərəfində X10 İdarəsi tərəfindən G-4 markalı, ******* zavaod nömrəli olan qaz sayğacı quraşdırılmışdır. O, evində cəmi 1 ədəd 4 gözlü qaz plitəsi və 1 ədəd qızdırıcı radiator peçi işlədir. Evində cəmi 1 ədəd qaz plitəsi və 1 ədəd qızdırıcı radiator işlətdiyinə görə çox az qaz sərfiyyatı olmayıbdır və qaz idarəsinin işçiləri tərəfindən verilən bildiriş xəbərdarlıq əsasında istifadə etdiyi qazın pulunu ödəmişdir. Laki qaz istismarı idarəsinin işçiləri ona məlum olmayan səbəbdən 26 fevral 2021-ci il tarixdə qaz sayğacını dəyişib, əvəzinə yeni qaz sayğacı quraşdırmışlar. Yalnız 2021-ci ilin avqust ayında qaz sərfiyyatını ödəyərkən cərimə olduğu məlum olmuşdur. Bunun səbəbini öyrənmək üçün “Asan-Xidmət” mərkəzinə getmiş və buradan abonentin saldosunu çıxartdırarkən məlum olmuşdur ki, 72,00 manat cərimə məbləği yazılmışdır. Cərimə yazılmasının səbəbini aydınlaşdırarkən müəyyən etmişdir ki, qaz idarəsinin işçiləri sayğacı apardıqdan sonra iştirakı olmadan Azəriqaz İB-i tərəfində 26 fevral 2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən guya sayğacda heablama mexanizmi keçən qaz həcmini qeyd etmir. Ona görə də sayğacda qeydə alınmayan qazın hesablanması və dəyərinin ödənilməsi tələb edilmişdir. Halbu ki, həmin aktın yazılmasından xəbəri olmayıb və iştirakı olmadan tərtib edilmişdir. Qeyd edilənləri müəyyən edəndən sonra Ağdam rayon Qaz İstismar idarəsinə getmiş, sayğaca heç bir müdaxilə etmədiyini, hər həftə qaz idarəsi əməkdaşlarının sayğacı yoxlamasını, onun ailə üzvülərinin qaz sayğacının iş prinsipindən anlayışının olmadığını bildirib, ancaq orada ona əhəmiyyət verilməmişdir. Daha sonra o, mübahisə etməyib, məhkəməyə müraciət etməyi qərara almışdır. Onun evində qaz sayğacı həyət darvazasının bayır tərəfindədir. Qaz işçilərinin və istənilən şəxsin istənilən vaxt müdaxilə edə biləcəyi yerdədir və qaz sayğacının yoxlanılması üçün heç bir maneə və ya maneçilik yoxdur. Qazdan istifadə qaydaları onlar tərəfindən hər hansı bir formada pozulmamışdır. Qaz sərfiyyatının çox olmadığı üçün sayğaca hər hansı müdaxilə etməyə ehtiyacları yoxdur. Sayğacın hesblama mexanizminin keçən qaz həcmini qeyd edibetməməsindən məlumatı olmamışdır. Bundan əlavə qaz sayğacı onun iştirakı ilə yoxlanılmalı və sayğacda aşkar edilən nöqsanlar ona göstərilməli, nöqsanın əmələ gəlmə səbəbləri bildirilməli idi. Çünki qaz sayğacının harada, hansı şəraitdə yoxlanılması məlum deyildir. Ona görə də 72,00 manat qalıb borcu düzgün göstərilməmiş, qalıq borcunun necə yaranmasını, necə heablanmasını bilmir və müraciət etməyinə baxmayaraq Qaz İstismarı idarəsi tərəfindən bunu səbəbi ona izah edilməmiş, həmin məbləğin cərimə və yaxud qaz sərfiyyatı olması məlum deyildir. Göründüyü kimi onun əməlində qanun pozuntusu, yaxud qazdan istifadə qaydalarını pozmağına dair heç bir sübut yoxdur, barəsində tərtib edilmiş abonent saldosu əsassızdır və hüquqları, qanunla qorunan mənafeləri, həmçinin Qaz İstismarı İdarəsi tərəfindən istehlakçı kimi hüquqları kodubcasına pozulmuşdur. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azəriqaz ASC məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmə iclası barədə bildiriş cavabdehin ünvanına çatmışdır. Buna baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmirşdir. Belə ki, Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzssiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı İddiaçı xx xxxxxx 1984-cü ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 699 nömrəli, 23 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1ində yaşayır. İş materiallarında olan AZ-İİ120012 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Namazov Bilal Qəzənfər oğlu 06 avqust 2020-ci ildə ölmüşdür. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 22 noyabr 2016-cı il tarixli, ******* nömrəli aktdan görünür ki, həmin aktla ünvan 1i ünvanda X2 fərdi evində quraşdırılmış sayğacın yenisi ilə əvəz edilməsi aktlaşdırılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********0000 olan X2 qalıq və aktlar üzrə borcu 72,00 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Həmin Qanunun 26-cı maddəsinə müvafiq olaraq, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, qaz sayğacı iddiaçının evində deyil, ümumi istifadədə olan küçədə quraşdırılmış və ona iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut mövcud deyil. Sayğaca vaxtında baxış keçirilməməsi isə birbaşa cavabdeh tərəfin səhlənkarlığıdır və baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. İddiaçıun barəsində cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə yazılmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh məkhəmə prosesi barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, iddiaçının iddiasını təkzib edəcək, eləcə də “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2021-ci il tarixli aktın doğruluğunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********0000) hesablanmış 72 (yetmiş iki) manat cərimə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2971/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2971/2021
29.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver