Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2982/2021 29.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X36 oğlunun, Ərizəçilər Ərizəçi1 Tapdıq qızının, Ərizəçi2, Ərizəçi3 və X4 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 Tapdıq qızının, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair KOD 610200** JN ***A saylı dövlət aktının və KOD 61020028 JN -106 saylı dövlət onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayon Aqrar islahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 13 saylı qərarı ilə onlara ailə üzvləri ilə birlikdə Bərdə rayon Qazaxlar kəndində yerləşən 0.32 ha və 3.60 ha torpaq sahəsi verilmişdir. 0.32 ha torpaq sahəsinə JN- 134 A KOD 61020028 saylı və 3.60 ha torpaq sahəsinə isə JN 106 KOD-61020028 saylı torpağa mülkiyyət hüququnda dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onların adınadır. Ancaq həmin sənəddə adları olan şəxslərin soyadlarında səhvlik baş vermişdir. Dövlət aktlarında səhvlik olması, onlara bir sıra çətinliklər yaradır. Belə ki, Ərizəçi3 səhvən X1, Məmmədova Mahirə Tapdıq qızı səhvən X13, Ərizəçi2 səhvən Heydərov Arzu Əvəz oğlu, Ərizəçi4 X21, Əlizadə Həmayıl Əvəz qızının X2 qeyd edilib. Qeyd edilmiş yanlışlıqların düzəldilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazii İdarəsinə müraciət etsələr də nəticəsi olmamışdır. Yanlışlıqlar onlara bir sıra çətinliklər yaradır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 Tapdıq qızı, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizələrini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, ərizəçilərin kürəkənidir. Ərizəçilərin soyadları onlara verilmiş dövlət aktında səhv yazılmışdır. Məhkəmə iclasında Cənnətəliyev Rəhman Nəriman oğlu şahid qismində dindirilərkən şahid Süleymanov Hafiz Əzim oğlunun ifadəsinə uyğun izahat verdi. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağın mülkiyyətə verilməsinə dair KOD 61020028 JN -134 A KOD 61020028 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 13 saylı qərarına əsasən Bərdə rayonu Qazaxlar kənd sakini X22, Heydərova Mahirə Tapdıq qızının, Heydərov Arzu Əvəz oğlunun, Heydərova Əminə Əvəz qızının, Heydərov Süleyman Əvəz oğlunun, Heydərova Həmayil Əvəz qızının mülkiyyətinə 0.32 ha həyətyanı topaq sahəsi verilmişdir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair KOD 610200** JN *** Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 13 saylı qərarına əsasən Bərdə rayonu Qazaxlar kənd sakini X22, X5, X19, Heydərova Əminə Əvəz qızının, Heydərov Süleyman Əvəz oğlunun, Heydərova Həmayil Əvəz qızının mülkiyyətinə 3.60 ha pay torpaq sahəsi verilmişdiir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********39 nömrəli 23 avqust 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi3 JN-134 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-106 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi3 Bərdə rayonu Qazaxlar kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Xəsili kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, 375 nömrəli, 20 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair dövlət aktında ərizəçilərin soyadları əslində Məmmədova Mahirə Tapdıq qızı, Ərizəçi2, Ərizəçi4, Ərizəçi3 Əvəz oğlu və Ərizəçi5 kimi yazılmalıdır. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxx 1953-cü ildə doğulmuşdur. İş materiallarında olan XVİİ-JQ 255436 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X28 21 iyun 1992-ci ildə doğulmuşdur, atası X33, anası Ərizəçi1dır. İş materiallarında olan 23 avqust 2021-ci il tarixli, XVİİ JQ 491795 nömrəli arayışdan müəyyən olunur ki, X23 xx xxxx 1995-ci ildə doğulmuşdur, atası X33, anası Heydərova Mahirə Tapdıq qızıdır. İş materiallarında olan 23 avqust 2021-ci il tarixli, XVİİ JQ 326932 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi3 01 feral 1994-cü ildə doğulmuşdur, atası X33, anası Heydərova Mahirə Tapdıq qızıdır. İş materiallarında olan 23 avqust 2021-ci il tarixli, AZ-İ 259845 nömrəli arayışdan müəyyən olunur ki, X34 01 yanar 1991-ci ildə doğulmuşdur, atası X33, anası Heydərova Mahirə Tapdıq qızıdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 Əvəz qızı xx xxxx 1992-ci ildə Bərdə rayonunda doğulmuşdur və Bərdə rayon Bala Qacar kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxxx 1994-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 01 yanvar 1991-ci ildə doğulmuşdur, Bərdə rayonu, Qazaxlar kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Əlizadə Həmayıl Əvəz qızı xx xxxx 1995-ci ildə Bərdə rayonunda doğulmuşdur. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 Tapdıq qızı 01 iyul 1953-cü ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu Qazaxlar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 14474248 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 02 dekabr 1989-cu ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu Qullar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 16989877 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X18 30 iyul 1992-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN 134A, KOD-61020028 olan şəhadətnamənin və JN-106 KOD-61020028 olan torpağaın mülkiyyət hüququnda dair dövlət aktının X11, Ərizəçi2 Əvəz qızına, Ərizəçi3 Əvəz oğluna, Cənnətəliyeva Əminə Əvəz qızına və Ərizəçi5 Əvəz qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X5, Heydərov Arzu Əvəz oğlunun, Heydərov Süleyman Əvəz oğlunun, Heydərova Əminə Əvəz qızının və Heydərova Həmayıl Əvəz qızının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 134A, KOD-61020028 olan şəhadətnamənin və JN-106 KOD-61020028 olan torpağın mülkiyyət hüququnda dair dövlət aktının X11, Ərizəçi2 Əvəz qızına, Ərizəçi3, Cənnətəliyeva Əminə Əvəz qızına və Ərizəçi5 Əvəz qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Heydərova Mahirə Tapdıq qızının, Heydərov Arzu Əvəz oğlunun, Heydərov Süleyman Əvəz oğlunun, X14 və X9 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 134A, KOD- 61020028 olan şəhadətnamənin və JN-106 KOD-61020028 olan torpağaın mülkiyyət hüququnda dair dövlət aktının Ərizəçi1 Tapdıq qızına, Ərizəçi2 Əvəz qızına, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 Əvəz qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-2982/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2982/2021
29.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver