Məhkəmə qərarları › İş №2(021)-2994/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2994/2022

26.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2994/2022 26.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 Daşınmaz Əmlakın Dövlət Reyestri X29 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-128F KOD 61005028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN 0014 KOD 61005028 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizələrini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Bərdə rayon, Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarı ilə onlara ailə üzvüləri ilə birlikdə Bərdə rayonu, Şorəlli kəndində yerləşən 2.22 ha və 0.10 ha torpaq sahəsi verilmişdir. Qeyd etdiyi 0.10 ha torpaq sahəsinə JN-128F KOD 61005028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və 2.22 ha torpaq sahəsinə isə JN 0014 KOD 61005028 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı verilmişdir. Həmin torpaq sahələri onların və ailə üzvlərinin adınadır. Hal-hazırda onlara verilmiş JN-128F KOD 61005028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi2 olduğu halda səhvən X2, Ərizəçi4 olduğu halda səhvən X3 qeyd edilib. 2.22 ha torpaq sahəsinə verilmiş JN 0014 KOD 61005028 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında Ərizəçi2 olduğu halda səhvən X2, Ərizəçi1 olduğu halda səhvən X4, Ərizəçi3 olduğu halda səhvən X5, Ərizəçi4 olduğu halda səhvən X1 qeyd edilmişdir. Qeyd olunmuş yanlışlıqların düzəldilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri X29 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsələrdə nəticəsi olmamışdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizələrini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Ərizəçilər Ərizəçi3 və Ərizəçi4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri X29 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, ərizəçilər onun qohumlarıdır. Onlara həyətyanı və pay torpaq sahəsi verilmişdir, həmin torpağın verilməsinə dair şəhadətnamədə və dövlət aktında adları və soyadları səhv yazılmışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X20 izahatında göstərmişdir ki, ərizəçilərin hamısını yaxşı tanıyır. Onlarla qohumdur. Ona verilmiş torpağın mülkiyyət sənədində səhvlik olmuşdur, adları, soyadları səhv yazılmışdır. Məhkəmə ərizəçilərin, şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN 0014 KOD 61005028 olan Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 saylı qərarına əsasən Bərdə rayonu Şorəlli kənd sakini X6, X7, X14, X15 və X8 mülkiyyətinə 2.22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN 128F KOD 61005028 olan torpağın mülkiyyət hüququna dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 saylı qərarına əsasən Bərdə rayonu Şorəlli kənd sakini X11, Ərizəçi1, Ərizəçi3 və X12 mülkiyyətinə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1991-ci ildə Bərdə rayonu, Şorəlli kəndində doğulmuşdur, Bərdə rayonu, Şorəlli kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxx 1990-cı ildə doğuulmuşdur. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X21 xx xxxx 1960-cı ildə Bərdə rayonu, Gərənə kəndində doğulmuşdur, Bərdə rayonu, Şorəlli kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxxx 1995-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 08561091 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X20 08 mart 1973-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 08561265 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 01 aprel 1958-ci ildəünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan XV-JQ273777 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxx 1990-cı ildə doğulmuşdur, atası X16, anası Ərizəçi2dır. İş materiallarında olan İ-ME 911554nömrəli doğum haqqında şəhadətnamənin surətindın müəyyən olunur ki, Ərizəçi2 xx xxxx 1960-cı ildə doğulmuşdur, atası X22, anası X17r. İş materiallarında olan İV-JQ 400308 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən oluunur ki, X23 və Ərizəçi2 18 iyul 1988-ci ildə 14 nömrəli akt qeydi ilə evlənmişlər, nikahdan sonra arvada Alışova soyadı verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri X29 7 saylı Bərdə Ərazi İdarəsinin **********64 nömrəli 02 avqust 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 JN 250 nömrəli Dövlət Aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri X29 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, Dövlət Aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-128F KOD 61005028 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN0014 KOD 61005028 Dövlət Aktının Ərizəçi2, X13, Ərizəçi1, Ərizəçi3, X18 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X6, X7, X14, X15 və X8 adına verilmiş JN-128F KOD 61005028 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN0014 KOD 61005028 Dövlət Aktının Ərizəçi2, X13, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213- 214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X6, X7, X14, X15 və X8 adına verilmiş JN-128F KOD 61005028 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN0014 KOD 61005028 Dövlət Aktının Ərizəçi2, X13, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar