Məhkəmə qərarları › İş №2(021)-3008/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3008/2025

11.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3008/2025 11.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlu, İddiaçı cavabdeh Bərdə rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Maraqlı şəxs Abduləli qızına qarşı Bərdə rayon İHB-nin xx.xx.2019-cu il tarixli, 109 saylı sərəncamının ləğv edilməsi və onun əsasında verilmiş qəyyumluğa xitam verilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X2 həyat yoldaşı Maraqlı şəxs Abduləli qızının qəyyumluğuna verilməsi barədə Bərdə rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayəçilik Komissiyasının 20 sentyabr 2019-cu il tarixli 109 saylı qərarının ləğv edilıməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı Bərdə rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayəçilik Komissiyasının 20 sentyabr 2019-cu il tarixli 109 saylı qərarının ləğv edilməsini xahiş etsə də həmin qərar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizəyə əlavə edilir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin maddələrin tələblərinə əsasən iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı kiçik iddialara dairişlər üzrə sadələşdirilmiş icraat üzrə borc tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 114.1.3-ci madddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, İddiaçı cavabdeh Bərdə rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Maraqlı şəxs Abduləli qızına qarşı Bərdə rayon İHB-nin xx.xx.2019-cu il tarixli, 109 saylı sərəncamının ləğv edilməsi və onun əsasında verilmiş qəyyumluğa xitam verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarıldığından ödənilmiş100 manat dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı cavabdeh Bərdə rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Maraqlı şəxs Abduləli qızına qarşı Bərdə rayon İHB-nin xx.xx.2019-cu il tarixli, 109 saylı sərəncamının ləğv edilməsi və onun əsasında verilmiş qəyyumluğa xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılsın (Qəbz nömrəsi: **********, təsnifat kodu: 142213). Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar