Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-301/2022 17.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı “cavabdehin qanunsuz tikdiyi yardımçı tikilinin 1.8 metr hündürlüyündə 14.5 metr uzunluğunda damının onun öz hesabına sökülməsinə, cavabdehə gələcəkdə qonşuluq münasibətlərini pozan qanunsuz hərəkətlər etməsinin qadağan olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpağı ilə onun fərdi yaşayış evinin həyətyanı torpağı arasındakı sərhəddə hörülmüş daş hasarın üzərində qanunsuz tikdiyi yardımçı tikilinin 1.8 metr hündürlüyündə 14.5 metr uzunluğunda damının onun öz hesabına sökülməsinə, cavabdehə gələcəkdə qonşuluq münasibətlərini pozan qanunsuz hərəkətlər etməsinin qadağan olunmasına və hazırkı iddia tələbinə baxılması üçün dövlət büdcəsinə rüsum kimi ödədiyi 100 (yüz)manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun ünvan 2 ünvanında yerləşməklə xüsusi mülkiyyətində olan bir mərtəbəli, ümumi yaşayış sahəsi 48.70 kv.ıu olan fərdi yaşayış evi vardır və ailə üzvüləri ilə birlikdə daimi yaşayırlar. Cavabdeh onunla qonşuluqda daimi yaşayır. Cavabdeh həyətyanı torpaq sahələri arasında sərhəd olaraq hörülmüş 2.2 metr hündürlüyündə və 15 metr uzunluğunda hasarın üzərində 2020-ci ildə heç bir rəsmi icazəsi olmadan qanunsuz olaraq 14.5 metr uzunluğunda dam örtüklü yardımçı tikili tikmişdir və ondan sex və anbar kimi istifadə edir. Həmin tikilinin dam örtüyünün orta qurşağının hündürlüyü təxminən 1.8 metr olmaqla yer səthindən ümumi hündürlüyü 4 metrdir. Beləliklə də cavabdehin bu yardımçı tikilisinin dam örtüyü onun evinin və həyətinin günəş şüası ilə təbii işıqlanmasına, həmçinin evinin və həyətinin normal havalanmasına mane olur. Çünki, dam örtüyünün hündür olması səbəbindən günəş şüalanmasının və hava axınının qarşısını kəsir. Bundan başqa həmin dam örtüyündən tökülən yağış suları birbaşa onun evinin açıq dəhlizinə, həmçinin dam örtüyünə düşən yağış damcıları evinin divarına və aralarında hasarın dibinə tökülür. Odur ki, evinin dəhlizinin tavanı qopub sallanır, dəhlizin döşəməsi daima nəmişlik olur, dəhlizdən istifadə edə bilmirlər. Evinin yan divarının bayır tərəf suvağı isə bu yardımçı tikilinin damından düşən yağış damcılarından və damdan birbaşa axan yağış suyunun təsirindən çat-çat olmuş, bəzi yerlərdə isə uçub tökülmüşdür. Nəticədə evinin içərisində də daima nəmişlik və kiflənmə olur, antisanitariya şəraitində yaşamağa məcbur olmuşlar. Sözügedən qanunsuz yardımçı tikilinin arxa divarı cavabdehin həyətyanı torpaq sahəsi ilə onun həyətyanı torpaq sahəsi arasında sərhəd olaraq 2017- 2018-ci illərdə 15 metr uzunluğunda hasar kimi hörülmüşdür və bu hasarın hörülməsi xərcləri aralarında bərabər bölünmüşdür, yəni onun özü tərəfindən 400 manat pul verilmişdir. Aralarında olmuş razılaşmaya görə nə o, nədə cavabdeh həmin hasarın üzərində hər hansı bir əlavə tikili inşa etməməlidirlər. Odur ki, Cavabdeh bu hasarın üzərində onun razılığı olmadan hər hansı bir əlavə tikinti işi apara bilməzdi, o cümlədən də həmin hasarın üzərində dam örtüyü tikməklə bu hasarı yardımçı tikilisinin arxa divarı kimi istifadə edə bilməzdi. Cavabdehin bu qanunsuz hərəkətləri qonşuluq münasibətlərinin açıq-aşkar onun tərəfindən pozulmasıdır. Bundan başqa Bərdə şəhəri üzrə icra hakimiyəli nümayəndəliyindən ona bildirilmişdir ki, Cavabdeh sözügedən yardımçı tikilisi qanunsuz tikilidir, tərəflərindən ona həmin yardımçı tikilini tikməsinə hər hansı bir icazə verilməmişdir, şəhər arxitektorunun rəyi yoxdur və s. Cavabdehin hazırda üzərində dam örtüyü tikməklə yardımçı tikilisinin arxa divarı halına saldığı, birgə vəsaitləri ilə tikilmiş hasarı 2017-ci ildə Cavabdeh qanunsuz olaraq 2.4 metr hündürlüyündə inşa etdirməklə onun evinin və həyətyanı torpaq sahəsinin günəş şüası ilə işıqlanmasını və havalanmasını qarşısını aldığına görə ona ona qarşı müvafiq iddia tələbim əsasında Bərdə Rayon Məhkəməsi 03 oktyabr 2018-ci il tarixli, 2(021)-1202 saylı qətnaməsi ilə qət etmişdir ki, Cavabdeh tərəfindən Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi 3-cü döngə ev 4-də yerləşən evinin həyətində inşa etdiyi 2.40 metr hündürlüyündə daş hasar 2.20 metr hündürlüyünə kimi öz hesabına sökülsün” (hakim Məhərrəm Allahverdiyev). Məhkəmənin həmin qətnaməsi Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən Cavabdeh məcburi qaydada 2019-cu ildə icra etdirilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Resoublikasının Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Tərtər rayon Xoruzlu kəndində anadan olmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 617 saylı 11.10.2021-ci i tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 3/3 ünvanında ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)1202/2018 saylı 03.10.2018-ci il tarixli qətnaməsindən görünür ki: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh qeyri qanuni hərəkətlərinə son qoyulmasına, tikintinin dayandırılmasına və hasarın cavabdehin büdcəsi hesabına əvvəlki vəziyyətinə gətirilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmiş; Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı- aralarında olan hasarın tikilməsinə maneçilik törədilməməsinə və ona vurmuş olduğu 450 manat ziyanın İddiaçı alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş; X1 Cavabdeh qarşı qonşuluq hüququnun pozulmasına dair ilk iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi 3-cü döngə, ev 4-də yerləşən evinin həyətində inşa etdiyi 2.40 metr hündürlüyündə daş hasarın 2.20 metr hündürlüyə kimi öz hesabına sökülməsi, ilk iddia tələbi qalan hissədə təmin edilməsi, Cavabdeh İddiaçı qarşı ziyan və qonşuluq hüququnun pozulması tələbi barədə qarşılıqlı iddiasının qismən təmin edilərə, İddiaçı 59.0 (əlli doqquz) manat ziyanın alınaraq Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6380 nömrəli 16 avqust 2018-ci il tarixli rəyinə əsasən, Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində Cavabdeh tərəfindən inşa olunmuş daş hasarın hündürlüyü 2.40 m olduğunu nəzərə alaraq, daş hasarın inşaat norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilir. -Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində Cavabdeh tərəfindən inşa olunmuş daş hasar, iddiaçının yaşayış evinə bitişik vəziyyətdə inşa olunduğunu nəzərə alaraq, iddiaçının yaşayış evinin işıqlandırılmasına və havalandırılmasına maneçilik törətdiyi müəyyən edilir. -Cavabdeh ünvan 7 ünvanda hörülən hasarın İddiaçı tərəfindən uçurulması nəticəsində Cavabdeh hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 59.0 manat məbləğində ziyan dəydiyi müəyyən edilir. İş materiallarına əlavə olunmuş yerli baxış protokolundan görünür ki, tərəflər qonşudurlar. Cavabdeh öz həyətində tikili tikmiş və arada olan daş hörgünün üzərinə həmin tikilinin dam örtüyünü yerləşdirmişdir. Həmçinin müəyyən edildi ki, yağış suları nov vasitəsi ilə axıdılır. Yəni iddiaçının həyətinə ziyan vurmur. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırk mülki hüquqi mübahisəyə qiymət verərək aşağıdakı maddi hüquq normalarının tətbiqini zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Məhkəmə sadalanan hüquq normaların işin faktiki hallarına tətbiq edərək bu qənaətə gəlir ki, iddia tələbi təmin oluna bilməz. Belə ki, məhkəmə yerli baxış zamanı cavabdehin hüuq pozuntusuna yol vermədiyini müəyyən etdi. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin gələcəkdə qonşuluq münasibətləri pozan qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə münasibətdə qeyd edir ki, həmin tələb özlüyündə qeyri müəyyən tələbdir. Gələcəkdə qanunsuz hərəkətlərin nədən ibarət olmasını məhkəmə hazırkı vaxt müəyyən edə bilməz. Yəni pozuntu müəyyən etmədən, pozuması ehtimal olunan hərəkətləri əvvəlcədən məhkəmə qadağan edə bilməz. Odur ki, qeyd olunan tələb hissəsində də iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində rüsum iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz tikdiyi yardımçı tikilinin 1.8 metr hündürlüyündə 14.5 metr uzunluğunda damının onun öz hesabına sökülməsinə, cavabdehə gələcəkdə qonşuluq münasibətlərini pozan qanunsuz hərəkətlər etməsinin qadağan olunması” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-301/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-301/2022
17.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver