Məhkəmə qərarları › İş №2(021)-3026/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3026/2021

11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3026/2021 11.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 oğlunun iclas katibliyi ilə, Ərizəçilər Ərizəçi1 oğlu, Ərizəçi2 və Məmmədzadə Məmməd Xanlar oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə qarşı ” sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizələri üzrə mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 oğlu, Ərizəçi2 və Məmmədzadə Məmməd Xanlar oğlu maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-nin 7saylı Ərazi İdarəsinə barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-092 A, KOD 61008078 saylı şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasına çağırılmalarına baxmayaraq gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddələrinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Ərizəçilərə həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Mulki Prossesual Məcəlləsinin 259.0.6, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Ərizəçilər Ərizəçi1 oğlu, Ərizəçi2 və Məmmədzadə Məmməd Xanlar oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə qarşı ” sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizələri baxılmamış saxlanılsın. Ərizəçilərə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar