Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3077/2023 03.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bərdə rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, övladı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, övladı 06 iyun 2003-cü il təvəllüdlü X5 İ qrup əlildir, o özünü idarə edə bilmir, sual verəndə onu qavraya bilmir, sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə, müdafiə etməyə və öz vəzifələrini icra etməyə qadir deyil və buna görə də Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Odur ki,ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun ifadə verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Bərdə rayon Alpout kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 31 mart.2023-cü il tarixli 175 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş Seriya AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 06 iyun 2003-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş AZ- İ №364156 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təadiq olunmuş surətindən görünür ki, X5 06 iyun 2003-cü il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında ata adı Ərizəçi, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, 06 iyun 2003-cü il tarixdə anadan olmuş X4 TSEK-in diaqnozu:G80.0 Kvadroplegik spastik serebral iflic, -Keçirilmiş Uşaq serebral iflici.Spastik tetraplegiya. İmmobillik (hərəkətsizlik).Dörd ətraflarda hərəkət məhdudluğu (Xəstə əlil arabasındadır). Qavrama və dərketmə funksiyasının pozulması. Yaddaş və intellektin ləngiməsi. Nitq pozğunluğu olmuşdur. “Birinci dərəcəli” əlillik dərəcəsi verilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X11 X7 Şöbəsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 595 saylı 19 sentyabr 2023-cü il tarixli rəyindən müəyyən olunur ki, 06 iyun 2003-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 06 iyun 2003-cü il tarixdə anadan olmuş X5 öz hərəkətlərini mənasını anlamaq və tam idarə etmək qabliyyətində deyildir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 06 iyun 2003-cü il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06 iyun 2003-cü il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3077/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3077/2023
03.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver