Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3078/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nicat Sayat oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna və üçüncü şəxs X6 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-ci ildə X6 verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Böyük Göyüşlü kənd sakini X30 11 yanvar 2006-cı il tarixlii ərizə ilə Bərdə rayon 1 saylı Dövlət notariat kontoruna müraciət edərək Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən yaşayış evini və torpaq sahəsini X32 ğluna bağışlamışdır. 11 yanvar 2006-cı il tarixli müqavilə Bərdə rayon 1 saylı Dövlət notarial kontoru tərəfindən təsdiq edilərkən müqavilənin predmeti kimi yalnız 2 otaqlı, 48,06 kv m yaşayış sahəsi, 61,74 kv. ümumi sahəsi olan ev göstərilmiş, Bərdə rayon Aqrar İslahat komisiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə X19 mülkiyyətinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinin taleyi açıq qalmışdır. X5 rayonu, Böyük Göyüşlü kənd sakini X24 məxsus yaşayış evini və həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul edərək qardaşı X10 vermiş, sonuncu isə qohumu olaraq onun mülkiyyətinə vermiş, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Daşınmaz Əmlakın Dövlət reyestrinin 162 nömrəli reyestr kitabının 42-ci vərəqində qeydiyyat aparılmışdır. Sorğu əsasında müəyyən edilmişdir ki, Bərdə rayon 1 saylı Dövlət notariat kontoru 16 oktyabr 2017-cı ildə X8 “Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi” verərək X19 qanuni vərəsəsi kimi tanımışdır, hazırda həmin şəxs şəhadətnaməyə istinad edərək X19 mirasına sahiblik etmək istəyir. X30 qanunla müəyyən edilmiş qaydada 11 yanvar 2006-cı il tarixli ərizə ilə evini və torpaq sahəsini X16 bağışladığından Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-cı ildə X9 verilmiş “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” ləğv edilməlidir. Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-ci ildə X9 verilmiş “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” ləğv edilməsinə dair qərar qəbul edilməsi xahişi ilə 31 yanvar 2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Müraciəti cavablandırılmamış, ərizəsi təmin edilməmişdir. Cavavbdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulmuşdur. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə verərək Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-ci ildə X6 verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. İddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Bərdə “Asan Xidmət” Reginal Mərkəzinin Notariat kontoruna, üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 16 oktyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 Ağa Nağı oğlunun vərəsəsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş X30 tərəfindən Bərdə rayon 1 saylı Dövlət Notariat Kontoruna verilmiş 11 yanvar 2006-cı il tarixli ərizəsində özünə məxsus Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən yaşayış evini və torpaq sahəsini X16 bağışlamışdır. İş materiallarına əlavə olunmuş Dövlət Reyestrindən ********** nömrəli Çıxarışdan müəyyən olunur ki, X4 mülkiyyətinə Bərdə rayonu Böyük Göyüşlü kəndində tam mülkiyyət hüququ ilə fərdi yaşayış evi və X30 ilə birgə mülkiyyətdə torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bərdə 1 saylı Dövlət Notariat Konrotunun 4Ə-6 saylı notariat işinə əlavə edilmiş 11 yanvar 2006-cı il tarixli torpaq bəxşiş müqaviləsinin surətindən müəyyən olunur ki, X13 rayonu Böyük Göyüşlü kəndində yerləşən 0.64 ha torpaq sahəsini X10 bağışlamışdır. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə verilməsinə dair JN 0055 KOD 61002018 olan Dövlət Aktının surətindən müəyyən olunur ki, X19 mülkiyyətinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2001-ci il tarixli, 02 saylı qərarı ilə 0.64 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə 1 saylı Dövlət Notariat Konrotunun 4Ə-6 saylı notariat işinə əlavə edilmiş X30 tərəfindən verilmiş ərizədə boşandığı, subay olduğu göstərilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə 1 saylı Dövlət Notariat Konrotunun 4Ə-6 saylı notariat işinə əlavə edilmiş X30 tərəfindən verilmiş ərizədə özünə məxsus Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən yaşayış evini və torpaq sahəsini X16 bağışladığı göstərilmişdir. İş materiallarına əlavə olunmuş X12 tərəfindən verilmiş ərizədə X19 vərəsəsi olduğu, ondan başqa vərəsəsi olmadığı göstərilmişdir. İş materiallarına əlavə olunmuş RX ******* nömrəli dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, X19 mülkiyyətinə Bərdə rayonu, Böyük Göyüşlü kəndində 0.64 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bərdə rayonu, Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, mərhum X30 vəfat edənə kimi Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayıb, vəfatından sonra onun ailə üzvlərindən qızı X12 qalmışdır. İş materiallarına əlavə olunmuş AZ-İ 680373 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 21 sentyabr 2014-cü ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş AZ-İ 246957 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X30 18 iyun 2007-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş V-JQ 457731 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 ilə X12 01 oktyabr 1991-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir, nikahdan sonra arvada Əlieva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş 16 oktyabr 2017-ci il tarixli, 1101 saylı arayışdan müəyyən olunur ki, X12 05 avqust 1964-cü ildə doğulmuşdur, atası X30, anası X3r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-ci maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olduğu məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır ki, miras əmlak faktiki olaraq İddiaçı tərəfindən qəbul edilmişdir. Belə ki, 11 yanvar 2006-cı il tarixli torpaq bəxşiş müqaviləsinin surətindən müəyyən olunur ki, X13 rayonu Böyük Göyüşlü kəndində yerləşən 0.64 ha torpaq sahəsini X10 bağışlamışdır. Bundan başqa X19 ünvan ünvanlanmış ərizəsindən də görünür ki, X30 ərizəsində ona mülkiyyət hüququ ilə məxsus olan Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən yaşayış evini və torpaq sahəsini təmənnasız olaraq X18 bağışlayır. Bundan başqa iş materiallarına əlavə olunmuş Bərdə 1 saylı Dövlət Notariat Konrotunun 4Ə-6 saylı notariat işinə əlavə edilmiş 11 yanvar 2006-cı il tarixli torpaq bəxşiş müqaviləsinin surətindən müəyyən olunur ki, X13 rayonu Böyük Göyüşlü kəndində yerləşən 0.64 ha torpaq sahəsini X10 bağışlamışdır. Lakin notariat kontoru tərəfindən həmin ərizə və iradə ifadəsi nəzərə alınmamış və yalnız ərizədə qeyd edilən yaşayış evinə dair iddiaçı çıxarış ala bilmişdir. X19 yeganı övladı olan hazırki iş üzrə üçüncü şəxs X12 qanun üzrə vərəsəlik şəhadətnaməsi almış və bunun nəticəsində də mübahisəli torpaq sahəsinə əsassız olaraq mülkiyyət hüququ əldə etməklə iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh X6 verilmiş 2V-622 reyestr nömrəli, 16 oktyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3078/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3078/2023
04.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver