Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-308/2021 27.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurduğu maddi zərərər görə 5282 manat (4082+800+400manat) məbləğində pulun, hadisə nəticəsində ona dəymiş 10000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 15312 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bərdə rayonu Nazirli kənd sakini Cavabdeh 13.07.2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Suraxanı rayonu Ramana ərazisində etibarnamə əsasında idarə etdiyi “X16” markalı ** LX *** dövlət qeydiyyat nişanlı avtomobili yüksək surətlə idarə etməklə yol hərəkət qaydalarını pozması nəticəsində idarəetməni itirmiş və idarə etdiyi avtomobilin qabaq hissəsi ilə Ramana qəsəbəsi ərazisində dayanmış vəziyyətdə olan ona məxsus “Mersedes Benz C 250” markalı,**-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa tərəfdən vurmuşdur. Həmin vaxt ona mənə məxsus avtomobildə iki azyaşlı uşaqları 2007-ci il təvəllüdlü qızı X9 və 2009-cu il təvəllüdlü oğlu X12 olmuşdur. Hadisə nəticəsində qızı Zeynəb Babayeva və oğlu Elcan babayev bədən xəsarətləri almış,həmçinin ona məxsus Mersedes Jenz C 250” markalı,**-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9082 (doqquz səksən iki) manat məbləğində maddi ziyan dəymişdir. Hadisədən sonra hadisə yerinə polis işçiləri, təcili tibbi yardım stansiyasının əməkdaşları və sığorta təşkilatının işçiləri, polis və sığorta işçiləri araşdırma aparmağa başlamış, uşaqları təcili yardım maşını ilə xəstəxanaya aparılmış, onlara tibbi yardım göstərilmişdir. Hadisədən sonra Suraxani Rayon Polis İdarəsinin icazəsi ilə avtomobilinin təmir olunması və ona dəymiş maddi zərərin məbləğini müəyyən etmək üçün onu "xxxx" MMC-yə aparmış, həmin cəmiyyətin tərtib etdiyi 28.07.2020-ci il tarixli qüsur aktına əsasən onun avtomobilinə 9082 manat məbləğində maddi zərər dəymişdir. Sığorta təşkilatı avtomobilə dəymiş 9082 manat ziyandan ona 5000 manat, qalan 4082 manat pul isə cavabdeh tərəfindən ödənilməlidir. Lakin cavabdeh pulu ödəmir. Dəfələrlə bu barədə cavabdehə xəbərdarlıq etsə də, cavabdeh boyun qaçırılmışdır. Beləliklə,hadisə nəticəsində dəymiş ziyandan yerdə qalan 4082 manat məbləğində pul, eyni zamanda avtomobilini bu günə kimi istifadə edə bilmədiyinə görə ona dəymiş zərərə görə 800 manat , məhkəmə proseslərində iştirak etməklə bağlı çəkəcəyi 400 manat məbləğində olmaqla, cəmi 5282 manat pul, həmçinin ona dəymiş mənəvi ziyanın əvəzi 10000 manat məbləğində pul cavabdehdən alınaraq ona verilməlidir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə verərək, Cavabdeh onun xeyrinə ekspert rəyində göstərildiyi kimi 6941 manat maddi ziyanın tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmçinin ərizəsində növbəti məhkəmə iclasının onun iştirakkı olmadana baxılamsını və yekun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1978-ci il tarixdə Ermənistanın Meqri rayonunda anadan olmuşdur. ünvan 1 ünvanda qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1939 nömrəli 31.08.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı oğlu ünvan 1 ünvanda qeydiyyatdadır. Mülki işə əlavə edilmiş DİN BDYPİ QİŞ-1 saylı ASAN xidmət mərkəzi tərəfindən 24.04.2013-cü il tarixdə verilmiş AC seriyalı, 008070 nömrəli sürücülük vəsiqəsindən görünür ki, İddiaçı oğlu BC dərəcəli nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmuşdur. Mülki işə əlavə edilmiş AD N 598482 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2012-ci il buraxılışı olan Mercedes Benz C250 minik markalı sedan tipli ** RK *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı oğlunun mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh oğlu xx.xx.1987-ci ildə Bərdə rayon Nəzirli kəndində anadan olmuşdur. Bərdə rayon Nazırlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən veriılmiş arayişdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh Bərdə rayon Nəzirli kəndində anadan olmuşdur. Bərdə rayon Nazirli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş BDYPİ İmişli QİŞ TBŞ tərəfindən 29.06.2016-cı il tarixdə verilmiş AE seriyalı, 811560 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh BC dərəcəli nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmuşdur. Mülki işə əlavə edilmiş AD N 226128 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1996-ci il buraxılışı olan X16 minik markalı universal tipli ** LX *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. Mülki işə əlavə edilmiş ƏN-Vİİ № 292293 saylı 13.06.2020-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Qasımzadə Samirə Seymur qızının mülkiyyətindəki 1996-ci il buraxılışı olan X16 minik markalı universal tipli ** LX *** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə, yəni 13.06.2021-ci il tarixədək X4 tərəfindən Cavabdeh oğluna etibar edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsi tərəfindən verilmiş canlı şəxsin ekspertizası barədə 611 saylı ekspert rəyindən görünür ki, 2007-ci il təvəllüdlü X3 məhkəmə-tibbi müayinəsi zamanı Z.İddiaçıanın bədən səthində aşkjar edilmiş xəsarət –bel nahiyəsinin hematoması , bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən 13.07.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aididir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsi tərəfindən verilmiş canlı şəxsin ekspertizası barədə 612 saylı ekspert rəyindən görünür ki, 2009-ci il təvəllüdlü X7 məhkəmə-tibbi müayinəsi zamanı E.İddiaçı bədən səthində aşkar edilmiş xəsarət –boyunun qançırı və əzələ bağ aparatının gərilməsi, sağ pəncənin şişkinliyi bərk küt əşya(əşyalar )təsirindən törənmişlər, qərarda göstərilən 13.07.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Mülki işə əlavə edilmiş 28.07.2020-ci il tarixli qüsur aktından görünür ki, 2012-ci il buraxılışı olan Mercedes Benz markalı ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilin servis mərkəzində ilkin texniki baxış zamanı avtomobilin aktda qeyd olunan ehtiyat hissələrinə dəymiş ziyan 7682 manat , ehtiyat hissələrinin armatur işinə 200 manat , dəmirçi işinə 500 manat, rəngsaz işinə 600 manat, çilingər işinə 30 manat , razval 20 manat , elektrik+diaqnostika 50 manat, cəmi servis xidməti 1400 manat olmaqla, cəmi 9082 manat xərc çəkilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş 14 iyul 2020-ci il tarixli 329 saylı arayışdan görünür ki, 13.07.2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Suraxanı Ramana qəsəbəsində Cavabdeh idarə etdiyi X16 minik markalı ** LX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı oğluna məxsus dayanmış vəziyyətdə olan “Mercedes Benz C” markalı ** RK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə “Mercedes” markalı avtomobilə zərər dəymişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 nömrəli şəhər Klinik Xəstəxanasının 13.07.2020-ci il tarixli 1007 saylı arayışından görünür ki, X10 boyun əzələ bağlarının gərilməsi diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş 13.07.2020-ci il tarixli 1672 saylı sərxoşluq vəziyyətinin tibbiu müayinəsi aktından görünür ki, 1987-ci il təvəllüdlü Cavabdeh müayinə olunarkən alkoqol sərxoşluğu vəziyyəti olmadığı müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş 24 iyul 2020-ci il tarixli 434 saylı arayışdan görünür ki, İddiaçı oğluna məxsus Mercedes Benz C250 minik markalı sedan tipli ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsinə icazə verilmişdir. Mülki işə əlavə edilmiş İXP ******* sayli 14.08.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.1987-ci ildə Bərdə rayonunda anadan olmuş Cavabdeh 13.08.2020-ci il tarixdə saat 10:00-da X16 minik markalı ** LX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Mülki işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, Mercedes Benz C250 minik markalı ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Mülki işə əlavə edilmiş Suraxanı rayon Polis İdarəsinin 25.07.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, fakt üzrə araşdırma aparılmış və cinayət işinin başlanması rədd olunmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4079 saylı 06.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin 28.07.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissəslərin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışı olan Mercedes Benz C250 minik markalı sedan tipli ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 6941.00 manat müəyyən olunur. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 28.07.2020-ci il tarixli arayışdan görünür ki, Qasımzadə Samirə Seymur qızının mülkiyyətindəki 1996-ci il buraxılışı olan X16 minik markalı universal tipli ** LX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Cavabdeh hadisə baş verdiyi anda ayıq vəziyyətdə olmuş, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı oğluna məxsus Mercedes Benz C250 minik markalı sedan tipli ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilə , həmçinin X7 və X1 zərər vurulmuşdur. Mülki işdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh 13.07.2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Suraxanı rayonu Ramana ərazisində etibarnamə əsasında idarə etdiyi X16 minik markalı universal tipli ** LX *** dövlət qeydiyyat nişanlı avtomobili yüksək surətlə idarə etməklə yol hərəkət qaydalarını pozması nəticəsində idarəetməni itirmiş və idarə etdiyi avtomobilin qabaq hissəsi ilə Ramana qəsəbəsi ərazisində dayanmış vəziyyətdə olan iddiaçıya məxsus “Mersedes Benz C 250” markalı,**-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa tərəfdən vurmuşdur. Həmin vaxt iddiaçıya məxsus avtomobildə iki azyaşlı uşaqları 2007-ci il təvəllüdlü qızı X9 və 2009-cu il təvəllüdlü oğlu X12 olmuşdur. Hadisə nəticəsində iddiaçının Zeynəb Babayeva və oğlu Elcan babayev bədən xəsarətləri almış,həmçinin iddiaçıya məxsus Mersedes Jenz C 250” markalı,**-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə ekpert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi maddi ziyan hissəsində təmin olunmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı maddi ziyanla yanaşı mənəvi zərərin ödənilməsi tələbi də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində təmin oluna bilməz. Belə ki, iddiaçı mənəvi zərər çəkməsi ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Həmin tələblə bağlı məhkəmə ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsumu cavabdeh Cavabdeh Xosrov oğundan alınaraq İddiaçı oğluna ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh Cavabdeh Xosrov oğundan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh Xosrov oğundan 6941 (altı min doqquz yüz qırx bir) manat məbləğində pul tutularaq İddiaçı oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh Xosrov oğundan alınaraq İddiaçı oğluna ödənilsin. Ekspertiz tədqiqatının dəyəri 100 manat Cavabdeh Xosrov oğundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-308/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-308/2021
27.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver