Məhkəmə qərarları › İş №2(021)-308/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-308/2024

10.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-308/2024 10.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 iclas kаtibliyi, İddiaçı, onun vəkili X9, cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mirasın əmlakda payların bölünüb müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə Bərdə rayon məhkəməsinə müraciət edərək xx.xx.2022ci il tarixdə vəfat etmiş mərhum Məmmədov Eldar Yunis oğluna məxsus olan 2 otaqdan ibarət, yaşayış sahəsi 41.65 kv.m və 200.0 kv.m olan torpaq sahəsi ilə birlikdə olan Bərdə şəhər ünvan 1 ünvanındakı fərdi yaşayış evinin vərəsələr arasında bölünməsini və mirasın naturada bölünərək onun payının ayrılıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə şəhər sakini Məmmədov Eldar Yunis oğlu ilə 24 may 1991-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənib. Birgə nikah dövründə isə övladları anadan olmamışdır. X14 ilə ailə həyatı quran zaman birinci həyat yoldaşı vəfat etmiş və azyaşlı övladları ilə birlikdə yaşayırdı. Onunla evlənən zaman isə onun Eldar Məmmədovun özünə məxsus olan 2 otaqdan ibarət, yaşayış sahəsi 41.65 kv.m və 200.0 kv.m olan torpaq sahəsi ilə birlikdə olan fərdi yaşayış evinə köçmüş və ailə olaraq orada yaşayıb. Həyat yoldaşı Məmmədov Eldar Yunis oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Eldar Məmmədov vəfat etməmişdən öncə yaşadığı fərdi yaşayış evi 883 nömrəli qeydiyyat nömrəsi ilə Bərdə rayon DTİ və MHQ idarəsi tərəfindən qeydiyyata alınsa da, lakin rəsmi olaraq Çıxarış verilməmişdir. Fərdi yaşayış evinin sadəcə Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə X10 kitabında xx.xx.2011-ci il tarixdə 1594 nömrə ilə uçota alınmış A 078687 saylı Torpaq sahəsinin plan və ölçüsü var. Hal-hazırda onun Məmmədov Eldar Yunis oğluna məxsus olan 2 otaqdan ibarət yaşayış sahəsi 41.65 kv.m və 200.0 kv.m olan torpaq sahəsi ilə birlikdə olan Bərdə şəhər ünvan 1 ünvanındakı fərdi yaşayış evini rəsmi olaraq adına sənədləşdirmək istəyir. Lakin mərhum Məmmədov Eldar Yunis oğlunun övladları hazırki iş üzrə cavabdehlər qeyd etdiyi fərdi yaşayış evinin onun adına keçməsinə narazıçılıq edirlər və onun həmin evdə yaşamağına maneçilik törədirlər. Hazırda o,həmin evdə yaşamır. Lakin cehiz əşyaları həmin evdədir. Onun fərdi yaşayış evini rəsmi olaraq adına keçməsi ilə bağlı ASAN xidmət mərkəzinin notariat konturuna müraciət etdikdə isə hər bir şəxsin gələrək imza etmələrini bildirirlər. Lakin cavabdehlər onunla birlikdə Asan xidmət mərkəzinə getmədikləri üçün o evi öz adına sənədləşdirə bilmir. Cavabdehlər fərdi yaşayış evini rəsmi olaraq adına keçməsində narazıçılıq etdiyi üçün məhkəməyə müraciət edərək Məmmədov Eldar Yunis oğluna məxsus olan 2 otaqdan ibarət,yaşayış sahəsi 41.65 kv.m və 200.0 kv.m olan torpaq sahəsi ilə birlikdə olan Bərdə şəhər ünvan 1 ünvanındakı fərdi yaşayış evini vərəsələr arasında bölünməsini, mirasın naturada bölünərək onun payının ayrılıb verilməsini və vərəsəlik şəhadətnaməsinin verilməsini istəyir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək hazırda iddia tələbini dəyişərək iddia tələbini mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi, miras payının vərəsələr arasında bölünməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə həcminin artırılmasına dair ərizə verərək digər iddia tələblərindən əlavə olaraq əmlak tələbi də qeyd etmək istədiyini bildirərək göstərmişdir ki, ona məxsus olan cehiz əşyaları Bərdə şəhəri, ünvan 2 ünvanındakı fərdi yaşayış evində qalmışdır. Cavabdehlər əmlaklarını götürməyinə icazə vermirlər: Tələb etdikləri əmlakları aşağıdakılardır:

1. Paltaryuyan maşın-550 manat

2. Soyuducu-750 manat

3. Qonaq otağı və yataq otağı mebeli

4. Qaz piltəsi-balonlu

5. Elektrikli soba

6. Televizor

7. Televizor aparatı (krosnu)

8. Stol və 6 ədəd stul

9. Tək çarpayı-3 ədəd

10. Paltar asılqanı

11. Ütü stolu

12. Ət maşını

13. Tozsoran

14. Qab qacaqlar

15. Sandıq (içi dolu məhrəba və s.)

16. 3 ədəd yastıq

17. 4 ədəd tək döşək

18. 4 ədəd yorğan

19. 2 ədəd mütəkkə

20. 4 ədəd adyal

21. Çamadan 1 ədəd

22. 1 ədəd xalça

23. Mator. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X9 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 bildirdilər ki, iddiaçı nəyi varsa yığıb bir otağa, ağzını bağlayıb, paltaryuyan soyuducu və s. Nəyi varsa gəlib götürə bildiyini qeyd etdilər. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 və Cavabdeh6 məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdilər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materialları üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mirasın əmlakda payların bölünüb müəyyən edilməsi” tələbinə dаir iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan AZE 0******* nömrəli, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı – xx.xx.1954 -cı ildə anadan olmuşdur. İş materiallarında olan Bərdə rayon Vəkil Bürosunun vəkili Xanım İsayeva sorğusu əsasında Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş məlumatda göstərilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü vət. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə ASAN-Bərdə tərəfindən AZE******** nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, Bərdə şəhəri, İ.Qayıbov küçəsi, ev 32, xx.xx.1969-cu il təvəllüdlü vət. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə ASAN- Bərdə tərəfindən AA2239939 nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, Bərdə rayonu, Bərdə şəhəri, ünvan 2, xx.xx.1971-ci il təvəllüdlü vət. Cavabdeh3 xx.xx.2013-cü il tarixdə Bərdə RPŞ QŞVB tərəfindən AZE******** nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, Bərdə rayonu, Hüseynallar kəndi, xx.xx.1973-cü il təvəllüdlü vət. Cavabdeh4 xx.xx.2010-cu il tarixdə Bərdə RPŞ QŞVB tərəfindən AZE0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, Bərdə şəhəri, Nüşabə küçəsi, dön 1, ev 1, xx.xx.1977-ci il təvəllüdlü vət. Cavabdeh5 xx.xx.2020-ci il tarixdə ASAN-Bərdə tərəfindən AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, Bərdə rayonu, Bərdə şəhəri, ünvan 2, xx.xx.1981-ci il təvəllüdlü vət. Cavabdeh6 xx.xx.2023-cü il tarixdə ASAN-Bərdə tərəfindən AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2563 nömrəli Bərdə şəhəri, ünvan 4 ünvanında qeydiyyatda olan X1 cavabdan görünür ki, 04 oktyabr 2023-cü il tarixdə ərizə ilə Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət edərək 26 avqust 2022-ci ildə vəfat etmiş əriniz Məmmədov Eldar Yunis oğlundan qalmış miras əmlakın bölüşdürülməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı digər vərəsələrlə aranızda ixtilaflar olduğunu bildirmisiniz. Həmin ərizənizə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Odur ki, miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnamənin verilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Bərdə rayon Vəkil Bürosunun vəkili Xanım İsayeva sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 7 saylı Bərdə ərazi idarəsinə tərəfindən. bildiririk ki, sorğuda qeyd olunan Məmmədov Eldar Yunis oğlunun adına Bərdə rayonu, Babək küçəsində yerləşən 2 otaqdan ibarət olan, yaşayış sahəsi 41.65 kv.metr və 200.0 kv.metr olan torpaq sahəsi ilə birlikdə 14 saylı fərdi yaşayış evi 883 qeydiyyat nömrəsilə Bərdə rayonu DTİ və MHQ idarrəsi tərəfindən qeydə alınmışdır İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 457573 nömrəli arayışdan görünür ki, 24 may 1991-ci il tarixdə Məmmədov Eldar Yunis oğlu ilə X2 arasında nikah bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-066108 nömrəli doğum haqqında arayışınan surətindən görünür ki, X3 xx.xx.1971-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bu barədə doğum akt qeydləri kitabında xx.xx.1971-ci il tarixli 340 nömrə ilə qeydə alınmışdır İş materiallarında olan xx.xx.2021-cü il tarixli, AZ 176074 nömrəli doğum haqqında arayışınan surətindən görünür ki, Cavabdeh2 xx.xx.1969-cu il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bu barədə doğum akt qeydləri kitabında xx.xx.1969-cu il tarixli 339 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, nömrəli doğum haqqında arayışınan surətindən görünür ki, Cavabdeh5, xx.xx.1977-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bu barədə doğum akt qeydləri kitabında xx.xx.1977-ci il tarixli 281 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-339828 nömrəli doğum haqqında arayışınan surətindən görünür ki, Məmmədov Hicran Eldar qızı xx.xx.1973-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bu barədə doğum akt qeydləri kitabında xx.xx.1973-ci il tarixli 490 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-066108 nömrəli doğum haqqında arayışınan surətindən görünür ki, X3 xx.xx.1971-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bu barədə doğum akt qeydləri kitabında xx.xx.1971-ci il tarixli 340 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-1404882 nömrəli doğum haqqında arayışınan surətindən görünür ki, X6 xx.xx.1967-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bu barədə doğum akt qeydləri kitabında xx.xx.1967-ci il tarixli 516 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan ********** ömrəli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. “X7” MMC-nin 03 iyul 2024-cü il tarixli mütəxəsis rəyindən görünür ki, hazırki mülki iş üzrə iddia predmeti olan cehiz əşyaları qiymətləndirilmişdir, qiymətləndirmənin yekununda cehiz əşyalarının cəmi dəyəri 4590 manat məbləğində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.3-ci maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1229-cu maddəsinə əsasən vəsiyyətnamənin etibarsız sayıldığı halda bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər. 1230-cu maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Bundan başqa Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Həmin qərarın 10.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Əmlak tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Hazırki ərizə, tərəflər arasında miras bölgüsünə dair ixtilaf olması səbəbindən iddia icraatı qaydasında verildiyindən məhkəmə tələbə iddia icraatı qaydasında baxaraq həll etməlidir. Məhkəmə iddia tələbinə baxaraq və iş materiallarını araşdıraraq hesab edir ki, mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətlər artıq qanunvericilikdən çıxarıldığından və vərəsənin miras pay hüququ hər zaman qorunduğundan artıq mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə ehtiyac yoxdur, həmçinin miras qəbul edilərkən və bölüşdürülərkən nəticədə rəsmiləşmə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə başa çatdığından həmin hissədə iddia təmin edilmir, bundan başqa miras payları müəyyən edildikdən sonra onun naturada bölgüsü məsələsinə baxıla bilər, lakin iş materiallarına əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi mərhum xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum Məmmədov Eldar Yunis oğluna məxsus olan 2 otaqdan ibarət, yaşayış sahəsi 41.65 kv.m və 200.0 kv.m olan torpaq sahəsi ilə birlikdə olan Bərdə şəhər ünvan 1 ünvanındakı fərdi yaşayış evinin vərəsələr arasında bölünməsi hissəsində təmin edilməli, qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə konkret olaraq payları müəyyənləşdirməyərək həmin hissədəki səlahiyyətin notariusa aid olmasını qeyd edir. Buna görə hazırki qətnamə notarius tərəfindən vərəsəlik paylarının bərabər qaydada müəyyənləşdirilməklə bölünməsi üçün əsasdır. Bundan başqa məhkəmə hesab edir ki, cavabdehlərin etirafına əsasən iddianın həcminin artırılması hissəsində göstərilən əmlaklar (cehiz əşyaları) cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməlidir. Belə ki, ərizədə göstərilən əşyalar iddiaçıya məxsus olmaqla hazırda cavabdehlərə məxsus fərdi yaşayış evində qalmışdır və iddiaçı həmin əşyalardan istifadə hüququndan məhrum olmuşdur. Buna görə iddia tələbi həmin hissədə təmin edilməlidir. AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə qiymətləndirmə aparılması ilə əlaqədar mütəxəssis rəyinin verilməsi ilə bağlı tələb olunan 100 manat xərc cavabdehlərdən müştərək qaydada tutularaq “X7” MMC-nin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mirasın əmlakda payların bölünüb müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Mərhum xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum Məmmədov Eldar Yunis oğluna məxsus olan 2 otaqdan ibarət, yaşayış sahəsi 41.65 kv.m və 200.0 kv.m olan torpaq sahəsi ilə birlikdə olan Bərdə şəhər ünvan 1 ünvanındakı fərdi yaşayış evi vərəsələr arasında bərabər paylar üzrə bölüşdürülməklə vərəsəlik payları tanınsın. Hazırki qətnamə notarius tərəfindən tərəflərin vərəsəlik paylarının bölünməklə tanınması üçün əsasdır. Cavabdehlərdən iddiaçıya məxsus cehiz əşyaları (əmlakları): Paltaryuyan maşın- 1 ədəd-550 manat; Soyuducu-1 ədəd-750 manat; Qonaq otağı və yataq otağı mebeli (Mebel dəsti)-1500 manat; Qaz piltəsi-balonlu-1 ədəd-35 manat; Elektrikli soba-1 ədəd; Televizor- 1 ədəd; Televizor aparatı (krosnu)-1 ədəd 15 manat; 1 ədəd stol və 6 ədəd stul (Stol-stul dəsti)-350 manat; Tək çarpayı-3 ədəd (1 ədəd-55 manat) cəmi 165 manat; Paltar asılqanı- 1 ədəd 10 manat; Ütü stolu-1 ədəd 60 manat; Ət maşını-1 ədəd 55 manat; Tozsoran-1 ədəd 60 manat; Qab-qacaqlar (qab-qacaq dəsti)-50 manat; Sandıq (içi dolu məhrəba və s.)-1 ədəd-100 manat; 3 ədəd yastıq (1 ədədi 30 manat)-cəmi 90 manat; 4 ədəd tək döşək (1 ədədi-80 manat)-cəmi 320 manat; 4 ədəd yorğan (1 ədədi 70 manat)-cəmi 280 manat; 2 ədəd mütəkkə (1 ədədi 10 manat) cəmi 20 manat; 4 ədəd adyal (1 ədədi 10 manat) cəmi 40 manat; Çamadan 1 ədəd-20 manat; 1 ədəd xalça-120 manat və Mator və ya onların dəyəri alınaraq iddiaçıya verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. İş üzrə mütəxəssis rəyinin verilməsi ilə əlaqədar tələb olunan 100 manat xərc cavabdehlərdən müştərək qaydada tutularaq “X7” MMC-nin hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar