Məhkəmə qərarları › İş №2(021)-3083/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3083/2021

02.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3083/2021 02.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 Qnyaz oğlu, İddiaçı2 və İddiaçı3 Knyaz oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bərdə rayonu 1 saylı notariat kontoru və üçüncü şəxs DƏDRX-nin 7 saylı ərazi idarəsinə qarşı “4Ə-102 saylı 07.04.2005-ci il tarixli və 4Ə-560 saylı 17.03.2021-ci il tarixli Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və torpaqdan çıxarma” tələbinə dair mülki işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Qnyaz oğlu rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdehlər Cavabdeh1 və qeyrilərinə həmçinin üçüncü şəxs DƏDRX-nin 7 saylı ərazi idarəsinə qarşı “4Ə-102 saylı 07.04.2005-ci il tarixli və 4Ə-560 saylı 17.03.2021-ci il tarixli Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və torpaqdan çıxarma” tələbinə dair qaldıraraq iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 məhkəməyə ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa, MPM-nin 108.1.6-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 Qnyaz oğlu, İddiaçı2 və İddiaçı3 Knyaz oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bərdə rayonu 1 saylı notariat kontoru və üçüncü şəxs DƏDRX-nin 7 saylı ərazi idarəsinə qarşı “4Ə-102 saylı 07.04.2005-ci il tarixli və 4Ə-560 saylı 17.03.2021-ci il tarixli Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və torpaqdan çıxarma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar