Məhkəmə qərarları › İş №2(021)-3090/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3090/2025

17.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3090/2025 17.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “X2” qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı cavabdeh “X2” qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ona əsassız hesablanmış ümumilikdə 1555, 2 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış **********0 nömrəli qaz sayğacını Bərdə rayon qaz İdarəsinin işçiləri sökərək yoxlamaya göndərmişlər.2023-cü ilin aprel ayında isə güyq müdaxilə nəticəsində 1555, 2 manat cərimə yazılmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "Azəriqaz” İB-nin nümayəndəsi X6 izahatında göstərmişdir ki, 2023-cü ilin fevral ayında Cavabdeh İB əməkdaşları tərəfindən iddiaçl İddiaçı oğunun yaşadığı mənzildə quraşdırılmış qaz sayğacına baxış keçirmiş, əməkdaşları tərəfindən texniki səhv olaraq iddiaçıya 4499 kub/metr artıq qaz sərfiyyatı hesablanmaqla 1139 manat cərimə məbləği yazılmışdır. Qaz sayğacı sökülərək dövlət yoxlamasına göndərilmiş, 2023-cü ilin aprel ayında verilən rəyə əsasən iddiaçı tərəfindən 12960 əlavə qaz sərfiyyatı olmuş, 1555,20 manat cərimə məbləği hesablanmışdır. Hesablanmış 12960 kub/metr qaz sərfiyyatının 4499 kub metri texniki səhv olaraq hesablanmış, 83 kub.metr iddiaçının öz istifadə etdiyi qaz sərfiyyatıdır. Qalan isə artıq hesablanmış qaz sərfiyyatıdır. İş materiallarına istinad: İş materiallarında olan AZE seriyalı №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1975-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri Vaqif küçəsi ev 33-də qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 21 dekabr 2022-ci il tarixli №4861536 saylı Aktdan görünür ki, İddiaçı adına olan qaz sayğacı əvəzetmə səbəbindən növbəti dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 20 aprel 2025-ci il tarixli Aktdan görünür ki, İddiaçı adına olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın membranı hərəkətə gətirən dişli çarx öz oxundan çıxdığı, qazın keçdiyi, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi, sayğac istismara yarasız olduğu aşkar edilmiş, Sayğacın yenisi ilə əvəz olunması, sayğacın dəyərinin və dəymiş ziyanın abonent tərəfindən ödənilməsi aktlaşdırılmışdır. İddia ərizəsinə əlavə edilmiş abonentin saldosunun çıxarışından görünür ki, Abonent kodu: **********00330 olan abonent İddiaçı adına olan ünvan 1 ünvanında yerləşən mənzildə istifadə olunan qaz sayğacında 2023-cü il üçün borcu 1839,94 manat təşkil etmişdir. İş materiallarında olan 30 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı yekun borcu 306,68 mqanat təşkil edir. İş materillarında olan 02 iyun 2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı yekun borcu 1838,78 mqanat təşkil edir. İş materillarında olan 01 avqust 2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı yekun borcu 1811, 28 mqanat təşkil edir. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 513-İQ nömrəli xx.xx.1998-ci il tarixli Qanunun: 13-cü maddəsinin 8-1 hissəsinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin maddənin 9-cu hissəsinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”n: 4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1-ci bəndinə əsasən, İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2-ci bəndinə əsasən, İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4-cü bəndinə əsasən, Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, istehlakçıların hüquqlarına öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə sübutları təhlil edib, müəyyən etmişdir ki, İddiaçı istifadəsində olan ******* nömrəli sayğac Cavabdeh İB-nin əməkdaşları tərəfindən çıxarılıb, yeni sayğacla əvəz edilmişdir. Çıxarılan sayğaca baxış zamanı baxış zamanı sayğacın membranı hərəkətə gətirən dişli çarx öz oxundan çıxdığı, qazın keçdiyi, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir, bu hal “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda öz əksin tapmışdır. Həmin akt əsasında tərtib olunmuş tələbnamədən görünür ki, istehlakçıya sayğac nasaz olduğu müddət üçün 12960 m3 itirilmiş qaz sərfiyyatı hesablanmış və nəticədə iddiaçıdan 1555,20 manatın ödənilməsi tələb olunmuşdur. İddiaçıya məxsus abonent saldosundan görünür ki, həmin aktda 2023cü ilin aprel ayında saldoya işlənmişdir. Lakin saldoya daxil edilmiş qaz sərfiyyatı 12960 m3 deyil 8043 m3 kimi daxil edilmişdir. Yaranmış ziddiyyətlə bağlı X3 nümayəndəsi X6 aydınlıq gətirərək sərfiyyatın həcminin 8043 m3 kimi göstərilməsinin səbəbi iddiaçı tərəfindən sonradan aparılmış borc üzrə ödəniş olmuşdur. Belə ki, iddiaçı tərəfindən müvafiq ödəniş edildiyindən həmin ödənişə müvafiq olaraq qaz sərfiyyatı aktda göstərilən sərfiyyatdan çıxılaraq qalıq sərfiyyət saldoya işlənilmişdir. Məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Qanuna və Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalar”ına əsasən, fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi qaz paylayıcısının hesabına həyata keçirilməlidir. Hazırki iş üzrə qaz paylayıcısı olan Cavabdeh İB tərəfindən tərtib edilmiş aktlarda sayğacın nasaz olduğu göstərilsə də, zərərin istehlakçının təqsirli hərəkətləri nəticəsində baş verməsini təsdiq edən hallar qeyd olunmayıb. Odur ki, sayğacda yaranmış nasazlıqlar ilə bağlı xərclər qaz paylayıcısı olan Cavabdeh İB vəsaiti hesabına ödənilməlidir. xx.xx.2023-cü il tarixli aktda qeyd edilən və sərfiyyat tam şəkildə saldoda əks etdirilməməsi cavabdeh tərəfindən yol verilmiş texniki səhvin nəticəsidir. Məhkəmə hesab edir ki, hesablama mexanizminin iş prinsipinə maneə törədilməsinin abonent tərəfindən ödənilməsi baş verməsi öz təsdiqini tapmadığı üçün iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20 aprel 2023-cü il tarixli, ******* nömrəli akta əsasən **********00330 nömrəli abonent İddiaçı qanunsuz olaraq hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00330) hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar