Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3096/2023 19.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bildirişdə göstərilən qanunsuz yazılmış 573,40 manat cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvlərilə birlikdə ünvan 1 ünvanında yaşayır. Daim istifadə etdiyi suya görə hesablanmış su pulunu gecikdirmədən ödəmişdir. Tərəflərindən sərf olunmuş suyun dəyəri sayğacın sərfiyyat göstəricisinə uyğun olaraq vaxtı-vaxtında ödənilmişdir. Fərdi yaşayış evinə baxış keçirilən zaman hər-hansı bir kənar müdaxilənin olmaması və ya kənar su çəkilişi olmamasına baxmayaraq cavabdeh təşkilatın əməkdaşları qərəzli olaraq ona cərimə hesablamışlar. Belə ki, 2 il bundan öncə qış aylarında küçədən keçən köhnə su borusunun deşilməsi səbəbindən xəbərləri olmadan ona məxsus fərdi yaşayış evinin zirzəmisinə su dolmuş və evi tamamilə yararsız hala salmışdır. Bundan xəbər tutduqdan sonra aidiyyatı üzrə su İdarəsinə müraciət etmişdir. Həmin idarənin əməkdaşları onların evinə baxış keçirdikdən sonra məlum olmuşdur ki, içməli su üçün nəzərdə tutulmuş borunun istismar müddətini başa vurmağı səbəbindən bir neçə yerdən deşilmişdir. Su idarəsinin əməkdaşları həmin deşilmiş borunun bir neçə yerinə ağacdan düzəlmiş çiv" vuraraq üzərini də torpaqlayaraq getmişdirlər. Sonradan yenidən zirzəmini su basdığını görüb su idarəsinin əməkdaşlarının təkrarən çağırmışdır. Onlar gəlib torpağı qazıb yük maşını ilə daşıtdırıraq həmin yerə "daş çınqıl" töküb getmişdirlər. Su borusunun partlaması nəticəsində evi bərbad hala düşdüyündən bankdan kredit götürərək özü təmir etdirmişdir. Onların xəbəri olmadan Cavabdeh ASC-nin əməkdaşları onların yaşadıqları evə quraşdırılmış sayğaca baxış keçirib, xx.xx.2023-cü il tarixli 36356399 nömrəli "hesab faktura" sənədinə əsasən 573.40 manat borcun un olması barədə "hesab faktura" qəbzi verilmişdir. Bu barədə maraqlandıqda isə həmin hadisədən sonra ona su borcunun yazılmasını əsas gətirmişdirlər. Hesab edir ki, Su idarəsi tərəfindən yazılmış cərimə qanunsuz olaraq yazılmışdır. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat verdi, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işdə olan sənədlri araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE №0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə şəhər İcra Hakimiyyəti Başçısının Bərdə şəhər X2 üzrə Nümayəndəliyi tərəfindən verilmiş 3025 saylı xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri, ünvan 2 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli hesab fakturasından görünür ki, Bərdə şəhəri, ünvan 4 ünvanında yaşayan abonent İddiaçı 573,40 manat borcu vardır. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Xəbərdarlıqdan görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı borcunun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş Abonent Kartından görünür ki, abonent İddiaçı 585,40 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X3 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. İddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmə iclasında verdiyi izahatında Cavabdeh ASC tərəfindən ona qanunsuz cərimə yazılmasını qeyd etsə də bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə işdə olan sənədlərdən müəyyən etmişdir ki, yaranmış borc sudan istifadə etmə nəticəsində olan borcdur ki, iddiaçı onu ödəməkdən yayınmaq məqsədilə hazırkı tələblə müraciət etmişdir. O ki, qaldı su borusunun deşilməsi nəticəsində evinə ziyanlıq dəyməsi ilə bağı iddiaçı müvafiq tələblə Cavabdeh ASC-yə qarşı iddia irəli sürə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh ASC tərəfindən qanunsuz cərimə yazılması tələbi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən iddia tələbi əsassız hesab edilməklə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh qarşı cərimənin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3096/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3096/2023
19.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver