Məhkəmə qərarları › İş №2(021)-310/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-310/2023

01.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-310/2023 01.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçi iştirakları ilə, Ərizəçi X2 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının təsdiqinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 21 noyabr 1989-cu il təvəllüdlü bacısı X5 uzun zamandır ki, pisxoloji problemdən əziyyət çəkir. Bacısı ruhi xəstədi, əqli qüsuru var. Halhazırda bacısı özünü idarə edə bilmir, yaxınlarından heç kimi tanımır. Davamlı olaraq hər hansı bir şəxsin qulluğuna və köməyinə ehtiyacı var. Tez-tez qıcolma tutmaları var və hal hazırdada mütəmadi olaraq ruhi əsəb dispanserində müalicə olunur . X2 hər hansısa bir şəxsin köməyinə ehtiyac olduğu üçün bacısının fəaliyyət qabiliyyətsiz hesab edilməsini istəyir. Məhkəmə iclasında Ərizəçi tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1971-ci ildə doğulmuşdur. İş materiallarında olan seriya AZE 16038278 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 21 noyabr 1989-cu ildə doğulmuşdur. İş materiallarında olan XİV-JQ 445147 nömrəli doğum haqqnda şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 21 noyaabr 1989-cu ildə doğulmuşdur, atası X6, anası X4r. İş materiallarında olan AZ-İ 176868 nömrəli dğum haqqnda şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi 21 noyaabr 1989-cu ildə doğulmuşdur, atası X7, anası X4r. İş materiallarında olan Maraqlı şəxs Başçısının Qaradəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1249 nömrəli, 27 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Lək kəndində yaşayır. Bərdə Rayon Məhkəməsinin 2(021)-3456/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qərardadına əsasən ərizəçi X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X16 tərəfindən verilmiş 288 saylı 21 yanvar 2023-cü il tarixli rəyindən müəyyən olunur ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil, buna görə də X5 tam fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Bu Məcəllənin 320.1-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə tərəfindən müəyyən olunur ki, X1 onun məhkəmə iclasında iştirakını qeyri mümkün edir. Bu Məcəllənin 321.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi X2 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə fəaliyyət qabiliyyəti olmaması məhkəmə psixiatrik ekspertizasının rəyi və işdə olan digər sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233-234, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi bacısı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar