Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3113/2022 01.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Daşınmaz Əmlakın Dövlət Reyestri X16 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-132A KOD 61022028 şəhadətnamənin və Torpağın mülkiyyətə verilməsinə dair JN 0092 KOD 61022028 olan dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə onlara və ailə üzvülərinə Bərdə rayon Nazırlı kəndində yerləşən 2.70 ha torpaq sahəsi və 0.16 ha torpaq sahəsi verilmişdir. 2.70 ha torpaq sahəsinə JN-00192 KOD6102208 saylı Torpağa Mülkiyyət hüququna dair dövlət aktı, 0.16 ha torpaq sahəsinə isə JN-132 A KOD 61022028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə verilmişdir. Həmin torpaq sahələri onların və ailə üzvlərinin adınadır. Hal-hazırda onlara verilmiş dövlət aktında bir çox səhvlik baş vermişdir. Belə ki, həmin sənəddə texniki səhvlik edərək ata adlarını və soyadlarını səhv qeyd etmişlər. Səhvin düzəldilməsi üçün müraciət etsələr də nəticəsi olmamışdır. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri X16 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qisminə dindirilmiş X10 izahatında göstərdi ki, ərizəçilərlə həmkəndli olmaqla qonşuluqda yaşayırlar. Onlara verilmiş pay torpaq sahəsinin və həyətyanı torpaq sahəsinin sənədlərində səhvlik olmuşdur. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, ərizəçilərlə qonşuluqda yaşayır. Yaşadıqları kənddə ərizəçilərə torpaq sahəsi verilib, torpağın sənədində səhvlik olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-0092 KOD 61022028 olan Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarına əsasən Bərdə rayonu Nazırlı kənd sakini X4, Ərizəçi2 Soltan qızının, X2, X5 və X1 mülkiyyətinə 2.70 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-132A KOD 61022028 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarına əsasən Bərdə rayonu Nazırlı kənd sakini X4, Ərizəçi2 Soltan qızının, X2, X5 və X1 mülkiyyətinə 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxx 1981-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxx 1957-ci ildə Bərdə rayonu, Alpout kəndində doğulmuşdur, Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, AZE 15122076 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 18 iyun 1965-ci ildə Yevlax rayonunda doğulmuşdur. Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 17577263 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 23 iyun 1968-ci ildə Tərtər rayonunda doğulmuşdur, Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 363 nömrəli 28 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1 Bərdə rayonu, Nazırlı kəndində yaşayırlar. İş materiallarında olan Vİİİ-JQ 332004 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxx 1981-ci ildə doğulmuşdur, atası X11, anası X3r. İş materiallarına əlavə edilmiş AO ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxx 1981-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 362 nömrəli, 25 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi2 Bərdə rayonu, Nazırlı kəndində yaşayır. İş materiallarında olan Bərdə Rayon Dövlət Arxivinin 27 sentyabr 2022-ci il tarixli 176 nömrəli məktubundan müəyyən olunur ki, Bərdə rayonu Şatırlı kənd XDS-nin Nazırlı kəndi üzrə 1986-1990-cı illərə dair 5 saylı Təsərrüfatbaşına kitabın 354 saylı şəxsi hesabına əsasən vətəndaş Ərizəçi1 adı həqiqətən də sənəddə Ramil qeyd olunub, anası Ərizəçi2 Soltan qızı qeyd olunub. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri X16 7 saylı Bərdə Ərazi İdarəsinin **********24 nömrəli 20 avqust 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 JN 132 A nömrəli Dövlət Aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri X16 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, Dövlət Aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-0092 KOD 61022028 Dövlət Aktının və JN 132A KOD 61022023 şəhadətnamənin X8, Ərizəçi2, X6, Ərizəçi1 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X4, Ərizəçi2 Soltan qızının, X2, X5, X1 adına verilmiş JN-0092 KOD 61022028 Dövlət Aktının və JN 132A KOD 61022023 şəhadətnamənin X8, Ərizəçi2, X6 və Ərizəçi1 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213- 214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X4, Ərizəçi2 Soltan qızının, X2, X5 və X1 adına verilmiş JN-0092 KOD 61022028 Dövlət Aktının və JN 132A KOD 61022023 şəhadətnamənin X8, Ərizəçi2, X6 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3113/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3113/2022
01.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver