Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3122/2022 26.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçilər Ərizəçi1 Əli oğlunun və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Daşınmaz Əmlakın Dövlət Reyestri X24 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 Əli oğlu, Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-250 KOD ******* olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 Əli oğlu və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Bərdə rayon, Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə onlara və ailə üzvlərinə birlikdə Bərdə rayonu, Xəsili kəndində yerləşən 4.34 hatorpaq sahəsi verilmişdir. Həmid torpaq sahəsinə JN 250 KOD 61020018 saylı Torpağa Mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onların və ailə üzvlərinin adınadaır. Halhazırda onlara verilmiş dövlət aktında bir çox səhvlik baş vermişdir. Belə ki, həmin sənəddə texniki səhvlik edərək Rəhimova (Yusifova) Abuzər Əlif qızı olduğu halda səhvən X5, Ərizəçi1 olduğu halda səhvən X7 qeyd edilmişdir. JN 250 KOD 61020018 saylı Torpağa Mülkiyyət hüququna dair dövlət aktında olan səhvin düzəldilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri X24 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də nəticəsi olmamışdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 Əli oğlu və Ərizəçi2 ərizələrini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri X24 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərmişdir ki, ərizəçilər onun qohumlarıdır, onlara pay torpaq sahəsi verilmişdir. Həmin torpağın verilməsinə dair dövlət aktında adları və soyadları səhv yazılmışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, Ərizəçi1 Əli oğlu, Ərizəçi2 ilə qohumdurlar. Pay torpaqları verilməsi barədə dövlət atkında adları, soyadları səhv yazılmışdır. Məhkəmə ərizəçilərin, şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN 250 KOD 61020018 olan Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarına əsasən Bərdə rayonu Xəsili kənd sakini X3, X1, X13, X10, X12 və X14 mülkiyyətinə 4.34 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1990-cı ildə Bərdə rayonu, Xəsili kəndində doğulmuşdur, Bərdə rayonu, Xəsili kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxxxx 1987-ci ildə Bərdə rayonu, Xəsili kəndində doğulmuşdur, Bərdə rayonu, Xəsili kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 14240801 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 27 sentyabr 1962-ci ildə Bərdə rayonu, Xəsili kəndində doğulmuşdur, Bərdə şəhəri, Nizami küçəsi ev 3, mənzil 11-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 15987456 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X16 15 mart 1965-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, H.Əliyev prospekti ev 3, m 11-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 341 nömrəli, 25 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi2 Bərdə rayonu, Xəsili kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3421 nömrəli, 25 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1 Bərdə rayonu, Xəsili kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 339 nömrəli, 25 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X17 ilə Ərizəçi2 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Xİİ-JQ 439187 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 xx xxxxxxxx 1987-ci ildə doğulmuşdur, atası X4, anası X2r. İş materiallarına əlavə edilmiş AZ-İ241908 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 ilə X18 02 iyuun 2006-cı ildə 351 nömrəli akt eydi ilə evlənmişlər, nikahdan sonra arvada Rəhimova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 340 nömrəli, 25 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X22 ilə Ərizəçi1 Əli oğlu eyni şəxsdir. İş materiallarına əlavə edilmiş XV-JQ 274522 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1990-cı ildə doğulmuşdur, atası X4, anası X2r. İş materiallarında olan AZ-İ 980659 nömrəli nikah haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 ilə X19 26 avqust 2014-cü iildə 380 nömrəli akt qeydi ilə evlənmişlər, nikahdan sonra arvada Yusifli soyadı verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri X24 7 saylı Bərdə Ərazi İdarəsinin **********25 nömrəli 19 avqust 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi2 JN 250 nömrəli Dövlət Aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri X24 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, Dövlət Aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-250 KOD 61020018 Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X12 və X14 adına verilmiş JN-250 KOD 61020018 dövlət aktının Ərizəçi1, Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213- 214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X12 və X14 adına verilmiş JN-250 KOD 61020018 dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3122/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3122/2022
26.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver