Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3128/2023 26.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X30, Ərizəçi1 Məhəməd oğlunun iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X42 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Torpağa Mülkiyyət Hüququna dair JN 0076, KOD ******* saylı dövlət aktının onlara və mərhum valideynləri X2 və X12 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, onlara və digər ailə üzvlərinə məxusus Bərdə rayon Şirvanlı kəndində 0,87 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi vardır. Həmin torpağa mülkiyyət hüququna dair JN 0076, KOD 61023018 saylı dövlət aktı verilmişdir. Onlara məxsus JN 0076, KOD 61023018 saylı dövlət aktında X2 münasibətdə soyad texniki səhv olaraq “Həsənquliyev” kimi, X12 münasibətdə soyad, ad texniki səhv olaraq “Həsənquliyeva Ətlas” kimi, Ərizəçi1 münasibətdə soyad texniki səhv olaraq “Həsənquliyev” kimi, İmanova (Hüseynquliyeva) Nəzakət Məhəmməd qızına münasibətdə soyad texniki səhv olaraq “Həsənquliyeva” kimi qeyd edilmişdir. X1 09 fevral 2018-ci ildə, anaları X21 isə 01 fevral 2021-ci ildə vəfat etmişdir. Qeyd edilən dövlət aktında düzəliş edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsələrdə, heç bir nəticəsi olmamışdır. Həmin dövlət aktında uyğunsuzluğu başqa cür həll edə bilmirlər.Hazırda həmin torpaq sahəsinə mülkiyyət sənədi əldə etmək istəyirlər, lakin sənədlərdə uyğunsuzluq olduğundan mümkün olmamışdır. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında Ərizəçi1 Məhəməd oğlu ərizəni müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizçi Ərizəçi2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri X42 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X40 izahatında göstərmişdir ki, ərizəçinin qonşusudur. Onlara verilən torpaq sənədində adları səhv yazılmışdır. Bu səhvliyə görə torpaq üzərində hüquqlarını həyata keçirdə bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X37 izahatında göstərmişdir ki, ərizəçilər ilə qonşuluqda yaşamaqla bərabər həmkəndlidirlər. Onlara verilmiş torpağın sənədində adları, soyadları tamamilə səhv yazılıb. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağın mülkiyyətə verilməsinə dair JN-0076 KOD 61023018 olan dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun1999-cu il tarixli 07 saylı qərarına əsasən Bərdə rayonu Şirvanlı kənd sakinləri X3, X13, X5, X9 mülkiyyətinə 0.87 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxxxx 1971-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1975-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Şirvanl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1347 nömrəli, 21 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1 Bərdə rayonu, Şirvanlı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 1 saylı Mənzil Koomunal Sahəsi tərəfindən verilmiş 76 saylı, 20 fevral 2023-cü il tarixli arayışdan müəyyən oluunur ki, İmanova X17 prospekti Pərviz Hüseynov küçəsi ev 6 a ünvanında qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə edilmiş AZ-T 232145 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X41 ilə X6 17 aprel 2006-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada İmanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZB 121534 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx xxxxxxxx 1971-ci ildə doğulmuşdur, atası X4, anası X14r. İş materiallarına əlavə edilmiş AZ-İİ 152262 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X21 30 yanvar 2021-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İ 907295 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 09 fevral 2018-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş İV JQ 256147 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 xx xxxxxx 1975-ci ildə doğulmuşdur, atası X4, anası X14r. İş materiallarına əlavə edilmiş AZE 16657103 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X39 17 noyabr 1990-cı ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X37 24 avqust 1972-ci ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayonu, Şirvanllı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 372 saylı, 10 may 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, ərazinin Şirvanlı kənd sakini mərhum X2 verilmiş JN-3774A KOD 61023018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən yazılmış X7, X11, X23, X15, X8, X25, X24, Ərizəçi2 kimi oxunsun. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri X42 7 saylı Bərdə Ərazi İdarəsinin 22462000 nömrəli 28 sentyabr 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 JN 374A nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri X42 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair 374A KOD 61023018 olan dövlət aktının Ərizəçi1, Ərizəçi2, X2, X12 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair 374A KOD 61023018 olan dövlət aktının Ərizəçi1, Ərizəçi2, X2 və X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3128/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3128/2023
26.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver