Məhkəmə qərarları › İş №2(021)-313/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-313/2022

24.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-313/2022 24.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi Cəmil qızının adına verilmiş JN 159 №-li, 61001004 Kodlu Torpağa Mülkiyyət X1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 saylı qərarı ilə ona Bərdə rayonu, Qaradağlı kəndində 0.35 ha torpaq sahəsi verilmişdir. Bu barədə ona JN 159 №-li, 61001004 Kodlu Torpağın Mülkiyyət X14 Aktı verilmişdir.Sözügedən dövlət aktında onun ata adı yanlış olaraq “Cəmil” kimi qeyd olunmuşdur. Bu səbəbdən həmin torpaq üzərində sərəncam hüququnu həyata keçirə bilmir.Hesab edir ki, JN 159 №-li, 61001004 Kodlu Torpağa Mülkiyyət X1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3, X7 və X8 ifadə verərək göstərmişlər ki, ərizəçi ilə uzun müddətdir qonşu olmuşlar. Ərizəçinin atasının adı Cəlil olmuşdur. Cəlil 1990-cı ilin sonlarında vəfat etmişdir. Ərizəçinin atasının adının «Cəmil» deyil, Cəlil olmasını təsdiq edirlər. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-159 №-li 61001004 olan Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 nömrəli qərarına əsasən Bərdə rayonu sakini Ərizəçi Cəmil qızının mülkiyyətinə 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZİ 318063 saylı arayışın surətindən müəyyən olunur ki, Ərizəçi 08 fevral 1972-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında atası kimi X9, ana qrafasında anası kimi X2 qeyd edilmişdir. İş materiallarında olan natamam orta təhsil haqqında 063069 №-li şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi Bərdə şəhəri 7№-li səkkizillik məktəbini 14 iyun 1986-cı ildə bitirmişdir. İş materiallarında olan B seriyalı 112807 №-li diplomun surətindən müəyyən olunur ki, Ərizəçi Bərdə şəhəri 47 №-li orta texniki peşə məktəbinin kişi üst paltarları dərzisi peşəsi üzrə orta texniki peşə məktəbini 23 iyun 1989-cu ildə bitirmişdir. İş materiallarında olan arayışdan müəyyən olunur ki, X9 22 sentyabr 1997-ci ildə Bərdə rayonunda vəfat etmişdir. Bu barədə 23 sentyabr 1997-ci il tarixdə 136 sayla qeydiyyat aparılmışdır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixdə verilmiş doğum haqqında arayışın surətindən müəyyən olunur ki, Ərizəçi oğlu X12 07 mart 1994-cü ildə Bərdə rayonunda anadan olmuşdur. ana qrafasında anası kimi Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş AZ-İİ 266336 saylı 14 may 2009-cu il tarixli tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi oğlu X10 20 avqust 1997-ci ildə Bərdə rayonunda anadan olmuşdur. ana qrafasında anası kimi Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********05 nömrəli 05 noyabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-159 saylı dövlət aktında ata adının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-159 KOD 61001004 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Ərizəçi Cəmil qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-159 KOD 61001004 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi Cəmil qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-159 KOD 61001004 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində BərdəRayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar