Məhkəmə qərarları › İş №2(021)-3131/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3131/2021

25.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3131/2021 25.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə , Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı "hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Ərizəçi ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə verilmiş 28 dekabr 1985-ci il tarixli 224 saylı orderdə arvadı Mətanət Nəcəfovanın ata adının Ağamir, bacısı Sevda Əliyevanın ata adının Adil kimi qeyd olunması və 28 dekabr 1985-ci il tarixli 224 saylı orderin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərək, 224 saylı 28 dekabr 1985-ci il tarixli orderdə qeyd olunan adlara düzəliş edilməklə hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi göstərilən orderdə düzəliş edilməsi üçün aidiyyəti qurumuna müraciət etməli olduğu halda birbaşa məhkəməyə müraciət etmişdir. Halbuki aidiyyati orqan özü də ərizəçinin tələb etdiyi düzəlişi etmək səlahiyyətinə malikdir, eyni zamanda həmin orqan düzəliş etmədikdə və ya hərəkətsizlik göstərdikdə isə ərizəçi müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və ərizəçiyə göstərilən tələblə bağlı aidiyyəti qurumuna müraciət etməsi, aidiyyati qurum tərəfindən tələbin təmin olunmasından imtina edildiyi və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməsi izah olunmalıdır. Şərh olunanlara əsasən və MPM-in 261, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı "hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə icraata xitam verilsin. Ərizəçiyə göstərilən tələblə bağlı aidiyyəti qurumuna müraciət etməsi, aidiyyati qurum tərəfindən tələbin təmin olunmasından imtina edildiyi və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməsi izah olunsun. Hakim :Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar