Məhkəmə qərarları › İş №2(021)-3134/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3134/2022

29.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3134/2022 29.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən 13 avqust 2022-ci il tarixdə tərtib edilmiş 271138 saylı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış 1022.00 manat borcun silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Mirzəxan kəndində yaşayır. Mütamadi olaraq komunnal xərcini ödəyir. Məcburi köçkündür. Sonradan ona məlum olmuşdur ki, 13 avqust 2022-ci il - ə Azərişıq ASC-in əməkdaşları onun yaşadığı ünvana gələrək onun barəsində akt tərtib edərək ona 1022 manat cərimə yazmışlar. Onun həmin cərimədən məlumatı olmamışdır. 29 avqust 2022-ci tarixdə onun barəsində 271138 saylı akt tərtib olunduğunu 29 avqust 2022- ci il tarixdə bilmişdir. Həmin akt qanunsuz və ədalətsizdir. Belə ki, akt tərtib edərkən ona məlumat verilməli və hansı səbəbə görə akt tərtib edilməsi ona izah edilməmişdir. Onda olan məlumata görə akta imza edən şəxslər həmin vaxtı onlar yaşayan ünvana gəlməmiş və formal olaraq akt tərtib etmişlər. Onun Azərişıq ASC-yə borcu yoxdur.Hesab edir ki, yazılmış borc əsassızdır. Buna görə də iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdeh "xxxx" ASC məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək ərizədə göstərmişdir ki, İddiaçı iddiası qanunsuz və əsassızdır. Belə ki, 13 avqust 2022-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran" RETS- nin struktur tərkibində fəaliyyət göstərən Bərdə EŞ-nin əməkdaşları Ələkbərov Vasif, Abdullayev Ələkbər və Rzayev Anar tərəfindən Bərdə rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı Bərdə rayonu, Mirzəxan kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman abonentin elektrik enerjisindən sayğacdan “kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. “Kənar xətdən keçən yük xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə ölçüldükdə yükün 2,64 kvt təşkil etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Bərdə EŞ-nin “Proqram bazasında **********0Ö137 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydalarının pozulması haqqında” AKT R № 271138 nömrəli Akt tərtib edilmişdir. Aktın “tələb hissəsində" hissəsində “kənar xətt ləğv edilsin, sayğac smartla əvəz olunsun, hesablanmış məbləğ tam ödənilsin” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı akta imza etməkdən imtina etmişdir. Bu barədə aktın müvafiq hissəsində enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imza edilməklə qeydiyyat aparılmışdır. İddiaçı barəsində tərtib edilmiş AKT R № 211138 nömrəli akta əsasən “Mərkəzi Aran" RETS-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya "tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 180 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 1022,06 manat təşkil edən 7862 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən pozuntu faktının (kənar xətdən istifadə ediiməsi) mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. İddiaçı barəsində aşkar edilmiş eneji pozuntularına görə akt tərtib edilərək müvafiq sənədləşdirmə aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və ya qərəzli hərəkətlərə yo! verilməmişdir. Aktlar və onlara əsasən aparılmış hesabatlar “Qaydalar”ın tələblərinə uyğun olaraq düzgün tərtib edilmişdir. Dəyişikliyə görə, X1ydalarının 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə jesablaşma elektrik sayğacları zədələndikdə (plornb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır 8.17-2-ci bəndinə əsasən “ İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların, J0.18.9-1 -ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. ”8.17-2 bəndinə əsasən “ İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə almır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində Öz mülahizələrini təqdim etmək, habelə aktı imzalämaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.Göstərilənlərə əsasən hesab edirlər ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Məhkəmə idiaçını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş AA******* saylı vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə rayonu Bölməsi tərəfindən verilmiş 2169 nömrəli 30 avqust 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. Hal-hazırda Mirzəxan kəndində yaşayayır. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli № 271138 nömrəli Aktdan görünür ki, İddiaçı Bərdə rayonu Mirzəxan kəndində yerləşən evində elektrik sayğacına EEİQ-nə uyğun baxış zamanı məlum olmuşdur ki, kənar xətdən enerjidən istifadə olunur, istifadə olunmuş keçən yükü amper mübadilə ölçülmür. Sayğaca müdaxilə olunmuş, enerji uçotu pozulmuşdur. İ=12, U=0.22v, P=2.64 kvt Mülki işə əlavə edilmiş Abunə haqqında cədvəldən görünür ki, İddiaçı Bərdə rayonu Mirzəxan kəndində yerləşən evində X2yə görə ümumi borcu 1022,06 manat təşkil edir. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin № 271138 saylı İcra Vərəqəsindən görünür ki, İddiaçı Bərdə rayonu Mirzəxan kəndində yerləşən evində elektrik enerjisindən kənar istifadəyə istifadəyə görə cəmi borc 1022,06 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə 4 təsdiq edilmiş «Elektrik enerjisidən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin «Qaydaları»n 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır Həmin «Qaydaları»n 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Həmin «Qaydaları»n 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət 5 abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X5 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Bərdə rayonu Mirzəxan kəndində yerləşən evinə cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz cərimə yazılması tələbi ilə bağlı məhkəməyə verilən iddiaya baxılarkən istehlakçının qanunvericiliyə əsasən aylıq tarif üzrə istehlak etdiyi elektrik enejisinin dəyəri 340,6 manat (2,6kv x24saat x0,7%x60 gün x0,13 qəpik) saxlanılmaqla geri qalan (1022-cərimə-340,6 aylıq tarif= 681,4) 681,4 manat hesablanmış əsassız məbləğ cərimə məbləğindən silinməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Həmçinin, məhkəmə hesab edir ki, akt hüquqmüəyyənedici sənəd olmadığından iddia tələbi 271138 saylı aktın etibarsız hesab edilməsi hissəsində də təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC -yə olan 1022.00 manat məbləğində borcdan 681,4 manat silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar