Məhkəmə qərarları › İş №2(021)-3137/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3137/2022

22.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3137/2022 22.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X8 iclas kаtibliyi, İddiaçı nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh*, X*8, Cavabdeh3, Cavabdeh4, X9 və üçüncü şəxslər Bərdə regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə, X*5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və bu əsasla tərtib edilmiş sənədlərin qüvvədən düşməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh*, X*8, Cavabdeh3, Cavabdeh4, X9 və üçüncü şəxslər Bərdə regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə, X*5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə regional “ASAN-Xidmət” mərkəzinin notariat ofisində X*2, Cavabdeh4 və Cavabdeh* ilə X*9 arasında bağlanmış 22 iyun 2022-ci il tarixli, 4 Ə-**56 saylı reyestrli daşınmaz əmlakın alqı-satqısı, X*0 və ailə üzvlərinin X*9 arasında 0,60 ha torpaq sahəsinin alqı-satqısı barədə 28.*2.202*-ci il tarixli, 4 Ə-832 saylı müqavilələrin etibarsız hesab edilməsi, *,20 ha torpaq sahəsinin X*3 adına rəsmiləşdirilməsi barədə 25.0*.2022-ci il tarixli 2*0244*4 saylı qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 02.05.200*-ci il tarixdə həmkəndliləri Cavabdeh*, Cavabdeh3, Cavabdeh4, X*8, X7 adlarına olan Bərdə rayonu Aqrar İslahat Komissiyasının 04.05.*999-cu il tarixli, 05 saylı qərarı ilə İN:0028, İN:0028 saylı KOD 6*007028 nömrəli torpağa mülkiyyət X25 aktı ilə onlara məxsus Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən torpaq sahəsini almış, bu barədə Zümürxan kənd icra nümayəndəliyində cavabdehlərin iştirakı ilə akt tərtib edilərək imzalarla təsdiq edilərək icra nümayəndəliyinin möhürü ilə təsdiqlənmişdir. Sonradan cavabdehlərə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə müraciətlərinə mənfi cavab aldıqdan sonra alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə Bərdə rayon Məhkəməsində iddia ərizəsi ilə müraciət etmişdir. Bərdə rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(02*) 4*6/2022 saylı qətnaməsi ilə müvafiq sənədlərə əsaslanaraq Bərdə rayonu Zümürxan icra nümayəndəliyinin İmamqulubəyli kəndində yerləşən ümumilikdə *,80 ha torpaq sahəsinə dair onunla cavabdehlər Cavabdeh*, Cavabdeh3, Cavabdeh4, X*8 və X7 arasında olan alqı-satqı müqaviləsi 02.05.200*-ci ildən bağlanmış hesab edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(02*) 4*6/2022 saylı məktubu ilə qətnamənin surəti icra olunması üçün Azərbaycan Respublikası ƏMDKY-a DƏDRX-nin 7 saylı ərazi İdarəsinə göndərilmişdir. DƏDK və reyestri X24 7 saylı Bərdə Ərazi İdarəsinə verilmiş sorğuya alınmış *0 avqust 2022-ci il tarixli, 3369 saylı cavabdan aydın olur ki, Cavabdeh* adına 4 nəfər ailə üzvü ilə birlikdə olmuş Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən *,20 ha torpaq sahəsi *82*0227*7 qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydiyyata alınmış və 22 iyun 2022-ci il tarixli, 4 Ə-**56 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X*3 adına özgəninkiləşdirilmişdir. Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən *,20 ha torpaq sahəsi *9.07.2022-ci il tarixli *8920*4355 qeydiyyat nömrəsi ilə X*3 adına DƏDRXdə qeydiyyata alınmışdır. X*0 iki nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,80 ha torpaq sahəsində eyni qayda ilə 28.*2.202*-ci il tarixdə 4Ə-832 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X*3 adına özgəninkiləşdirilmişdir. 25.0*.2022-ci il tarixli, *82*0244*4 qeydiyyat nömrəsi ilə X*3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər tərəfindən onunla alqı-satqı müqaviləsi 200*-ci ildə bağlansa da təkrar 2022-ci ildə hər iki torpaq sahəsi notariat qaydada alqı-satqı müqaviləsi bağlanaraq X*. Lakin cavabdehlərin 02.05.200*-ci il tarixdə onunla daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanması Bərdə rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(02*) 4*6/2022 saylı qətnaməsi ilə təsdiq olunmuşdur. Qeyd olunanlar barədə Daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair müraciətinə etiraz edilməsi barədə bildiriş alarkən bilmişdir. Hesab edir ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(02*) 4*6/2022 saylı qətnaməsini nəzərə alaraq cavabdehlər tərəfindən dələduzluq etməklə Cavabdeh* adına 4 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən *,20 ha torpaq sahəsinin alqısatqısı barədə xx.xx.2022-ci il tarixli 4 Ə-**56 müqavilə və X*0 2 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu İmamaqulubəyli kəndində yerləşən 0,60 ha torpaq sahəsinin alqı-satqısı barədə 28.*2.202*-ci il tarixli 4 Ə-832 saylı müqavilə etibarsız hesab edilməli və qeyd olunan müqavilələr əsasında *,20 torpaq sahəsinin X*3 adına rəsmiləşdirilməsi barədə *9.07.2022-ci il tarixli, *8220*4335 saylı qeydiyyatı və 0,60 ha torpaq sahəsinin X*3 adına rəsmləşdirilməsi barədə 25.0*.2022-ci il tarixli, *82*0244*4 saylı qeydiyyatı ləğv edilməlidir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh*, X*4, Cavabdeh3, Cavabdeh4, X9 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə üçüncü şəxslər Bərdə regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə, X*5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. İş üzrə üçüncü şəxs Bərdə regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak etməməsinin üzürlü hesab edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümyəndəsini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bərdə rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(02*) 4*6/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh3, Cavabdeh4, X*4, X9 qarşı “müqavilənin bağlanmış hesab edilməsinə” dair iddia tələbi təmin edilərək Bərdə rayonu Zümürxan kəndində yerləşən ümumilikdə *,80 ha torpaq sahəsinə dair İddiaçı ilə cavabdehlər Cavabdeh*, Cavabdeh3, Cavabdeh4, X*8 və X*6 arasında olan alqı-satqı müqaviləsinin 02 may 200*-ci il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir. JN-0029 nömrəli, KOD6*007028 nömrəli Torpağa mülkiyyət X25 aktının surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 04 may *999-cu il tarixli 05 saylı qərarı ilə X*4, X9 Bərdə rayonu İmamqulubəyli kəndində 0,60 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional “ASAN-xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 2* avqust 2022-ci il tarixli, *995/2022 nömrəli məktubdan görünür ki, X*0 və ailə üzvləri ilə birlikdə Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,60 ha torpaq sahəsini X2 dair müqavilə bağlanması barədə avtomatlaşdırılmış “Elektron notariat” informasiya sisteminin mləumat axtarış bazasında *5 mart 2008-ci il tarixdən 2* avqust 2022-ci ilədək üçün olan dövrlərdə heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən *,2083 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh*, Cavabdeh4 və Cavabdeh3 ümumi birgə mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X24 7 saylı ərazi İdarəsi tərəfindən verilmiş *0 avqust 2022-ci il tarixli, 3369 nömrəli məktubdan görünür ki, Cavabdeh* adına 4 nəfər ailə üzvü ilə birlikdə olmuş Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən *,20 ha torpaq sahəsi *82*0227*7 qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixli 4 Ə-**56 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X*3 adına özgəninkiləşdirilmişdir. Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən *,20 ha torpaq sahəsi *9.07.2022-ci il tarixli, *8220*4355 qeydiyyat nömrəsilə X*3 adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydiyyata alınmışdır. X*0 adına 2 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu Aqrar İslahat Komissiyasının *999-cu il 04 may tarixli, 05 saylı qərarı ilə verilmiş Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,60 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində aşkar edilmişdir. 0,60 ha torpaq sahəsi 28.*2.202*-ci il tarixli reyestrdə 4Ə-832 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X*3 adına özgəninkiləşdirilmişdir. 25.0*.2022-ci il tarixli, *82*0244*4 qeydiyyat nömrəsilə X*3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X24 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, təqdim olunmuş sənədlərin icrası zamanı elektron kadastr məlumatları MQS-nin elektron bazasına daxil edilərkən məlum olmuşdur ki, Bərdə rayon Məhkəməsinin qətnaməsində göstərilmiş JN-28 və JN-29 nömrəli dövlət aktları notariat qaydada alqı-satqı olunmuş və 6*00*306*405 və 6*00*300*648 reyestr nömrəli ilə digər mülkiyyətçinin adına rəsmiləşdirilmişdir. Bərdə rayonu İcra hakimiyyəti Başçısının Zümürxan kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli, 433 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Zümürxan kəndində yaşayır. 22 iyun 2022-ci il tarixli AN-İ*056300 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X*2, Cavabdeh4 və Cavabdeh* özünə məxsus olan cəmi *,2083 ha torpaq sahəsini 5400 manata X3. JN-0029 nömrəli KOD6*007028 nömrəli Torpağa mülkiyyət X25 aktının surətindən görünür ki, Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,60 ha torpaq sahəsi X*0, X7 ümumi birgə mülkiyyətindədir. 28 dekabr 202*-ci il il tarixli, alqı-satqı müqaviləsinin surətindən görünür ki, X*8 və X*6 torpaq sahəsini X3. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh*, X*8, Cavabdeh3, Cavabdeh4, X9 və üçüncü şəxslər Bərdə regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə, X*5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə Regional “ASAN-Xidmət” mərkəzinin notariat ofisində X*2, Cavabdeh4 və Cavabdeh* ilə X*9 arasında bağlanmış 22 iyun 2022-ci il tarixli, 4 Ə-**56 saylı reyestrli daşınmaz əmlakın alqı-satqısı, X*0 və ailə üzvləri ilə X*9 arasında 0,60 ha torpaq sahəsinin alqı-satqısı barədə 28.*2.202*-ci il tarixli, 4 Ə-832 saylı müqavilələrin etibarsız hesab edilməsi, *,20 ha torpaq sahəsinin X*3 adına rəsmiləşdirilməsi barədə 25.0*.2022-ci il tarixli 2*0244*4 saylı qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prosessual Məcələsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının: *3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *52.*-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun *-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-*983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin *7-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın *3-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın *3-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə *6 iyul 20*2-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). İddia tələbindən görünür ki, İddiaçı məhkəmədən cavabdehlər ilə X*9 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin: 324.*-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.*-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Yəni, qanunvericinin tələblərinə əsasən alğı-satqı müqaviləsi bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Əqdin etbarsızlığı ilə bağlı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərə gəldikdə isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: *39.*-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. *39.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Qanunvericiliyin məzmunundan aydın görünür ki, daşınmaz əmlaka dair həyata keçirilən hər hansı hüquq (eləcə də alğı-satqı müqaviləsinin bağlanması) mütləq və qeydşərtsiz dövlət qeydiyyatına alınmalı, bu qeydiyyat müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilməli, bu zaman daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilməli, yəni ünvan reyestri aparılmalıdır. Yenə mülki qanunvericilik müəyyən edir ki, həmin reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Yəni şəxsin xeyrinə reyestrdəki qeyd bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, yalnız yuxarıda qeyd edilən qanunvericiliyin şərtlərinə tam riayət edildikdən sonra daşınmaz əmlak üzərində hər hansı hüququn həyata keçirilməsindən (eləcə də alğı-satqı müqaviləsinin bağlanması) söhbət gedə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. *44.*-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. *44.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. *46.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. *46.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göründüyü kimi mülki qanunvericiliyin tələblərinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Bu çərçivədə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr də mütləq notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən iki hal yoxlanılmalıdır: *.əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququ; 2. müqavilənin qanunauyğunluğunu. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyətin özü də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur ki, bu müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Bu səbəbdən dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 646.*-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.*-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Bundan başqa mülki qanunvericiliklə vicdanlı alıcıların hüquqları qorunur ki, hazırki işdə iddia tələbi üzrə üçüncü şəxs X*9 vicdanlı alıcı qismində torpağın dəyərini cavabdehlərə ödəyərək alğı-satqı müqaviləsi əsasında torpağın mülkiyyətiçisinə çevrilmişdir. Məhkəmə daşınmaz əmlakın hazırkı mülkiyyətçisinin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsinə münasibətdə (vicdanlı alıcı olub-olmaması) barədə qeyd edir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, yuxarıda qeyd olunduğu kimi, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. (Konstitusiya Məhkəməsi Plenumunun S.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004cü il tarixli Qərarı). Həmçinin, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət X25 reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 20*4-cü il *5 sentyabr tarixli qərarında qeyd edilmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Bundan başqa, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı. Satıcı və alıcı arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanan vaxt torpaq sahəsinin dövlət reyestri qeydinə dair hər hansı etiraz (yüklülük və s.) reyestrə daxil edilmədiyindən və əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməsi ilə bağlı hər hansı hal müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən alıcı, satıcının xeyrinə olan dövlət reyestri qeydini həqiqi hesab etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, mübahisəli torpağa alğı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş çıxarışa etimad və güvən əsasında bağlanmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, JN-0029 KOD6*007028 nömrəli Torpağa mülkiyyət X25 Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may *999-cu il tarixli 05 saylı qərarına əsasən verilmiş X*8, X7 ümumi paylı mülkiyyətində olan Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0.60 ha pay torpaq sahəsi və Cavabdeh*, Cavabdeh4 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərində olan *,2083 ha torpaq sahəsini X4. Beləliklə məhkəmə hesab edir ki, alğı-satqı müqavilələrinin bağlanmasında heç bir qanun pozuntusuna yol verilməmiş, qanunvericiliyin tələbləri pozulmamışdır. Odur ki, qeyd olunanlara əsasən iddiа tələbi təmin edilməməlidir. Məhkəmə son olaraq qeyd edir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh*, X*8, Cavabdeh3, Cavabdeh4, X9 və üçüncü şəxslər Bərdə regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə, X*5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və bu əsasla tərtib edilmiş sənədlərin qüvvədən düşməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən *(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi qaydada verildiyi gündən *(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar