Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3150/2022 30.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi, onun vəkili və nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komitəsinin 16 iyun 1999-cu il tarixli 07 saylı qərarı ilə Bərdə rayonu, Gərənə kəndində verilmiş 1.05 ha torpaq sahəsinə verilmiş JN-141 KOD 61005078 saylı dövlət aktının mərhum Ağayeva (Atakişiyeva) Sevil Şura qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarına əsasən ona ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Gərənə kəndində 1.05 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 141 KOD 61005078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onların və ailə üzvlərinin adınadır. Hal-hazırda onlara verilmiş dövlət aktında səhvlik baş vermişdir. Belə ki, həmin sənəddə texniki səhvlik olaraq bacısının soyadını səhv qeyd etmişlər. Bacısının soyadı Ağayeva (Atakişiyeva) Sevil Şura qızı olduğu halda soyadını səhvən X2 qeyd ediblər, Sevil Muradova 02 may 2018-ci il tarixdə vəfat etmişdir. Qeyd olunan yanlışın düzəldilməsi üçün müraciət etsə də heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi X12 ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərmişdir ki, ərizəçi onun qohumudur. Könülün bacısı Sevilin soyadı onlar verilmiş torpağın sənədində səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, ərizəçi ilə qohumdurlar. Bacısı Sevilin soyadı torpaq sənədində səhvən Muradova yazılıb. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan JN 141 KOD 61005078 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 nömrəli qəqrına əsasən Bərdə rayonu, Gərənə kənd sakinləri X5, Ərizəçi və X6 mülkiyyətinə Bərdə rayonu, Gərənə kəndində 1.05 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İ 930436 nömrəli ölüm haqqında şəhdaətnamənin surətindən müəyyən olunur ki, X7 02 may 2018-ci ildə ölmüşdür. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçia qızı xx xxxxx 1969-cu ildə doğulmuşdur. İş materiallarında olan AZB 122258 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 01 oktyabr 1971-ci ildə doğulmuşdur, atası X15, anası X9r. İş materiallarında olan V-JQ 497954 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 ilə X14 10 noyabr 1992-ci ildə rəsmi nikaha qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Atakişiyeva soyadı verilmişdir. İş materiallarında olan AZE 09534828 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 01 yanvar 1977-ci ldə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Gərənə kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 09856469 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 08 iyul 1973-cü ildə Laçın rayonunda doğulmuşdur, Laçın rayonu, Şəlvə kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********20 nömrəli 15 aprel 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-141 saylı dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN 141, KOD 61005078 olan Torpağın mülkiyyət hüququna dair X17 (Atakişiyeva) Sevil Şura qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X6 adına verilmiş JN 141, KOD 61005078 olan Torpağın mülkiyyət hüququna dair X17 (Atakişiyeva) Sevil Şura qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X6 adına verilmiş JN 141, KOD 61005078 olan Torpağın mülkiyyət hüququna dair X17 (Atakişiyeva) Sevil Şura qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3150/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3150/2022
30.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver