Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3150/2024 27.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firudun oğlu, Ərizəçi maraqlı şəxs Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: Ərizəçi maraqlı şəxs Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İT-İ ******* saylı əmək kitabçasında ata adının “Lyatif” və QT-İ ******* saylı əmək kitabçasında ata adının “Latif” kimi qeyd olunmuş hüquq müəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) əlavə edilir. Ərizəçi qeyd olunan maddənin tələblərinə əməl etməmişdir, ünvanını Rusiya Fedarasiyası vətəndaşı kimi qeyd etmiş, faktiki ünvanı ünvan 1yyatda olmasını təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir. Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əməl etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin maddələrin tələblərinə əsasən Ərizəçi maraqlı şəxs Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-ci madddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, Ərizəçi maraqlı şəxs Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarıldığından ərizəçi tərəfindən ödənilmiş 100 mant dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: Ərizəçi maraqlı şəxs Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu geri qaytarılsın. (qəbz №- **********, büdcə təsnifatının kodu 142213). Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-3150/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3150/2024
27.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver