Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-317/2022 26.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, Ərizəçilər Ərizəçi1 İsrayıl oğlunun və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 oğlunun və Vəliyeva Şəlalə Vaqif qızının qızı X3 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 İsrayıl oğlu və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək övladları X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının təsdiqinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsini onunla əsaslandırmışlar ki, onlar 04 aprel 2001-ci ildə rəsmi qaydada nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından 15 iyul 2003-cü ildə anadan olmuş X6 adında qızları uzun müddətdir ki, müddətsiz ikinci dərəcəli əlildir. Onun əlilliyinin səbəbi ümumi xəstəlik və Psixoloji inkişafın ümumi pozğunluğu, F84.0/ uşaq autizmi. Davranış pozğunluğu. Toskiki ensefalopatiyanın nəticəsində nitqin ləngiməsi. Qavrama və dərketmə qabliyyətinə aid olan digər və uşaq autizmi. Davranış pozğunluğudur. Qızları Sunay qeyd olunan diaqnoz ilə uzun müddətdir ki, müxtəlif xəstəxanalarda müalicə alsa da müalicələrin effektiv əhəmiyyəti olmur. Belə ki, o, xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və ya öz hərəkətlərinə rəhbərlik edə bilmir, heç nədən adamlara əziyyət verir, onları hədələyir ki, bu da gələcəkdə xoşagəlməz hadisələrə gətirib çıxarda bilər. Buna görə də gələcəkdə onlara və ya digər hər hansı şəxsə qarşı baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün onun fəaliyət qabliyyətli olmayan hesab edilməsi barədə müvafiq ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 İsrayıl oğlu və Ərizəçi2 tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 İsmayıl oğlu 17 avqust 1976-cı ildə ünvan 1 ünvandan qeydiyyatdadır. İş materiallarında olan seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxx 1981-ci ildə ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X615 iyul 2003-cü ildə doğulmuşdur. İş materiallarında olan Vİİ-JQ 435237 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 ilə X4 2021-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Vəliyeva soyadı verilmişdir. İş materillarında olan AZ-İ 374076 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 15 aprel 2003-cü ildə doğulmuş, atası Ərizəçi1 İsrayıl oğlu, anası Ərizəçi2 Vaqif qızıdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-3825/2021 saylı 27 dekabr 2021-ci il tarixli qərardadına əsasən ərizəçilər Ərizəçi1 İsrayıl oğlunun və Ərizəçi2 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 708 saylı 03 mart 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, 15 iyul 2003-cü ildə doğulmuş ünvan 2 ünvanında yaşayan X9 qızında uşaq autizmi, əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə tərəfindən müəyyən olunur ki, X1 onun məhkəmə iclasında iştirakını qeyri mümkün edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçilər Ərizəçi1 İsrayıl oğlunun və Ərizəçi2 qızı X3 fəaliyyət qabiliyyəti olmaması məhkəmə psixiatrik ekspertizasının rəyi və işdə olan digər sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233-234, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizələri təmin edilsin. Ərizəçilər Ərizəçi1 İsrayıl oğlunun və Ərizəçi2 qız övladı X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-317/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-317/2022
26.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver