Məhkəmə qərarları › İş №2(021)-3174/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3174/2021

11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3174/2021 11.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi oğlunun nümayəndəsi və vəkili X4 iştirakı ilə, Ərizəçi oğlunun Maraqlı şəxs qızına qarşı “uşaqların himayəsində olma faktının müəyyən olunması” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu məhkəməyə ərizə ilə müraciət edərək, Maraqlı şəxs qızı ilə birgə nikah dövründə dünyaya gəlmiş övladları 14 iyul 2012-ci il təvəlüldlü Bağırzadə Babək Bağır oğlunun və 22 avqust 2015-ci il təvəlüldlü X1 onun himayəsində olması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs qızı ilə 18 iyul 2011-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Onların birgə nikahlarından 14 iyul 2012-ci il təvəlüldlü Bağırzadə Babək Bağır oğlu və 22 avqust 2015-ci il təvəlüldlü X3 adlı iki övladları vardır. Aralarında yaranmış narazılığa görə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah poulmuş, uşaqlar analarının himayəsində qalmışdır. Lakin 10 aprel 2021-ci il tarixdə sabiq həyat yoldaşı Maraqlı şəxs ona zəng edərək övladlarını gəlib aparmasını, artıq onlara baxmayacağını bildirmişdir. O, Bakı şəhərinə gedərək azyaşlı övladlarını analarının yanından yaşadığı Bərdə rayonununa gətirmişdir. Hal –hazırda uşaqları onun himayəsində yaşayır. Övladlarının rəsmi olaraq onun himayəsində qalmasını istəyir. Qeyd olunanlara əsasən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X8 ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs qızı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi oğlu xx.xx.1989-cu il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bakı şəhəri Binəqədi rayon Mir Cəlal küçəsi məhlə 3169 ev 59K mənzil 279 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4096 saylı, 08.07.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi oğlu ünvan 3 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28.07.2021-ci il tarixli AZ-İ 945048 saylı Arayışdan görünür ki, X5 14.07.2012-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçi oğlu, anası Maraqlı şəxs qızıdır. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28.07.2021-ci il tarixli AZ-İ 119243 saylı Arayışdan görünür ki, X3 22.08.2015-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçi oğlu, anası Maraqlı şəxs qızıdır. Mülki işə əlavə olunmuş Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli 2(001)2405\2020 saylı qətnaməsindən görünür ki, Ərizəçi oğlu ilə Maraqlı şəxs qızı arasında 18.07.2011-ci il tarixdə 468 nömrə akt qeydi ilə Bərdə Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 14.07.2012-ci il təvəllüdlü X2 və 22.08.2015-ci il təvəllüdlü X1 anaları Maraqlı şəxs qızının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikkdə 340 manat məbləğində alimentin Ərizəçi oğlundan alınaraq Maraqlı şəxs qızının xeyrinə ödənilməsi qət olunmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 09.07.22021-ci il tarixli 3\594 saylı məktubdan müəyyən olunur ki, 14 iyul 2012-ci il təvəlüldlü Bağırzadə Babək Bağır oğlu və 22 avqust 2015-ci il təvəlüldlü X3 11 aprel 2021-ci il tarixdən ataları Ərizəçi oğlunun himayəsində yaşayırlar. Mülki işə əlavə olunmuş Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəb tərəfindən verimiş 27.10.2021-ci il tarixli 461 saylı Arayışdan görünür ki, X5 həmin məktəib 4c sinfində oxuyur. Mülki işə əlavə olunmuş Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəb tərəfindən verimiş 27.10.2021-ci il tarixli 460 saylı Arayışdan görünür ki, X5 həmin məktəib 4a sinfində oxuyur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Ərizəçi oğlu ilə Maraqlı şəxs qızı ailə qurmuş, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli qətnaməsinə əsasən, aralarında bağlanmış nikah pozulmuş, 14.07.2012-ci il təvəllüdlü X2 və 22.08.2015-ci il təvəllüdlü X1 anaları Maraqlı şəxs qızının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikkdə 340 manat məbləğində alimentin Ərizəçi oğlundan alınaraq Maraqlı şəxs qızının xeyrinə ödənilməsi müəyyən olunmuşdur. Lakin 14 iyul 2012-ci il təvəlüldlü Bağırzadə Babək Bağır oğlu və 22 avqust 2015-ci il təvəlüldlü X3 11 aprel 2021-ci il tarixdən ataları Ərizəçi oğlunun himayəsində yaşayırlar. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin “Uşaq Hüquqları Haqqında”Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Ailə Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludur; uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır; digər şəxslərlə muqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqa malikdir; uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludur; uşaqların umumi otra təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil muəssisəsinin və təhsil formasını seçmək huququna malikdirlər. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, oz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq huququna malikdir. Məhkəmə hesab edir ki, uşaqlar faktiki olaraq atalarının himayəsində yaşadıqlarından, 14 iyul 2012-ci il təvəlüldlü Bağırzadə Babək Bağır oğlunun və 22 avqust 2015-ci il təvəlüldlü X1 əriəçi Ərizəçi oğlunun himayəsində olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14 iyul 2012-ci il təvəlüldlü Bağırzadə Babək Bağır oğlunun və 22 avqust 2015-ci il təvəlüldlü X1 Ərizəçi oğlunun himayəsində olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar