Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3183/2022 06.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X27, Ərizəçi iştirakları ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komitəsinin 18 noyabr 2000-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN 870 KOD 61009018 saylı dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X20 onun doğma atasıdır, atası Cəmil Cabbarov 24 iyul 1955-ci ildə anadan olmuş, 01 iyun 2017-ci ildə xəstəlikdən ölmüşdür. X3 dünyasını dəyişənə qədər Bərdə rayonu, Qazıqurdalı kəndində anası X24 və o, birlikdə yaşamışdır, mərhum atasının adı Cəmil, ata adı Allahverdi, soyadı Cabbarovdur, bu ad və ata adı onun ölüm haqqında şəhadətnaməsində, doğum haqqında şəhadətnaməsində və digər sənədlərdə, həmçinin Bərdə rayon İHB-nin Qaradəmirçi kənd İƏD üzrə nümayəndəliyinin 06 aprel 2022-ci il tarixli, İİ-362 nömrəli arayışında da yazılmışdır. Bütün sənədlərdə ad, ata adı və soyadı X4 qeyd olunmuşdur. Bərdə rayon, Aqrar İslahat Komissiyasının 18 noyabr 2000-ci il tarixli 11 saylı qərarı ilə mərhum X3ndan, anası X8, bacıları X16, X11 və ondan ibarət ailə üzvülərinə Bərdə rayonu İ Qaradəmirçi kəndində yerləşən 1.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətinə verilmişdir, qərar əsasında DTXK-nin Bərdə rayon Şöbəsi tərəfindən onlara JN-870 nömrəli KOD 61009018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Lakin həmin Dövlət aktında X3 olmağına baxmayaraq, Dövlət aktının 2-ci vərəqəsində səhvən atasının ata adı Allahverən kimi göstərilmiş və Dövlət aktında adı, ata adı və soyadı X6 yazılmışdır. X3 hazırda ölmüşdür. Ona görə də, o, atasından miras qalan həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qəbul etmiş və mülkiyyət hüququna dair Çıxarış almaq istəyir. Ancaq Torpağa mülkiyyət hüququna dair JN-870 nömrəli KOD 61009018 olan Dövlət aktında X3nun ata adının düzgün qeyd edilməməsi onun üçün bir sıra çətinliklər yaradır və gələcəkdə də çətinliklər yaradacaqdır. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDXR-nin 7 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin DƏDRX-nin 09 iyul 2021–ci il tarixli **********70 nömrəli məktubunda göstərilmişdir ki, sizə və ailə üzvlərinizə məxsus Bərdə rayonu, İ Qaradaəmirçi kəndində yerləşən 1.73 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilməsi barədə Torpaa Mülkiyyət hüququna dair JN-870 nömrəli KOD 61009018 kodlu dövlət aktında X9 hansı səbəbdən səhv olaraq X5 yazılması ona məlum deyildir. Həmin sənədin vətəndaşa məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin səhvin düzəldilməsi xidmətin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir, qeyd edilən dövlət aktında mərhum atasının ata adının düzgün qeyd edilməsini başqa yolla əldə edə bilmir. Ona görə də Torpağa Mülkiyyət hüququna dair Dövlət aktında X3nun ata adının səhf yazılması nəticəsində onun hüquqları pozulmuşdur və ata adının düzəldilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, Ərizəçi onun qardaşı oğludur. Qardaşının və onun atasının adı Allahverdidir. Lakin qardaşına və ailə üzvlərinə verilmiş torpağın sənədində ata adı səhvən Allahverən qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 izahatında göstərdi ki, Ərizəçi oğludur. X2 ilə həyat yoldaşıdır. Həyat yoldaşının atasının adı onlara verilmiş torpağın sənədində səhvən Allahverən yazılmışdır. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan JN-870 nömrəli KOD 61009018 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 2000-ci il tarixli 11 nömrəli qəqrına əsasən Bərdə rayonu, İ Qaradəmirçi kənd sakinləri X10, X13, Ərizəçi, X22, X23, X17 mülkiyyətinə Bərdə rayonu, İ Qaradəmirçi kəndində 1.73 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayonu, Qaradəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş İİ-367 saylı, 06 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 2000-ci il tarixi 11 saylı qərarı ilə Bərdə rayon Torpaq Şöbəsinin 06 mart 2001-ci il tarixdə Qazıqurdalı kəndində yaşamış X2nun adınaa verilmiş JN 870 Torpağa mülkiyyət hüququna dair Dövlət aktında 1-ci şəxsin atasının adı texniki səhv olaraq X21 yazılmışdır, düzgün yazılış isə X14r. İş materiallarında olan AZ-1123948 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 24 iyul 1955-ci ildə doğulmuşdur, atası X26, anası X18r. İş materiallarında olan İ-JQ 422255 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 ilə X19 20 may 1977-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Cabbarova yazılmışdır. İş materiallarında olan Bərdə rayonu, Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş İİ-361 nömrəli, 06 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Qazıqurdalı kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan AZ-İ 875318 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 13 iyul 2017-ci ildə ölmüşdür. İş materiaallarına olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1977-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə rayonu, Qazıqurdalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 15157732 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 21 noyabr 1964-cü ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Qaradəmirşi kəndində qeydiyyatdadır. İç materiallarında olan AZE **********157732 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X24 18 dekabr 1958-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, qazıqurdalı kənində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********70 nömrəli 09 iyul 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-870 saylı dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-870 nömrəli KOD 61009018 olan Torpağın mülkiyyət hüququna dair Dövlət X1 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X10 adına verilmiş JN-870 nömrəli KOD 61009018 olan Torpağın mülkiyyət hüququna dair Dövlət X1 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X10 adına verilmiş JN-870 nömrəli KOD 61009018 olan Torpağın mülkiyyət hüququna dair Dövlət X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3183/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3183/2022
06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver