Məhkəmə qərarları › İş №2(021)-319/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-319/2025

14.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-319/2025 14.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, Cavabdeḣ Rafı̇ q oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeḣ Rafı̇ q oğluna və üçüncü şəxs Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeḣ Rafı̇ q oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində xx.xx.2024-cü il tarixdə, **********03-10301 qeydiyyat nömrəsi ilə qeydə alınmış Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən 115,2 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0,16 ha torpaq sahəsinin - vəfat etmiş X2 1/16 hissə payı üzərində onların paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbini onunla əsaslandırmışdırlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Bərdə rayonu Yeni Daşkənd kəndində onların ailə üzvləri ilə yaşadıqları 115,2 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0,16 ha torpaq sahəsi verilmişdir. Sözügedən əmlak üzərində mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə **********03-10301 qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində qeydə alınmışdır. Həmin çıxarışa əsasən payları aşağıdakı kimi müəyyən edilmişdir: İddiaçı1 5/16 hissə, İddiaçı2 Räfiq qızı 5/16 hissə, İddiaçı3 1/16 hissə, X8 1/16 hissə və Cavabdeh 4/16 hissə. İddiaçı1 ilə X8 xx.xx.1964-cü ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.1971-ci ildə Eitbar, xx.xx.1975-ci ildə Səbuhi və xx.xx.1978-ci ildə İnnab anadan olmuşdur. X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ülkər Məmmədovdan qalmış miras əmlak üzərində paylarının müəyyən edilməsi məqsədi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmişdirlər. Sözügedən idarədən xx.xx.2024-cü il tarixli, 1913 saylı məktubla cavab verilmişdir ki, hər bir vərəsənin bərabər pay almaq hüququ vardır, Cavabdeh mirası faktiki qəbul etdiyinə görə ona çatası miras pay tərəfindən açıq saxlanılır və açıq buraxılan ¼ hissəyə görə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir”. Məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbibi təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbibi təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeḣ Rafı̇ q oğlu iddia tələbinin təmin olunmasına etiraz etmədiyini, lakin ata mülkündən ona nə düşürsə ona verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş İddiaçı1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Mübahisə predtmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbibi təmin olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1942-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1978-ci il tarixdə ünvan 1 kəndində anadan olmuşdur. ünvan 1 kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeḣ Rafı̇ q oğlu xx.xx.1975-ci il tarixdə ünvan 1 kəndində anadan olmuşdur. ünvan 1 kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 24.0.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş İ-ИЕ №452367 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 ilə X10 xx.xx.1964-cü il tarixdə Bərdə rayon Şatırlı kənd Sovetliyində 13 nömrəli akt qeydi ilə nikah bağlamışdırlar. Nikah bağlandıqdan sonra arvada Mamedova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş V-ЖГ №463830 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.1978ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı1, anası X4r. İş materiallarına əlavə olunmuş AZ-İİİ №345226 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı3 24.0.1971-ci il tarixdə anadan olmuşdur. X3, anası X6r. İş materiallarına əlavə olunmuş AZ-İİ №274260 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 115,2 kv.m olan fərdi yaşayış evi İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeḣ Rafı̇ q oğlunun və X2 paylı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin **********03-10301 reyestr nömrəli Texniki Pasportunun surətindən görünür ki, ünvan 1 kəndində yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçı1dur. İş materiallarına əlavə olunmuş Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 2V-195 reyestr nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi -əri İddiaçı1 mərhumdan qalan miras əmlakdan ¼ hissədə pay almaq hüququ müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X5 verilmiş **********03 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 kəndi ünvanında yerləşən ümumi sahəsi 115,2 kv.m 2 otaqlı fərdi yaşayış evindən və ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X5 verilmiş **********03 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 kəndi ünvanında yerləşən ümumi sahəsi 0,16 ha torpaq sahəsinin mərhuma məxsus olan hissələrindən ibarətdir. İş materiallarına əlavə olunmuş Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 2V-196 reyestr nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi -qızı İddiaçı2 mərhumdan qalan miras əmlakdan ¼ hissədə pay almaq hüququ müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X5 verilmiş **********03 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 kəndi ünvanında yerləşən ümumi sahəsi 115,2 kv.m 2 otaqlı fərdi yaşayış evindən və ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X5 verilmiş **********03 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 kəndi ünvanında yerləşən ümumi sahəsi 0,16 ha torpaq sahəsinin mərhuma məxsus olan hissələrindən ibarətdir. İş materiallarına əlavə olunmuş Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 2V-197 reyestr nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi -oğlu İddiaçı3 qızının mərhumdan qalan miras əmlakdan ¼ hissədə pay almaq hüququ müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X5 verilmiş **********03 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 kəndi ünvanında yerləşən ümumi sahəsi 115,2 kv.m 2 otaqlı fərdi yaşayış evindən və ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X5 verilmiş **********03 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 kəndi ünvanında yerləşən ümumi sahəsi 0,16 ha torpaq sahəsinin mərhuma məxsus olan hissələrindən ibarətdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 115 nömrəli arayışdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-ci il qeydiyyat tarixli, **********03-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeḣ Rafı̇ q oğluna və X5 məxsus olan ünvan 1 kəndində yerləşən fərdi yaşayış evində X11 və X7 qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə(lərə) dair yoxlama xx.xx.2025-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: əri - İddiaçı1 (1942), oğlu - X14 (1971), oğlu - X9 (1968), qızı - X12 (1967), oğlu - Cavabdeh (1975), qızı - X13 (1978). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı3 ünvanlanmış 08.08.224-cü il tarixli məktubdan görünür ki, Cavabdeh mirası faktiki qəbul etdiyinə görə ona çatası miras pay tərəfindən açıq saxlanılır və açıq buraxılan ¼ hissəyə dair sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. İş materiallarına əlavə olunmuş pdəniş qəbzindən görünür ki, iddiaçılar tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin, nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Vərəsəliklə bağlı sonuncu qərarlardan olan Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarının nəticə hissəsinə əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, X8 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və ondan miras qalan əmlaka Bərdə regional "ASAN-Xidmət" mərkəzində notariat ofisi tərəfindən İddiaçı1, İddiaçı3, İddiaçı2 hər birinin ¼ hissədə pay almaq hüququ müəyyən olunmuşdur. Vərəsələrdən Cavabdeḣ Rafı̇ q oğlu notariusa müraciət etməmiş və ona çatası ¼ hissə miras pay tərəfindən açıq saxlanılmış, lakin mirası faktiki qəbul etmişdir. Bundan sonra ünvan 1 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 115,2 kv.m olan fərdi yaşayış evində İddiaçı1 -5/16 hissə, İddiaçı2-5/16 hissə, İddiaçı3-1/16 hissə, Cavabdeḣ Rafı̇ q oğlunun -4/16 hissə, və X2-1/16 hissə olmaqla paylı mülkiyyətləri müəyyən olunmuş, Cavabdeḣ Rafı̇ q oğlu tərəfindən qəbul edilməmiş 1/16 hissə isə açıq qalmışdır. İddiaçıların Bərdə regional "ASAN-Xidmət" mərkəzində notariat ofisi tərəfindən mərhum X1 miras qalan əmlaka pay hüquqları müəyyən olunduğundan həmin paylar məhkəmə qaydasında yenidən müəyyən edilə bilməz. Buna görə də iddia tələbi rədd olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeḣ Rafı̇ q oğluna və üçüncü şəxs Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi” tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar