Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3193/2021 19.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X12 katibliyi Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN 115 KOD 61023018 saylı dövlət aktında qeyd edilmiş Ərizəçi adı qrafasında “Çimnaz” adının “Kişnaz” kimi müəyyən edilməklə hüquqmüəyyənedici sənəd olan Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN 115 KOD 61023018 nömrəli Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 adına verilmiş Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair KOD 610230** JN *** nömrəli Dövlət Aktı ilə X10, X13, X8, X9 və ona yəni, Ərizəçi 1.14 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. X1 adına verilmiş Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair KOD 610230** JN *** nömrəli Dövlət Aktında onun adı səhvən Çimnaz kimi qeyd edilmişdir. Halbu ki, onun adı Kişnazdır. Bu yalnışlığın aradan qaldırılması və müvafiq düzəlişlərin edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edilmiş, lakin 02 sentyabr 2021-ci il tarixli **********41 nömrəli məktubla, Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair KOD 610230** JN *** nömrəli Dövlət Aktında hansı səbəbdən Ərizəçi adının səhvən Çimnaz kimi qeyd edilməsi onlara məlum olmadığı, sənədin şəxsə mənsub olması faktının təsdiq edilməsi və həmin sənədlərdə səhvlərin düzəldilməsi DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığı izah edilmişdir. Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair KOD 610230** JN *** nömrəli Dövlət Aktında qeyd edilmiş Ərizəçi adı qrafasında “Çimnaz” adının “Kişnaz” kimi müəyyən edilməklə hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X13, X9 və X10 göstərmişlər ki, ərizəçi qohumlarıdır. Ərizəçinin adına verilmiş Dövlət aktında Ərizəçi adı texniki səhv olaraq Çimnaz kimi qeyd olunmuşdur. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-115 saylı KOD 61023018 olan Dövlət aktından müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 nömrəli qərarına əsasən Bərdə rayonu Şirvanlı kənd sakinlX1, X2, X3, X4 və X6 mülkiyyətinə 1,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon Şirvanlı kənd İcra nümayəndəliyi tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli AZ-T 174506 saylı, 09 avqust 2016-cı il tarixli AZ-İİİ 818803 saylı və 09 avqust 2016-cı il tarixli AZ-İİİ 818802 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, X11 xx.xx.1959-cu ildə, X13 22.01.1987-ci ildə, X9 08.05.1982-ci ildə anadan olmuşlar. İş materiallarında olan Bərdə rayonu Şirvanlı kənd İcra nümayəndəliyi tərəfindən verilmiş 05 avqust 2016-cı il tarixli AZ-İİ 121486 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 ilə X11 26 oktyabr 1979-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Mikayılova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 yanvar 2011-ci il tarixli AZ-İ 441359 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 20 noyabr 2010-cu ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 767 saylı 13 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu Şirvanlı kənd sakini X7 verilmiş JN 115 KOD 61023018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında səhvən yazılmış Mikayılova Həsən qızı ilə Ərizəçi eyni şəxsdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********41 nömrəli 02 sentyabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-115 saylı dövlət aktında adının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-115 KOD 61023018 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X2 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-115 KOD 61023018 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X2 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-115 KOD 61023018 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-3193/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3193/2021
19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver