Məhkəmə qərarları › İş №2(021)-3197/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3197/2021

14.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3197/2021 14.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “qohumluq və ölüm faktının müəyyən edilməsinə” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Musayeva (Burucaleva) Firəngiz Dadaş qızının anası olması faktının təsdiq edilməsi, həmçinin atası X4 18.02.1973-cü ildə, anası X1 15.04.1964-cü ildə ölümünün qeydə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra) 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki işdən isə görünür ki, ərizəçi məhkəmə tərəfindən həm ölüm faktının, həmçinin qohumluq faktının müəyyən edilməsini xahiş etmişdir ki, bununla da ərizəçi bir biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, Ərizəçi anası X1 15.04.1964-cü ildə və atası X4 18.02.1973-cü ildə ölümünün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs tərəfindən ölümün qeydə alınmasından imtina olunmuşdur. Ərizəçi anası X1 və atası X4 ölümünün qeydə alınması ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət etsə də, anasının X3 olmasının qeydə alınmasına dair Maraqlı şəxsnə müraciət etməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir. Bununlada ərizəçi qeyd olunan maddənin tələbinə əməl etməyərək, mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “qohumluq və ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar