Məhkəmə qərarları › İş №2(021)-324/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-324/2023

01.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-324/2023 01.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi iştirakları ilə, Ərizəçi X4 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək bacısı oğlu X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının təsdiqinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 1965-ci il təvəllüdlüdür, beş uşaq anasıdır, Ağdərə rayonundan məcburi köçkündür. Beşinci övladı 11 mart 1999-cu il təvəllüdlü X6 anadangəlmə “Baş ağrıları, əsəbilik, tez-tez təkrarlanan qıcolma, psixi-fiziki inkişafın geriliyi, epilepsiya, tez-tez təkrarlanan epi tutmaları” diaqnozu qoyulmuş, ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdagiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının 17 fevral 2022-ci il tarixli qərarı ilə birinci dərəcəli əlillik təyin edilmişdir. Oğlu mütamadi müalicə olunsa da onun səhhətinin bərpa olunması mümkün olmamış, hal-hazırda da özünü idarə etmək iqtidarında deyildir, o, heç nəyi dərk etmir, başa düşmür, demək olar ki, heç bir fəaliyyət qabliyyəti yoxdur. Ona qəyyum təyin edilməsi üçün Maraqlı şəxs himayəçilik və qəyyumluq orqanı şöbəsinə müraciət etsə də ona X4 fəaliyyət qabliyyətsiz hesab edilməsinə dair qərar qəbul edilməsi üçün məhkəmətə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, övladı 11 mart 1999-cu il təvəllüdlü X4 fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı vardır. Məhkəmə iclasında Ərizəçi tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi 17 iyun 1995-ci ildə Ağdərə rayonunda doğulmuşdur,Tərtər rayonu Çardaxlı kəndi ünvanında qeydiyyatdadır. İş materiallarında olan 025716 nömrəli vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 birinci qrup əlildir. İş materiallarında ollan AZE 15989020 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 11 mart 1999-cu ildə ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA 414602 nömrəli məcburi köçkün vəsiqəsininn surətindən müəyyən olunur ki, Ərizəçi Ağdərə rayonundan məcburi köçkündür. İş materiallarında olan Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Çardaxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 653 nömrəli, 01 otyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Hacallı kəndində yaşayır. İş materiallarında olan XXL-JQ 349004 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X6 11 mart 1999-cu ildə doğulmuşdur, atası Ərizəçi, anası X8r. İş materiallarında olan Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 6/185 nömrəli, 17 fevral 2016-cı il tarixli məktubdan müəyyən olunur ki, X2 tez-tez təkrarlanan epi tutmalarla diaqnozu ilə xəstədir. Bərdə Rayon Məhkəməsinin 2(021)-3497/2022 saylı 02 noyabr 2022-ci il tarixli qərardadına əsasən Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X14 tərəfindən verilmiş 283 saylı 19 yanvar 2023-cü il tarixli rəyindən müəyyən olunur ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil, buna görə də X9 tam fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Bu Məcəllənin 320.1-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə tərəfindən müəyyən olunur ki, X1 onun məhkəmə iclasında iştirakını qeyri mümkün edir. Bu Məcəllənin 321.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi X4 fəaliyyət qabiliyyəti olmaması məhkəmə psixiatrik ekspertizasının rəyi və işdə olan digər sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233-234, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi oğlu X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar