Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-325/2023 23.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı 01 iyun 2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, övladı xx.xx.2004-cü il təvəllüdlü X3 anadangəlmə "Çox ağır əqli gerilik,davranış pozuntuları və nitq qüsuru" diaqnozu qoyulmuş, ona 1-ci dərəcəli əlillik təyin edilmişdir. Əsas: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı. O, mütəmadi müalicə olsa da onun səhhətinin bərpa olunması mümkün olmamış, hal-hazırda da özünü idarə etmək iqtidarında deyildir. O, heç nəyi dərk etmir, başa düşmür, demək olar ki, heç bir fəaliyyət qabiliyyətləri yoxdur. Ona qəyyum təyin edilməsi üçün Maraqlı şəxs himayəçilik və qəyyumluq orqanı şöbəsinə müraciət etsə də məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Onun fəaliyyət qabiliyyəti olmadığından və qızı Səbinə Musazadəyə qəyyum təyin edilmədiyindən əmlakı üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Qeyd olunanlara əsasən məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsi müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Seriya AA №301736 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Kəlbəcər rayonundan məcburi köçkündür. Mülki işə əlavə edilmiş Maraqlı şəxs Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 456 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Çəmənli kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 477791 saylı Arayışdan görünür ki, X4 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası X1r. Mülki işə əlavə edilmiş Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 895 nömrəli xx.xx.2022-ci il trixli Arayışdan görünür ki, X4 2004-cü il tarixdən xəstəxananın ruhi-əsəb kabinetində dispaser qeydiyyatındadır. Diaqnozu: “çox ağır ərəcəli əqli gerilik , davranış pozuntuları və nitq qüsuru”. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumat vərəqəsindən görünür ki, X2 orqanizmin funksiyalarının pozulması faizi 95%-dir. Diaqnozu: “dərin əqli gerilik”. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 734 saylı xx.xx.2022-ci il tarixli rəyində qeyd olunur ki, X4 uşaqlıqdan çox ağır dərəcəli kəmağıllıq, ifadə olunmuş davraniş pozuntulari ilə XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10cu baxış) F73.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X2 uşaqlıqdan xəstə olmaqla ona xəstəliyə görə müavinət təyin edilməsi, sonralar ona İ qrup müddətsiz əlillik verilməsi, oxumaq və yazmaq vərdişlərinin olmaması, Bərdə şəhər poliklinikasında "Çox ağır dərəcəli əqli gerilik, davranış pozuntuları və nitq qüsuru ilə" diaqnozu ilə qeydiyyatda durması, daim valideyinlərinin himayəsi və nəzarəti altında yaşaması, ətrafdakıların köməyinə ehtiyacı olması (Bərdə RMX-nın poliklinikasından verilmiş xx.xx.2022-ci il tarixli 895 saylı arayış, TSEK-dən verilmiş xx.xx.2022-ci il tarixli şəhadətləndirilmə aktı), hazırki ekspertiza zamanı onda kobud davranış, yaddaş, emosiya, təfəkkür və intellekt pozuntularının (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin kobud pozulması,verilən suallara heç bir reaksiya verməməsi,müayinə zamanı özünü narahat aparması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün olmaması, oxumaq və yazmaq vərdişləri əldə etməməsi, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin kəskin daralması və elementar fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə qeyri-tənqidi yanaşması, bütün müayinə boyu sǝfehcəsinə gülməsi, davranışın qeyri-adekvat olması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsinyyətində dərin qüsur aşkar edilməsi, İQ-20 %. və s.) aşkar edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 01 iyun 2004-cü il tarixdə anadan olmuş X4 öz hərəkətlərini mənasını anlamaq və tam idarə etmək qabliyyətində deyildir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01 iyun 2004-cü il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 iyun 2004-cü il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-325/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-325/2023
23.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver