Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3255/2022 08.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 03 noyabr 1945-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 03 noyabr 1945-ci il təvəllüdlü X3 xeyli zamandır ki, Alsheymer xəstəliyindən əziyyət çəkir. Hal-hazırda atası özünü idarə edə bilmir, yaxınlarından heç kimi tanımır. Davamlı olaraq hər hansı bir şəxsin qulluğuna və köməyinə ehtiyacı var. Tez-tez qıcolma tutmaları var və hal-hazırdada mütəmadi olaraq müalicə olunur. Hazırda atası 2018-ci ilin avqust ayından müalicə olunur. Onların xüsusi istifadələrinə verilmiş torpaq sahəsini satmaq istədiyi üçün atasının imzasını tələb edirlər. Atası isə yataq xəstəsi olduğu üçün notariat ofisinə apara bilmirlər. X1 hər hansısa bir şəxsin köməyinə ehtiyac olduğu üçün fəailiyyət qabiliyyətsiz hesab edilməsini istəyir. Buna görə də, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsi müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Maraqlı şəxs Başçısının Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 523 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Mollagüllər kəndində yaşayır. Mülki işə əlavə edilmiş İX-ЖГ № 494881 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. X3, anası X2r. Mülki işə əlavə edilmiş Seriya AZE № 03002173 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1945-ci il tarixdə Bərdə rayon Mollagüllər kəndində anadan olmuşdur. Bərdə rayon Mollagüllər kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AЗ № 225098 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X6 xx.xx.1973-cü il tarixdə Mirzəcəfərli kənd sovetliyində 6 nömrə akt qeydi ilə nikah balamışdırlar. Mülki işə əlavə edilmiş X7 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Stasionar xəstənin X4 görünür ki, X9 “Alsheymer xəstəliyi” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 75 saylı 04 fevral 2022-ci il tarixli rəyində qeyd olunur ki, X10 ALTSHEYMER XƏSTƏLİYİNDƏ GECİKMİŞ DEMENSİYA (AĞİL ZƏİFLİYİ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F00.1 xəstəliyi keçirdiyindən hal-hazırda öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək iqtidarında deyildir. Bununla əlaqədar olaraq X10 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X8 2018-ci ildən "X5"-da "Alhseymer xəstəliyi" diaqnozu ilə müalicələrdə olması, aparılmış müalicə nəticəsində psixi vəziyyətində davamlı yaxşılaşma müşahidə edilməməsi ("X5"-dan verilmiş xx.xx.2022-ci il tarixli stasionar xəstənin tibbi kartasından çıxarış), hazırki ekspertiza zamanı onda təfəkkür, yaddaş, emosiya və intellekt pozuntularının aşkar edilmesi (ekspertiza zamanı onda zamana, məkana və öz şəxsiyyətinə görə bələdliyin pozulması, yaşadığı ünvanı, yaşını bilməməsi, həyatının bir çox hadisələrini doğru təsvir etməməsi, tarixləri qarışdırması, əhvalının davamsız olması, özünü bir qədər gərgin və narahat aparması, adi hesablama əməliyyatlarını düzgün aparsa da daha mürəkkəb hesamlama əməliyyatlarında səhvlər etməsi, atalar sözlərinin mənasını tam düzgün izah edə bilməməsi, maraq dairəsinin daralması, intellektinin zəifləməsi və şəxsiyyətində qüsur əlamətləri aşkar edilməsi və s.), tənqidi funksiyasının zəifləməsi və davranışının mümkün nəticələrini tam anlaya bilməməsi əsas verir. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 03 noyabr 1945-ci il tarixdə anadan olmuş X10 öz hərəkətlərini mənasını anlamaq və tam idarə etmək qabliyyətində deyildir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 03 noyabr 1945-ci il tarixdə anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03 noyabr 1945-ci il tarixdə anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3255/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3255/2022
08.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver