Məhkəmə qərarları › İş №2(021)-3281/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3281/2022

14.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3281/2022 14.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komitəsinin 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə verilmiş JN 154 KOD 61008038 saylı dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə ona və ailə üzvüləri ilə birlikdə Bərdə rayon Əliyanlı kəndində yerləşən 0.40 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 154 KOD 61008038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onların adınadır. Hal-hazırda onlara verilmiş dövlət aktında bir çox səhvliklər baş vermişdir. Belə ki, Alıyeva (Mehdiyeva) Nazimə Əlabbas qızı səhvən X1, Ərizəçi2 isə səhvən Ərizəçi2 kimi qeyd edilmişdir. Ata adı qeyd edilməmişdir. Səhvin düzəldilməsi üçün müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, ərizəçilər yaxın qohumlarıdır. Onlara torpaq payı verilmişdir. Sənəddə səhvlik olmuşdur. Buna görə də sənədləşmələrdə çətinlik yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında göstərdi ki, ərizəçilərin kürəkənidir. Onlara torpaq payı verilib. Lakin mülkiyyət sənədində səhvlik olmuşdur. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan JN 154 KOD 61008038 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qəqrına əsasən Bərdə rayonu, Əliyanlı kənd sakinləri X3, Ərizəçi2 mülkiyyətinə Bərdə rayonu, Əliyanlı kəndində 0.40 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayonu, Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1508 saylı, 06 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X2 rayonu, Əlyanlı kəndində yaşayır. İş materiallarında olan Bərdə rayonu, Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1509 saylı, 06 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Qubadlı rayonu Başaraq kəndində qeydiyyatda olan Ərizəçi2, Bərdə rayonu, Əliyanlı kəndində yaşayır. İş materiallarında olan Bərdə rayonu, Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1513 saylı, 07 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X6 ilə Ərizəçi1, Ərizəçi2 ilə Ərizəçi2 eyni şəxsdir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1972-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 18 aprel 1995-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X17 13 mart 1991-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 01 aprel 1997-ci ildə doğulmuşdur. İş materiallarında olan Vİ-JQ 327366 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 ilə X10 20 fevral 1995-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir, nikahdan sonra arvada Alıyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İ491923 nömrəli 07 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi2 xx xxxxx 1995-ci il ildə doğulmuşdur, atası X5, anası X11r. İş materiallarında olan İ-JQ 318178 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx xxxxxx 1972-ci ildə doğulmuşdur, atası X15, anası X7r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********42 nömrəli 19 avqust 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 JN-154 saylı dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN 154 KOD 61008038 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X4, Ərizəçi2 adına verilmiş JN-870 nömrəli KOD 61009018 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1 və X8 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X4 və Ərizəçi2 adına verilmiş JN-870 nömrəli KOD 61009018 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar