Məhkəmə qərarları › İş №2(021)-3296/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3296/2022

05.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3296/2022 05.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı “cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən 28 iyul 2022-ci il tarixli 263087 saylı və 28 iyun 2022-ci il tarixli 259999 saylı aktların etibarsız hesab edilməsinə və ümumilikdə qanunsuz hesablanmış 1370,57 manat cərimənin silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Qaradırnaq kəndində yaşayır. Mütəmadi olaraq kommunal xərcini ödəyir. 18 iyul 2022-ci il tarixdə Azərişıq ASCnin əməkdaşları yaşadığı ünvana gələrək onun barəsində akt tərtib etmiş və yeni sayğac qoyulmasını bildirmişlər, 28 iyun 2022-ci il tarixdə isə yenidən akt tərtib edərək bildirmişlər ki, əvvəlki akt səhvdir və yenidən akt tərtib edilməlidir ki, yeni sayğac qoyulsun. Ona sonradan məlum olmuşdur ki, həmin aktlarla ona cərimə tətbiq etmişlər. Onun həmin cərimədən məlumatı olmamışdır. 28 iyul 2022-ci tarixdə onun barəsində 263087 və 28 iyun 2022-ci il tarixdə isə 259999 saylı aktlar tərtib edərək ona ümumilikdə 1370 manat cərimə etmişlər və həmin cərimələrdən onun 5 sentyabr 2022-ci il tarixdə xəbəri olmuşdur. Həmin aktları qanunsuz və ədalətsizdir. Belə ki, akt tərtib edərkən ona məlumat verilməli və hansı səbəbə görə akt tərtib edilməsi ona izah edilməlidir. Onda olan məlumata görə akta imza edən şəxslər həmin vaxtı onlar yaşayan ünvana gəlməmiş və formal olaraq akt tərtib etmişlər. Onun Azərişıq ASC-yə borcu yoxdur. Hesab edir ki, yazılmış borc əsassızdır. Buna görə də iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" ASC-nə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş üzrə cavabdeh "xxxx" ASC məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddia tələbi əsassızdır və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Cavabdeh etirazında qeyd etmişdir ki, "xxxx" ASC-nin əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı həmin ünvanda sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə “EEİQ-nın 8.17-ci, həmçinin “EQQQ-nın ı-v bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə **********00030 saylı istehlakçı kodu ilə qeydiyyatda olan iddiaçı barəsində xx.xx.2022-ci il tarixli, 259999 saylı, 18.07.2022- ci il tarixli, 263087 saylı aktlar tərtib edilmiş və hesabat aşağıdakı qaydada aparılmışdır. 1). xx.xx.2022-ci il tarixli, 259999 saylı akt iddiaçıya sayğacı sxemdən çıxarardaraq bir başa qoşulması faktına görə tərtib olunmuşdur. Bu pozuntu halına görə onun barəsində 1,5 kvt x 24 saat x 0,7 x 180 gün = 4536 kvts x 0,13 man= 589,68 manat məbləğində, əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. 2). xx.xx.2022-ci il tarixli, 263087 saylı akt iddiaçının istismarında olan elektrik sayğacını sxemdən çıxarardaraq bir başa qoşulması faktına görə tərtib olunmuşdur. 2,2 kvt x 24 saat x 180 gun x 0,7 = 6653 kvts (1200 x 0,08 man = 96,00 man: 600 x 0,09 man = 54,00 man: 4853 kvts x 0,13 man = 630,89,38 man) cəmi 780,89 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Cəmi 1370,57 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 11189 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyəri bərpa olunmuşdur. Belə ki, Qüvvədə olan EEİQ-nın tələbinə görə, enerji təchizatı müəssisəsi onun hesabatını apararkən heç bir haldan asılı olmayaraq sutkanın 24 saatını və on iki aydan çox olmayan müddəti əsas götürə bilər. Bunun üçün yol verilmiş həmin pozuntu faktının aşkarlanmasının özü belə kifayət edir. Ona görə də aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Çünki, qüvvədə olan “EEİQ”-nın 8.17-ci bəndindən görünür ki, məişət abonenti (o cümlədən iddiaçı) tərəfindən həmin bənddə nəzərədə tutulmuş pozuntu hallarına yol verildikdə onu şəbəkədən açmaq elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən 24 saatı nəzərə alınmaqla buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə onunla yenidən hesablaşmaq enerji təchizatı müəssisəsinin hüququdur. İddiaçının mülki hüquq pozuntusuna yol verməsi faktı xx.xx.2022-ci il tarixli, 259999 saylı, xx.xx.2022-ci il tarixli, 263087 saylı aktlar ilə rəsmiləşdirilmişdir və iddiaçı 1370,57 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə, həmin zərəri tam həcmdə ödəməli olduğu etirazda qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş AZE № 0******* saylı vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1948-ci ildə Laçın rayonu Qozlu kəndində anadan olmuş, Bərdə rayonu Qaratəpə kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Nazırlı kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 377 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu qaratəpə kəndində yaşayır. Mülki işə əlavə edilmiş ******* nömrəli, 28 iyun 2022-ci il tarixli Aktdan görünür ki, İddiaçı Bərdə rayonu Qaratəpə kəndində yerləşən evində elektrik sayğacına EEİQ-nə uyğun baxış zamanı məlum olmuşdur ki,abonenet sayğacdan kənar xəttdən istifadə edir. Kənar xəttdən naqildən keçən yükü ampermaşa ilə ölçü aparılmış, enerji uçotu pozulmuşdur. İ=6,9A, U=0.22v, P=1.5 kvt Mülki işə əlavə edilmiş 263087 nömrəli, 18 iyul 2022-ci il tarixli Aktdan görünür ki, İddiaçı Bərdə rayonu Qaratəpə kəndində yerləşən evində elektrik sayğacına EEİQ-nə uyğun baxış zamanı məlum olmuşdur ki,abonenet sayğacdan kənar xəttdən istifadə edir. Kənar xəttdən naqildən keçən yükü ampermaşa ilə ölçü aparılmış, enerji uçotu pozulmuşdur. İ=10,2A, U=0.22v, P=2.20 kvt Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin № 259999 saylı İcra Vərəqəsindən görünür ki, İddiaçı Bərdə rayonu Qaratəpə kəndində yerləşən evində elektrik enerjisindən kənar istifadəyə görə cəmi borc 589.68 manat təşkil edir. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin № 263087 saylı İcra Vərəqəsindən görünür ki, İddiaçı Bərdə rayonu Qaratəpə kəndində yerləşən evində elektrik enerjisindən kənar istifadəyə görə cəmi borc 780.89 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən sayğaca müdaxilə olunduğundan "xxxx" ASC tərəfindən cərimə yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə 4 təsdiq edilmiş «Elektrik enerjisidən istifadə Qaydaları»nın 3.4-cü bəndinə əsasən xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşür. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 7.7-ci bəndində əsasən hesablaşma elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. EEİQ-nın 8.17-1-ci bəndində göstərilir ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndlər nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1 -ci yarımbəndinç uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısınır alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan ço: olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektri naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərin münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzər alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektr1 sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təçhi^at müəssisəsi tələfində bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17- ci və 8.17-1 -ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət 5 abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına riayət olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X3 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən sayğaca müdaxilə olunduğundan ilkin tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 259999 saylı aktda göstərilən 589,68 manat məbləğində cərimənin silinməsi hissəsində iddia tələbi rədd edilməli, qalan hissədə iddia tələbi təmin edilərək iddiaçı barədə ikinci tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 263087 saylı akta əsasən hesablanmış 780,89 manat cərimə məbləği əsassız olduğundan silinməlidir. Belə ki, birinci aktdan sonra hansı səbəbdən ikinci aktın tərtib edilməsi, həmçinin ilkin aktda qeyd edilən qanunsuz xəttin ləğv edilməsi göstərilsə də hansı səbəbdən həmin xəttin ləğv edilməməsi və yenidən akt tərtib edilərək cərimə tətbiq edilməsi qeyrimüəyyənlik doğurur və istehlakçının hüquqlarının pozulmasına səbəb olmaqla onun hüquqi vəziyyətini ağırlaşdırır. Məhkəmə hesab edir ki, akt hüquqmüəyyən edici sənəd olmadığından iddia tələbi 28 iyul 2022-ci il tarixli 263087 saylı və 28 iyun 2022-ci il tarixli 259999 saylı aktların etibarsız hesab edilməsinə hissəsində də təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə olan 1370,57 manat məbləğində borcdan 780,89 manat silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar