Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3338/2021 27.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, üçüncü şəxslər Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontoruna və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “13.04.2021-ci il tarixli, 18.06.2021-ci il tarixli alqı-satqı müqavilələrinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə Cavabdeh1 və qeyrilərinə üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontoruna və qeyrisinə qarşı “13.04.2021-ci il tarixli, 18.06.2021-ci il tarixli alqısatqı müqavilələrinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia qaldıraraq iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. MPM-in 149.2.2-ci maddəsinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı iddia ərizəsi isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, hazırkı iddia ərizəsindən isə görünür ki, iddiaçı tərəfindən üçüncü şəxslərin yerləşdikləri ünvanı göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərini pozaraq tərtib olunduğundan iddiaçıya geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsindən müəyyən edildiyi kimi iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla ərizə məhkəməyə təqdim edilmişdir.Odur ki, MPM-in yuxarıda göstərilən tələblərin əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, üçüncü şəxslər Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontoruna və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “13.04.2021-ci il tarixli, 18.06.2021-ci il tarixli alqı-satqı müqavilələrinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, üçüncü şəxslər Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontoruna və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “13.04.2021-ci il tarixli, 18.06.2021-ci il tarixli alqı-satqı müqavilələrinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3338/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3338/2021
27.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver