Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-336/2022 13.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X46 katibliyi, Ərizəçi, maraqlı şəxslər X14, X3, X10, X11, X4, X24, maraqlı şəxs və maraqlı şəxslər X18, X15 nümayəndəsi X19 iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İN 385, KOD 61008018 seriyalı Torpağa Mülkiyyət X8 “X43”nın soyadı, adı və ata adının “X33” kimi qeyd olunmaqla, hüquqmüəyyənedici sənədlərin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə onlara Bərdə rayonu, Kələntərli kəndində mərhum anası X20 və ona ümumilikdə 0.27 ha torpaq sahəsi verilmişdir. Bu barədə JN 385, KOD 61008018 seriyalı Torpağın Mülkiyyət Hüququna X75 da verilmişdir. Sözügedən dövlət aktında mərhum anasının ata adı yanlış olaraq “Hədil” kimi qeyd olunmuşdur. Mərhum anasına məxsus bütün sənədlərdə, o cümlədən ölüm haqqında şəhadətnamədə, ad, soyad və ata adı düzgün olaraq “X34” kimi qeyd olunmuşdur. Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə onlara verilmiş JN 385, KOD 61008018 seriyalı Torpağa Mülkiyyət Hüququna X72 müvafiq düzəliş edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi idarəsinə müraciət etsələr də, sözügedən qurumdan cavab verilmişdir ki, məhkəməyə müraciət etməlidirlər. Torpağın Mülkiyyət X8 addakı uyğunsuzluğu başqa cür aradan qaldıra bilmir. Hesab edir ki, JN 385, KOD 61008018 seriyalı Torpağa Mülkiyyət X8 “X43”nın soyadı, adı və ata adının “X33” kimi qeyd olunmaqla, hüquqmüəyyənedici sənədlərin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxslər X35, X12, X25, X26, X6, X44, maraqlı şəxs və maraqlı şəxslər X16, X13 nümayəndəsi X5 rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli qərarı əsasında X21 və Ərizəçi Bərdə rayonu Kələntərli kəndində 0,27 ha torpaq sahəsi verildiyini, həmin torpağa mülkiyyət hüququna dair JN 385, KOD 61008018 saylı dövlət aktı aldıqlarını, həmin dövlət aktında anaları X1 texniki səhv olaraq “Quliyeva”, ata adının texniki səhv olaraq “Hədil” kimi qeyd olunduğunu qeyd edərək ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, maraqlı şəxsləri və şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X48 və X69 göstərmişlər ki, ərizəçi qohumlarıdır. Ərizəçinin və anasının adına verilmiş Dövlət aktında X2 və ata adı səhvən X9 qeyd edilmişdir. Əslində isə X22r. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-385 saylı KOD 61008081 olan Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən Bərdə rayonu Kələntərli kənd sakinləri X23 və Ərizəçi mülkiyyətinə 0,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1476-05/69 saylı 02 noyabr 2021-ci il tarixli doğum akt qeydindən çıxarışdan müəyyən olunur ki, X37 1939-cu ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuşdur. Ata qrafasında atası kimi X47, ana qrafasında anası kimi X56 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Kələntərli kənd sovetliyi tərəfindən verilmiş İ-ИЕ 295790 saylı 11 dekabr 1961-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X38 ilə X27 11 dekabr 1961-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Quluyeva soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Kələntərli kənd sovetliyi tərəfindən verilmiş АЗ 031008 saylı 11 dekabr 1961-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X39 08 noyabr 1961-ci ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuşdur. Ata qrafasında atası kimi X38, ana qrafasında anası kimi X33 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Kələntərli kənd sovetliyi tərəfindən verilmiş Vİ-ЖГ 400908 saylı 21 iyun 1979-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1979-cu ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuşdur. Ata qrafasında atası kimi X40, ana qrafasında anası kimi X34 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Kələntərli kənd sovetliyi tərəfindən verilmiş АЗБ 065648 saylı 06 sentyabr 1971-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X41 11 avqust 1971-ci ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuşdur. Ata qrafasında atası kimi X38, ana qrafasında anası kimi X33 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Kələntərli kənd sovetliyi tərəfindən verilmiş АЗ 692080 saylı 19 iyun 1964-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X28 07 iyun 1964-cü ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuşdur. Ata qrafasında atası kimi X38, ana qrafasında anası kimi X33 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon VVAQ bürosu tərəfindən verilmiş АЗ 606085 saylı 20 yanvar 1964-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X29 01 iyul 1958-ci ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuşdur. Ata qrafasında atası kimi X40, ana qrafasında anası kimi X34 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon VVAQ bürosu tərəfindən verilmiş АЗ 606084 saylı 20 yanvar 1964-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X26 01 iyul 1957-ci ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuşdur. Ata qrafasında atası kimi X40, ana qrafasında anası kimi X34 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Kələntərli kənd sovetliyi tərəfindən verilmiş İİİ-ЖГ 254812 saylı 31 iyul 1974-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X30 28 iyun 1974-cü ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuşdur. Ata qrafasında atası kimi X40, ana qrafasında anası kimi X34 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Kələntərli kənd sovetliyi tərəfindən verilmiş İV-ЖГ 432339 saylı 17 aprel 1977-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X36 11 mart 1977-ci ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuşdur. Ata qrafasında atası kimi X40, ana qrafasında anası kimi X34 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Kələntərli kənd sovetliyi tərəfindən verilmiş АЗ ******* saylı 25 dekabr 1966-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X44 22 dekabr 1966-cı ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuşdur. Ata qrafasında atası kimi X40, ana qrafasında anası kimi X34 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 noyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X7 23 iyun 1969-cu ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuşdur. Ata qrafasında atası kimi X38, ana qrafasında anası kimi X33 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayonu Kələntərli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 988868 saylı 11 fevral 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X40 04.08.1997-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1134 saylı 23 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X21 verilmiş JN 385 KOD 61008018 nömrəli kənd təsərrüfatı təyinatlı torpağa verilmiş Dövlət aktında mülkiyyətçilər siyahısında 1-ci sətrdəki X43 (soyad və ata ad)ında yanlışlıq olmuşdur. Düzgün olaraq mülkiyyətçinin soyad və ata adı X22r. Yuxarıda yanlış yazılmış mülkiyyətçinin soyad və ata adı ilə aşağıda düzgün yazılmış mülkiyyətçi eyni adamdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********96 nömrəli 11 avqust 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-385 saylı dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-385 KOD 61008081 saylı Dövlət aktının X21 və Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X23 və Ərizəçi adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-385 KOD 61008081 saylı Dövlət aktının X21 və Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X23 və Ərizəçi adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-385 KOD 61008081 saylı Dövlət aktının X21 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-336/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-336/2022
13.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver